Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“LAMİYƏ SİLAHLI ŞƏXSLƏRİN YARDIMI İLƏ ZORLANIB”

 

Mən bu cür qisas görməmişəm. Bu, quldarlıq dövrünün qisas metodudur”

"Xeberinfo.com":  Məlumata görə, Təxminən 12 il əvvəl qətldə günahlandırılaraq həbs olunan və bu yaxınlarda həbsxanada ana olan Lamiyə Quliyevanın məsələsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Parlamentin fevralın 2-də keçirilən iclasında çıxış edən ddeputatlar Lamiyə Quliyevanın həbsində də qaranlıq məqamların oluduğuna diqqət çəkiblər. “Azadlıq” radiosu Lamiyə Quliyeva ilə eyni cinayətdə günahlandırılan Vüqar Əliyevin vəkili Adəm Məmmədovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

53- Adəm müəllim, bir qadın həbsxanada necə ana ola bilər. Yəni bu, qanunla necə tənzimlənir?
– Onun ana olması üçün, mütləq qeydiyyat şöbəsində kiminləsə nigaha daxil olmalıdır. Əgər, nikaha daxil olmayıbsa, ailə münasibətlərinin olması qanunsuzdur. Bu işlə tanış olanda görürüsən ki, necə olmasından asılı olmayaraq, bu xanıma qarşı qisasçılıq baş verib.
Təsəvvür edin ki, cəzasını çəkib qurtarmasına az qalmış təkrar şərləyib həbsdə saxlayıblar. Bu, birmənalı şəkildə qisasdır. Ona və nişanlısı Vüqar Əliyevə ən yüksək, ədalətsiz cəzanın verilməsi buna sübutdur. Bundan başqa Vüqar Əliyevin atanısı, anasını, xalasını, qardaşının həyat yoldaşını və digər yaxınlarını həbs və məhkum etdiriblər. Mən bu cür qisas görməmişəm. Bu, quldarlıq dövrünün qisas metodudur. Heç, 1937-ci ildə də bu cür repressiya olmayıb.
- Qisas deyəndə nəyi nəzərdə tutursuz? Kim və nəyin qisasını alırmış?
– Hər iki şəxs Şəmkir rayonunun o vaxtkı icra başçısı Aslan Aslanovun oğlu Ruslanın ölümündə günahlandırılırlar. Atadı, başa düşürəm. Ancaq, cəza da, qanunun tətbiqi də ədalətli olmalıdır. Özü də yaxşı bilir ki, oğlunun ölümünün əsas motivi gizlədilib. İstintaq da, məhkəmə də buna göz yummuşdu. Əgər həqiqətlər üzə çıxsa idi Aslan Aslanov çox ciddi problemlərlə üzləşərdi.
O öz işini, nüfuzunu qorumaq üçün bu yolu seçdi. İşin motivini dəyişdirtdirib ki, guya torpaq məsələsi olub və oğlunu sifarişlə öldürüblər.

- Əslində necə olmuşdu?

– Əslində bu işdən xəbərdar olanlar, bütün Şəmkir camaatı bilir ki, hadisə namus üstə baş verib. Məhkəmədə ifadələrini veriblər. İbtidai istintaqda isə Lamiyəyə təzyiq olunub.
Əslində keçmiş icra başçısının öldürülən oğlu məktəbdə Lamiyəni zorlayıbmış. Həmin vaxt onun yanında silahlı şəxslər də olub. Yəni, həmin şəxslərin yardımıyla zorlayıb Lamiyəni.
Sonradan bu hadisənin üstü açılıb və Vüqarla Lamiyənin nişanı pozulub. Bütün bunlar şahid ifadələrində öz əksini tapıb. Bundan sonra Lamiyədə aqressiya yaranıb və bu hadisə törənib (cinayət işinin materiallarına görə Lamiyə icra başçısının oğlu Ruslanı onu zorladığı üçün öldürüb – red.)
Düzdür, o qız zorlanıb ancaq, bütün hallarda adam öldürən cəzasını almalıdır. Burada sadəcə, hadisənin motivi dəyişib. Bundan sonra səlahiyyətdən sui-istifadə edib, özündən və yaxın qohumlarından qisas almaq düzgün deyildi.

- Deputatlar da fikir səsləndirib ki, bu işdə cinayətkarlar cəzalanmalıdır...
– Əlbəttə cəzalanmalıdır. Bu işdə müstəntiq də, hakim də, kimin əli varsa hamısı məsuliyyət daşıyır. Gec-tez onlar cəzalanacaqlar da.

- Lamiyə Quliyevanın qeyri-qanuni ana olmasına görə kimlər məsuliyyət daşıyır?
– Birbaşa Penitensiar Xidmətin əməkdaşları, nəzarətçilər. Həbsxana otel, yaxud yaşayış evi deyil ki, orada bu cür hadislər baş versin. Bu günlərdə Penitensiar Xidmət bu məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, Lamiyə Quliyeva həbsxanada öz istəyi ilə ana olub. Məlumatda həm də bildirilirdi ki, baş verən hadisə araşdırılacaq. Araşdırmanın nəticəsi ilə bağlı hələlik açıqlama verilməyib.
Xidmətdən həm də onu bildirmişdilər ki, Lamiyə Quliyevanın həbsinin uzadılması konkret cinayət hadisəsi ilə bağlı olub.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam