Redaktor seçimi
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
Günün xəbəri

Cavid Qurbanovun qohumunun saxta diplomu....-FOTOFAKT

 

Yenixeber.org:  Sosial şəbəkələrdə Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəbdə baş verən qanun pozuntuları haqqında kifayət qədər məlumatlar yer alır. Bunlardan biri haqqında, daha dəqiq desək,  Kəlbəcər rayon 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə saytımızda da məlumat vermişdik. Bütü bunlardan sonra məktəbin direktoru Azad Əsgərovun vəzifəsindən uzaqlaşdırılması barədə məlumat almışdıq. Lakin  Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəb haqqında şikayətlərin ardı-arası kəsilmir. Redaksiyamıza daha bir məlumat daxil olmuşdur. Mənbənin verdiyi məlumatda  Kəlbəcər rayon 2 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Əmrahova Sevda Allahverdi qızının diplomunun saxta olması barədə iddia olunur. Belə ki, Sevda müəllimənin 1989-cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinə daxil olub 1994-cü ildə həmin Universiteti "ibtidai sinif müəllimi" ixtisası ilə bitirdiyi qeyd olunur. Lakin  verilən diplomda əllə saxta düzəliş edilərək "sinif müəllimi" sözü pozulub yerinə əllə   "Azərbaycan dili və ədəbiyyat" müəllimi yazıldığı təqdim olunan sənəddə açıq-aydın görünür.
  
 Sevda Əmrahova həmin özünün əllə yazdığı "diplom"la bu günə qədər adı gedən məktəbdə "Azərbaycan dili və ədəbiyyat" müəllimi kimi fəaliyyət göstərir. Bu barədə göndərilən sorğuya gələn cavabda həmin seriya nömrəli diplomun "ibtidai sinif müəllimi" ixtisası üzrə verildiyi bildirilir. Dövlət sənədini saxtalaşdırılması göndərilən şəkildə açıq-aydın görünür. Sonra şikayət olunduğunu görən və bundan təşvişə düşən Sevda xanım dərhal  Qazax Müəllimlər İnstitundan "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə yeni bir diplom alır. Qeyd edək ki, həmin vaxt ərzində Sevda xanımın həftəlik  35-40 saat dərs rejimi ilə vaxt edib Qazaxda təhsil alması heç də inandırıcı deyil. Həmin diplom haqqında verilən sorğuya da müsbət cavab alınmamışdır. 
 Yəqin ki, aidiyyati qurumlar bu məsələni araşdırıb daha dəqiq cavab verəcəklər.
Məlumat üçün bildirək ki, Sevda Əmrahova Azad Əsgərovun həyat yoldaşı və Cavid Qurbanovun qohumudur.(atia.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam