Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncənin təhsil şefi dövlətə qarşı-İTTİHAM

Gəncənin təhsil şefi dövlətə qarşı

Yenixeber.org: Xatırladaq ki, saytımızda Gəncənin təhsil sistemində baş verən özbaşınalıq və qanunsuzluqlar bağlı bir neçə yazımız dərc olunub. Redaksiyamıza yeni daxil olan məlumatlarda Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və onun yaxın ətrafının açıqdan-açığa dövlətə qarşı olan fəaliyyətindən və sənəd saxtakarlığından bəhs olunur. Qeyd edək ki, Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun adı ölkənin ikinci böyük şəhərində saxta attestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə hallanıb. Bu yazımızda isə tək korrupsiya və rüşvətxorluq deyil, həm də siyasi xəyanət sayıla biləcək bir məqama toxunacağıq. Təxminən üç il öncə Facebook sosial şəbəkəsində “azeurotimes.wordpress.com” adı altında dövlətimizin yüksək vəzifəli şəxsləri haqda böhtan dolu material paylaşılmışdı. Bu şər və böhtanı yayanlar təxribat yaratmağa cəhd etsələr də hüquq-mühafizə orqanları daha çevik hərəkətə keçərək onları saxlamışdılar. Nəticədə şantaj və böhtan dolu materialları sosial şəbəkədə yayanların çirkin niyyətlərinin qarşısı alınmışdı.

Məlumat belə idi: “Sosial şəbəkədə təxribatla məşğul olan qrupun rəhbəri Qafar Nəcəfov adlı şəxs olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum oldu ki, Q.Nəcəfov Gəncənin 26 saylı orta məktəbinin direktoru Valeh Rüstəmovun yaxın qohumu, daha doğrusu kürəkənidir. V.Rüstəmov isə Gəncə təhsilinə rəhbərlik edən Zakir Hüseynovun qaynı olmaqla yanaşı, həm də Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Ceyhun Mirzənin yaxın dostudur. Valeh Rüstəmovun qızı, təxribatçı Qafar Nəcəfovun həyat yoldaşı Elnarə hazırda Gəncə şəhər Təhsil İdarəsində mühasibatlıqda 9, 11 nömrəli məktəblərin mühasibi kimi çalışır. Valeh Rüstəmovun digər qızı Qurbanova Luiza Valeh qızı isə Gəncə şəhəri 34 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi kimi çalışır.”

Sonuncu fakt, V.Rüstəmovun ingilis dili müəllimi işləyən qızı ilə bağlı da ilginc iddialar var. Belə ki, bildirir ki, L.Qurbanovanın orta məktəbdə müəllim kimi çalışması qeyri-qanunidir: “Qurbanova Luiza güya Özbəkistan Respublikasında hüquq sahəsində ali təhsili alıb, amma ona diplomunun Azərbaycan Respublikası ərazisində keçərli olmasını təstiqləyən şəhadətnamə verilmədiyindən keçərli sayılmır. Lakin L.Qurbanova bu qaydaların heç birinə əməl etmədən fəaliyyət göstərir. Bəs necə olub ki, Luiza xanım 34 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir? Xatırladaq ki, onun atası Valeh müəllim 1998-ci ildə həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Valeh Rüstəmov Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin direktorudur. V.Rüstəmov Gəncə içtimayətinə və təhsil işçilərinə dövlət büdcəsini qeyri-qanuni yollarla talamaqla və küllü miqdarda maliyyə pozuntusunna yol verməsi ilə kifayət qədər tanınmış bir şəxsdir. Valeh Rüstəmov 34 saylı məktəbin direktoru olduğu vaxt o zaman Gəncə şəhərində kifayət qədər nüfuza malik olan və saxta diplomlar paylayan Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialının direktoru Ramiz Məmmədovun köməkliyi ilə qızına saxta diplom alıb. Bununla da 34 saylı tam orta məktəbə Rüstəmov Valehin 2001-ci ildə verdiyi məktəb daxili əmrlə Qurbanova Luiza Valeh qızı saxta diplomla ingilis dili müəllimi vəzifəsinə təyin edilib”. Hal-hazırda 34 saylı tam orta məktəbin direktoru olan Yuris Xəlilov isə bu vəziyyətin qarşısında aciz qalaraq, hətta Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının neqativ hallarının araşdırılması zamanı, saxta diplomlarla orta məktəblərdə çalışan müəllimlərin müəyyənləşdirilməsi və işdən azad olunduqları tədqirdə Y.Xəlilov L. Qurbanovanın saxta olan sənədlərini Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun göstərişi ilə üzə çıxarmayıb. Çünki onu saxta diplomla işə qəbul edən V.Rüstəmov Zakir Hüseynovun doğmaca qayınıdır.(aktualxeber.az)

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam