Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əhalinin gəlirləri azalmağa davam edir -PROBLEM

                         İqtisadçı: “Ölkədə nominal gəlirlərin azalması hökumətə bir siqnaldır”

Yenixeber.org: Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 17 milyard 037,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1,6 % azalaraq 1 min 702,7 manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bəs, əhalinin gəlirlərinin azalmasının səbəbləri nələrdir? Hökumət yoxsulluğun qarşısını almaq, xalqın rifahını yüksəltmək üçün hansı tədbirləri görməlidir?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov bildirdi ki, əhalinin nominal gəlirlərinin azalması hökumət üçün ciddi siqnal kimi qəbul olunmalıdır:

“Unutmamalıyıq ki, burada hələ nominal gəlirlərdən söhbət gedir. Real gəlirlər daha böyük rəqəmlərlə ifadə olunacaq qədər azalıb. Çünki inflyasiya da var və inflyasiyanın mövcudluğu real gəlirlərin bir qədər də enməsinə işarədir. Ona görə də, hesab edirəm ki, yaxın zaman ərzində iqtisadi islahatların dərinləşdirilməsinə ehtiyac var. Son illər ərzində sosial siyasət istiqamətində müsbət dəyişikliklərin olduğunu etiraf etmək lazımdır. Ölkədə milli iqtisadiyyatda formalaşan əlavə dəyərin təkrar bölgüsü ilə bağlı müsbət tendensiyalar var. Bu, sosial siyasətdə öz əksini tapmaqdadır. Çünki biz müavinətlərin, təqaüdlərin, əmək haqları və digər sosial ödənişlərin artımının şahidi oluruq. Bunlar olmasaydı, bu gün əhalinin real gəlirləri ikirəqəmli faizlərlə ölçüləcək qədər azalmış olardı. Eyni zamanda, kölgə iqtisadiyyatı ilə mübarizə də müsbət effekt verir”. 

Ekspertin sözlərinə görə, bu gün iqtisadi idarəetmə ilə bağlı zəruri məsələ əlavə dəyərin daha effektiv və artan xətt üzrə formalaşması məsələsidir:

“Bunun üçün də öncə investisiyaların həcmi artırılmalıdır. Təəssüf ki, bu gün ölkə iqtisadiyyatına qoyulan kapital qoyuluşlarının həcmi çox aşağıdır. Bunu da etiraf etmək lazımdır. İnvestisiyaların ÜDM-ə nisbətini xeyli dərəcədə artırmaq lazımdır. Bu nisbəti heç olmasa, 25-30 faizə qədər çatdırmaq gərəklidir. Bu, çox ciddi çağırışlardır. Eyni zamanda, kapital qoyuluşunun effektivliyini artırmağa ehtiyac var. Dövlət başçısı tərəfindən dövlətin sistem formalaşdıran şirkətlərinin idarəedilməsi ilə bağlı qəbul edilən qərarlar əsasən buna istiqamətlənib. Çünki dövlət qurumlarının idarə edilməsində, dövlət investisiya siyasətində uzun illər ciddi problemlər var idi. Və bu problemlər mütləq şəkildə qısamüddətli dönəmdə aradan qaldırılmalıdır”.

E.Məmmədovun sözlərinə görə, investisiyaların artımı və səmərəliliyinin təmin edilməsi, pul-kredit siyasətinin yumşaldılması, iqtisadi inkişafa istiqamətləndirilməsi və eyni zamanda xarici iqtisadi siyasətdə bazarların genişlənməsi, inteqrasiya meyllərinin artması və sair istiqamətlərdə işlər görülməlidir ki, iqtisadiyyatdakı problemlər aradan qaldırılsın və əhalinin gəlirlərinin artırılması təmin olunsun”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam