Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Atalı, analı, sənədsiz: -Uşaqların nikahdankənar doğulmasının günahı kimdədir?

Atalı, analı, sənədsiz:  Uşaqların  nikahdankənar doğulmasının  günahı kimdədir?
Xəbər verdiyimiz kimi, 2020-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər. Nikahdankənar doğulan uşaqların 6667 nəfəri şəhər, 11047 nəfəri kənd yerlərində doğulublar. 2019-cu ildə isə Azərbaycanda rәsmi qeydә alınmamış nikahda olan qadınlar həyata 21 453 övlad əta ediblər.
Yenixeber.org: Bəs uşaqların nikahdankənar münasibətlərdən dünyaya gəlməsinin səbəbi nədir? Erkən nikahlar? Dini nikahların üstünlüyü? Yoxsa iki və ya üçüncü evliliklər? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, nikahdankənar doğumlar dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da yaşanır. Mövzunun həssaslığını nəzərə alaraq, Azərbaycan Respublikası 2000-ci ilin 17 mart tarixində “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasına qoşulub. Bununla da daxili qanunvericilik aktları daha da təkmilləşdirilib, nikahdankənar doğulan uşaqların statusu müəyyən edilib.

Komitənin uşaq hüquqlarının təmin edilməsinə dair hazırladığı Analitik Hesabata əsasən 2011-ci ildə Azərbaycanda qanunvericiliyə edilən müvafiq dəyişiklik ilə nikah yaşının 17-dən 18-ə yüksəldilməsi erkən nikahlarla mübarizəni sərtləşdirib. Erkən nikaha girməklə bağlı qadağanın olması həm yetkinlik yaşına çatmadan nikaha girənlərin, həm də onların dünyaya gətirdikləri uşaqların yarıbayarı azalmasına səbəb olub. Belə ki, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 idisə, 2018-ci ildə 2129-a düşüb. Bu da o deməkdir ki, 17 min nikahdankənar doğulan uşağın sadəcə 2129-u erkən nikahların payına düşüb.

Yetkinlik yaşına çatmayanlar tərəfindən doğulan uşaqlar daha çox Aran bölgəsinin (2018-ci il 611 nəfər, 2019-cu il 752 nəfər) payına düşür. Aran bölgəsində Yevlax (2018-ci il - 70 nəfər, 2019-cu il 98 nəfər) və Sabirabad (2018-ci il 71 nəfər, 2019-cu il 68 nəfər) rayonlarında ən yüksək göstərici müəyyən olunub. Bu, Yevlax rayonunda qaraçı uşaqlarına daha çox rast gəlinməsi ilə izah oluna bilər.


18 yaşa çatmamış analar tərəfindən doğulan uşaqların sayı ilə bağlı növbəti yüksək nəticə 2018-ci il üzrə Lənkəran, 2019-cu ildə isə Gəncə-Qazax iqtisadi rayonunda müşahidə olunub. Lənkəran iqtisadi rayonunda 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2018-ci ildə 394 nəfər, 2019-cu ildə nisbətən azalma (4.5%) müşahidə olunaraq 378 nəfər təşkil edib. Gəncə-Qazax iqtisadi rayonunda bu say 2018-ci ildə 355, 2019-cu ildə isə 16.9% artım göstərərək, 415 nəfər olub. Bu isə onu göstərir ki, sərt tədbirlər və cəzalara baxmayaraq bəzi bölgələrdə erkən nikahlarda ciddi azalma müşahidə olunmur. Bu region üzrə Şəmkir rayonunda həm 2018 (100 nəfər), həm də 2019-cu ildə (101 nəfər) nəticə yüksək olub.
Azsaylı xalqlar arasında erkən nikah və erkən yaşda ana olmaq ənənəsi geniş yayılıb.

Problemin digər tərəfi qızların təhsildən yayınması ilə bağlıdır. Bakı şəhərinin kəndlərində erkən nikahların mövcud olması faktları ilə yanaşı, digər regionların sakinlərinin bir qisminin burada yaşaması da nəticələrə təsir edə bilər. Bu mənada Bakı şəhərində 2018-ci ildə 171 nəfər, 2019-cu ildə isə 152 nəfər uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu rəqəmlərin içərəsində neçəsinin erkən nikah, neçəsinin digər hallar olması açılmalıdır:
- Ümumi rəqəm yanlış təsəvvür formalaşdırır və insanlara elə gəlir ki, hamı qanunsuz uşaq dünyaya gətirir. Bu rəqəmlərin müəyyən faizi təkrar nikahlardan dünyaya gələn uşaqların sayıdır. Digər tərəfdən, bir qismi məsuliyyətdən qaçmaq, əmlakı və digər varidatını paylaşmamaq üçün nikaha girmir. Qeyri-qanuni nikahlara meyilliliyin çoxalması özü problemdir. Bəziləri elə düşünür ki, qeyri-rəsmi nikahda aliment verməyəcək. İkinci və ya üçüncü dəfə nikaha girib, düşünmədən uşaq dünyaya gətirirlər. Sonra ailə yarımçıq qalır. Həyatlarının əvvəlcədən uğursuz olmasına baxmayaraq, yenə övlad dünyaya gətirirlər. Məsələn, keçən il bizim QHT-də olan 13 nəfər 3 dəfə, 20 nəfər isə 2 dəfə nikaha girmişdi və onların əksəriyyəti qeyri-rəsmi nikah idi.

M.Zeynalovanın sözlərinə görə, bəzi insanlar arasında "kağızın onların həyatını dəyişməyəcəyinə" dair bir düşüncə, manipulyativ tezis formalaşıb. Adətən kişilər deyirlər ”Bir kağız bizim sevgimizi əvəzləyə bilməz”. Qadınlar da əksər vaxt bu manipulyasiyalara uyur və düşünürlər ki, "kağız" doğrudan da, onların sevgisi üçün əsas meyar deyil. Adamlar var ki, nikahla bağlı söz verir, amma evləndikdən sonra mübahisələr başlayır, gərginlik yaşanır. Problemin digər səbəbi dini nikahlarla bağlıdır. Dindarlar hesab edirlər ki, Allah qarşısında olan nikah ən ədalətli və əsas nikahdır. Bəs övlad qarşısında necə? Bunu da nəzərə almaq lazımdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam