Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aslan Aslanovun Lamiyə ilə bağlı ağız açdığı deputatlar

 

Məhkum Lamiyə Quliyevanın saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində ana olması xəbərindən sonra özünün və nişanlısı Vüqar Əliyevin başına gətirilənlər ciddi müzakirə olunur.
"Xeberinfo.com":  Xatırladaq ki, Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu bilinib. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Daha sonra isə – 2013-cü ildə L.Quliyevanın həbs müddəti 5 il 6 ay müddətinə uzadılıb. Onun həbs müddətinin artırılmasında A.Aslanovun əli olması iddia edilir.
Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov oğlu Ruslan Aslanovun qətlinə görə həbs olunan L.Quliyeva və V.Əliyevlə bağlı son vaxtlar mediada dərc olunan yazılardan sonra xeyli fəallaşıb. Belə ki,publika.az-ın əldə etdiyi məlumata görə, onun Milli Məclisin bir sıra deputatlarını və bəzi KİV rəhbərlərini öz müdafiəsinə çağırdığı bildirilir. Artıq Aslan Aslanov bir neçə millət vəkili və tanınmış jurnalistlərlə görüşərək mediada onu müdafiə edən çıxışlar etmələrini xahiş edib. Həmin şəxslərin adları bəllidir. Bu xüsusda Milli Məclisin deputatlarından Bəxtiyar Sadıqov, Novruz Aslanov, Rafael Cəbrayılov, Ərəstun Cavadov, və Musa Quliyevin adları çəkilir.
Həmçinin, A.Aslanovun dəstək əldə etmək üçün bir sıra media orqanlarına maddi yardımlar etməsi də bildirilir.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam