Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

BANKA OLAN KÜLLİ MİQDARDA BORCUNU QAYTARMAYAN SƏFİR... -“Bizə deyirdi ki, yaxınlarda yüksək vəzifəyə təyin olunacağam”

Tanınmış hüquqşünas Əkrəm Həsənov Azərbaycanın xarici nümayəndəliklərindən birinə rəhbərlik edən şəxsin ölkəmizdəki bir xarici banka külli miqdarda borcunun olduğunu bildirib.

Yenixeber.org: Hüquqşünas həmin şəxsin hal-hazırda Azərbaycanı xarici ölkələrin birində təmsil etdiyini bildirib: “Şəxsən tanıdığım şəxs vardı, hansı ki, xarici banklardan birindən külli miqdarda kredit alıb qaytarmırdı. Məhkəmə çəkişmələrində bizə deyirdi ki, mən yaxınlarda yüksək vəzifəyə təyin olunacağam. Doğrudan da belə də oldu, onu xarici ölkələrdən birinə konsul təyin etdilər, sonra da daha yüksək vəzifəyə apardılar. Bu adam bu gün Azərbaycanın xarici diplomatik nümayəndəliklərindən birinin rəhbəridir. Əslində isə bu adamın diplomatik fəaliyyətə heç bir aidiyyəti yoxdur, bunun heç təhsili, qabiliyyəti, bacarığı da yol vermirdi. Səfirlik konkret olaraq bu adamlıq deyil, amma oturub vəzifədə...”

Təəssüf ki, hüquqşünas konkret ad çəkmir və nə bankın adını, nə də götürülən kredit məbləğini açıqlamır. Azərbaycandakı xarici kapitallı bankların sayı isə az deyil.

Bunların 8-nin nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini xarici kapital təşkil edir. O cümlədən 2-si xarici bankların yerli filiallarıdır - “Pakistan Milli Bankı” və “Bank Melli İran”.

Bunların arasında daha aktiv kredit siyasəti yürüdənlər kimi isə “AccessBank”, “Yelo Bank”, “Bank VTB”-ni göstərmək olar. Deməli, böyük ehtimalla sözügedən səfir həmin külli miqdarda krediti bu banklardan birindən götürüb. Və yəqin ki, XİN-in yeni rəhbərliyi tezliklə onun kimliyini müəyyən edərək, lazımi tədbirlər görəcək.

“azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam