Gəncə şəhər 39 saylı məktəbin kasıb direktorun milyonluq villaları, bahalı maşınları... -DİREKTORDAN TƏHSİL NAZİRİNƏ ŞİKAYƏT
Gəncə şəhərində fəaliyyət göstərən Mir Calal Paşayev adına 39 saylı orta məktəbin bir qrup müəllimi və valideynləri sözügedən təhsil müəssisəsinin direktoru Nizami Rzayevin qanunsuz əməlləri ilə bağlı saytımızın vasitəsi ilə təhsil naziri Emin Əmrullayevə müraciət ediblər.
Yenixeber.org: Müraciətdə Gəncə şəhər Mir Calal Paşayev adına 39 saylı orta məktəbin direktoru Nizami Rzayevin qanunsuz əməllərindən bəhs olunur.
Şikaətçilərin sözlərinə görə, direktor məktəbdə "fironluq" edir.
Adıçəkilən təhsil müəssisəsində yaşanan neqativ halların başında məktəbin direktoru dayanır. Belə ki, o, vəzifə səlahiyətindən sui-istifadə edərək rəhbəri olduğu təhsil ocağını bazara çevirib. O istisnasız olaraq bütün müəllimlərdən nəsə umur və bu kimi hallar valideynlərin haqlı narazılığına səbəb olmaqdadır. Onun bu tip əməllər ilə bağlı dəfələrlə keçmiş Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynova şikayət olunsa da, məlum olmayan səbəblərdən üzündən heç kim direktora heç bir irad tutmayıb. Məktəbdə rüşvət ayaq tutub yeriyir. Təhsil ocağının 2-ci mərtəbəsində təmirli sinif otaqlarında dərs demək üçün məktəbin ibtidai müəllimlərindən, sinifdə olan hər bir uşağa görə valideynindən 100 manat rüşvət alaraq təmirli sinif verilir, hansı müəllim isə valideyndən pul ala bilmirsə, indiki pandemiya dövüründə aşağı mərtəbəsində təmirsiz, bərpad və işığsız vəziyyətdə otaq verir. Direktorundan soruşanda, deyir ki, guya FHN-i icazə vermir ki, ibtidai siniflər yuxarı mərtəbələrdə dərs keçsin. Belə bir sual yaranır, əgər belə bir qanun varsa, onda niyə 2-ci mərtəbədə dərs keçən ibtidai siniflərin şagirdləri birinci mərtəbədə dərs keçmilər? Qanun hamı üçün eyni olmalıdır. Əks təqdirdə direktor tərəfindən ayrı-seçkilik olunur.
Araşdırma zamanı müəyyən olunub ki, FHN tərəfindən heç belə qanun tətbiq olunmayıb.
Bununla yanaşı, valideynlər qeyd ediblər ki, rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran Mir Calal Paşayev adına 39 saylı orta məktəbin direktoru elə də kasıb deyilmiş. Əksinə, direktorluğu dönəmində Gəncədə almağa macal tapdığı 3 villaları və 2 bahalı son model maşınları varmış.
Müəllimlər və valideynlər müraciət vasitəsi ilə təhsil naziri Emin Əmrullayevdən xahiş edir ki, Gəncə şəhər 39 saylı orta məktəbin direktoru Nizami Rzayevin özbaşınalıqlarına son qoyulmasına köməklik göstərsin.
Beləliklə, belə bir sual yaranır ki, hal hazırda Gəncə şəhər Təhsil İdarəsinin müdir vəzifəsinə təyin olunan Anar Qədiməliyev də müdafiə edəcəkmi? Bunun qarşılığında isə N.Rzayev Təhsil İdarəsinin müdiriyə hər ay paket verəcəkmi?
Məsələylə bağlı 39 saylı orta məktəbin direktoru Nizami Rzayevlə əlaqə saxladıq. N.Rzayev təmasdan qaçaraq, informasiya doğru olmadığını bildirdib.
Yadıma ataların gözəl bir sözü düşdü: “Od olmayan yerdən tüstü çıxmaz!”
(gündəmxeber)