Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Ərköyünlük edən məmurlar öz cəzalarını alacaqlar”

 

“Bəzi nazirlər və icra başçıları haqqında sərt addımlar atılmasının vaxtıdır”

Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi son iclasda olduqca ciddi mesajlar verdi. 
"Xeberinfo.com":  Məlumata görə, Prezident xüsusilə məmurlar qarşında növbəti dəfə ciddi tələblər də qoydu. Bu iclasdakı mesajlardan sonra Azərbaycanda nə kimi dəyişikliklər baş verə bilər? Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin keçmiş birinci müavini Vahid Əhmədov moderator.az-ın saytına bu və digər məsələlərlə bağlı suallarını cavbalandırıb. 
Modern.az-a istinadən həmin müsahibəni təqdim edirik:
 
 - Prezidentin artıq ikinci dəfə məmurlara sərt xəbərdarlıq etməsi nəyin göstəricisidir? Doğrudanmı, məmurlar o qədər ərköyünləşib və arxayınlaşıblar ki, prezidentin xəbərdarlığına məhəl qoymurlar?
- Prezident İlham Əliyev keçirdiyi son iclasda həm ictimaiyyətə, həm də məmurlara bir sıra mesajlar verdi. Özü də budəfəki mesajlar olduqca ciddi idi. Bu gün dünyada baş verən siyasi və iqtisadi böhranlara nəzər saldıqda məmur-vətəndaş münasibətlərinin Azərbaycan dövləti üçün də çox önəmli olduğu qənaəti yaranır. Ona görə də dövlət başçısı artıq ikinci dəfədir bu məsələyə toxunur və məmurlar qarşısında tələblər qoyur. Hətta bildirdi ki, icra başçılarını qəbul edəndə onlara camaatla necə işləməyi tapşırır. İndi bəzi məmurlar prezidentin bu tapşırığını anlayır, amma başa düşməyənlər də var və yəqin ki, belə ərköyünlük edənlər də öz cəzalarını alacaqlar. Niyə məmurların bəziləri prezidentin tövsiyə və tapşırıqlarını yerinə yetirmirlər? Bilirsiniz, dövlət başçısı xaraktercə çox humanistdir və həmişə insanları cəzalandırmaq deyil, doğru yola cəlb etmək niyyətini açıq şəkildə ortaya qoyur. Amma görünür, bəzi məmurlar bu humanistlikdən sui-istifadə edirlər. O cümlədən, heç kimə sirr deyil ki, rayonların icra hakimiyyəti başçıları da bəzən camaatla doğru-düzgün davranmırlar. Elə ona görə də onların bəziləri vaxtında cəzalandırılıb. Mənə elə gəlir ki, artıq prezidentin də səbri daşmaq üzrədir və məmurlar da anlamalıdırlar ki, vətəndaşlara yuxarıdan aşağı baxmaq olmaz.
- Belə bir deyimi qeyri-iradi tez-tez eşidirik və özümüz də istifadə edirik ki, qılınc müsəlmanıyıq və gözü çıxan qardaşı görməsə bizim millətin nümayəndələri dərs götürmür. Prezident hansısa naziri və ya icra başçısını iclasdaca ayağa qaldırıb işdən qovsa, bu başqalarına da dərs olacaqmı?
- Fikrimcə, prezident sərt addımlar atmayıb. Ötənlərdə şahidi olduq ki, yeri gələndə prezident ən gözlənilməz addımlar da atır. Təbii ki, bu tip addımları işdən qovmaq üçün gərək əldə tutarlı əsas olsun və biz məsələnin təfsilatını bilmədiyimizdən mühakimə yürütməyimiz doğru olmaz. Ən dəqiq məlumatlar prezidentə çatdırılır və bu zaman o qərar verir ki, kimin barəsində sərt qərar qəbul etməyin zamanı çatıb, ya yox. Amma açığı deyək ki, artıq müəyyən nazirlər və icra başçıları haqqında sərt addımlar atılmasının vaxtıdır. Prezident yenə ikinci dəfə bəyan elədi ki, biz hamımız xalqın xidmətçiləriyik və bir nömrəli xidmətçi də mənəm. Hesab edirəm ki, ağlı başında olan adam prezidentin bu sözlərlə nə demək istədiyini anlayır.
- Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Artıq ikinci dəfədir prezidentin xəbərdarlığından sonra o əks arqument səsləndirərək deyir ki, inzibati yolla bank kreditlərini aşağı salmaq olmaz...
- Axı kim deyir ki, inzibati yolla bu məsələyə müdaxilə edilsin? Biz bir neçə gün əvvəl də bununla bağlı Milli Məclisdə Ziyad Səmədzadə, Çingiz Əsədullayev, Əli Məsimli ilə geniş müzakirələr aparmışıq. Biz heç vaxt inzibati metodların tətbiqindən danışmamışıq. Hətta mən bir neçə dəfə məsələ qaldırmışam ki, bankirlə birgə parlamentdə oturub bu problemdən çıxış yollarını birgə müzakirə edək. Təbii ki, müəyyən mexanizmləri işə salmaq lazımdır. Prezident də məhz bu mexanizmlərin işə salınması barədə göstəriş verib. Axı bu banklar da özbaşına yaranmayıb. Onların hamısı açıq demək lazımdır ki, dövlət vəsaiti hesabına yaradılıb. Bəs niyə həmin banklar Azərbaycanın belə bir həssas vəziyyətində həmin vəsaiti gətirib real sektora qoymurlar ki, sahibkarlara da aşağı faizlərlə kreditlər verilsin? Biz də bunu istəyirik, başqa şey istəmirik. Biz demirik ki, inzibati yolla banklara təzyiq edilsin ki, sən kreditləri filan faizlə verməlisən. Amma gəlin oturub araşdıraq görək vəziyyəti necə nizamlaya bilərik.
 
- Axı banklar da elə prezidentin xəbərdarlığına məhəl qoymayan məmurlara məxsusdur. Onlara nəyisə sübut etmək çətin məsələdir…
- Elə deyil. Konstitusiyaya görə Azərbaycanda pul-kredit siyasətinə cavabdeh Mərkəzi Bankdır. Ona görə də bankların nə vəziyyətdə və kimə məxsus olmasından asılı olmayaraq pul-kredit məsələsinə Mərkəzi Bank cavabdehlik daşıyır. Onu da demək lazımdır ki, Elman Rüstəmovun özü çox ağıllı iqtisadçıdır, qlobal maliyyə böhranı dönəmində də Mərkəzi Bank çox böyük işlər görüb. Amma onun son açıqlamasını anlaya bilmədik. Biz yenə də öz fikrimizdə qalırıq ki, bu işə əncam çəkilə bilər və Mərkəzi Bank bunu etməlidir. Biz deyirik əgər sizin bankların problemi varsa gəlin yığışaq aydınlaşdıraq görək nə məsələdir. Hətta parlamentdən hansısa qanuna dəyişiklik etmək tələb olunursa bunu da edək, təki kreditlər insanlarımıza əlçatan olsun.
 
- Həmin bank rəhbərlərini inandırmaq çətindir. Çünki onların patronları buna imkan verməz...
- Niyə ki? Azərbaycan balaca ölkədir və hamı bilir ki, hansı bank kimə məxsusdur. Amma bunun bizə dəxli yoxdur. Biz onları görmürük, biz bankirləri görürük və problemi də onlarla birlikdə çözmək yolu tutmuşuq. Məni narahat edən bir məsələ də var. Yadınızdadırsa, 2008-ci ildə böhran başlayanda dövlət başçısı göstəriş verdi ki, xaricdəki vəsaitlərimizdən 2-3 milyard gətirərək banklara verilsin ki, onlar da aşağı faizlərlə əhaliyə kredit versinlər. Amma o vəsaiti gətirməkdən imtina etdilər.
 
- Elə Elman Rüstəmov dedi ki, həmin pullar gətirilsə, inflyasiya olacaq…
- Heç bir inflyasiya da olmayacaqdı. Vaxtilə əmanətlərin qaytarılmasında da belə bəhanələr səsləndirilirdi. Amma prezidentin göstərişi ilə həmin əmanətlər qaytarıldı, camaat da razı qaldı, dövlət başçısına da hamı minnətdarlıq etdi. Yəni bu məsələləri şişirtmək lazım deyil. Biz hamımız iqtisadçıyıq və hamımız nəyin necə baş verdiyini yaxşı bilirik, görürük.
- Prezident təbii ki, Elman Rüstəmovun və Samir Şərifovun verdiyi rəqəmləri dilə gətirir. Elə isə niyə prezidentə yoxlanılmamış və əsaslandırılmamış statistika təqdim edilir ki, sonradan bundan imtina edilərək İlham Əliyevi diskomfort duruma salırlar? Tutaq ki, prezidentə kim demişdi ki, 2-3 milyard gətirilməlidir və sonradan onu inandırdılar ki, lazım deyil…
- Yox, bilirsiniz, mən prezidentin son iclasdakı çıxışına da baxdım. Etiraf edilməlidir ki, prezident bu məsələlərdə nəinki naşı deyil, hətta deyərdim ki, bəzi məşhur iqtisadçılardan da yaxşı bilir bu özəllikləri. O həmin toplantıda nəinki Azərbaycanda, dünya iqtisadiyyatında baş verənləri iqtisadçı kimi analiz etdi. Ona görə də düşünürəm ki, əvvəl onu inandırıblar, sonradan yanına gedib deyiblər ki, yox, bunu gətirsək inflyasiya olar və s. Amma mən yenə də o qənaətdəyəm ki, o vaxt həmin 2-3 milyardı gətirsəydilər, indi bizdəki faizlər bu həddə deyildi.
 
- Prezident 2015-ci ili kənd təsərrüfatı ili elan etdi və qeyd etdi ki, o torpaqların bir çox hallarda məmurlar tərəfindən zəbt edildiyini və təyinatı üzrə istifadə edilmədiyini bilir.
- Heydər Əsədov bir müddət əvvəl kənd təsərrüfatı naziri təyin olunub. Mən onunla oturub bir neçə saat söhbət etmişəm. O, bütün planlarını və görüləcək işlərin miqyasını açıb göstərdi. Cənab prezident ona tapşırıb ki, elə etmək lazımdır Azərbaycan özünü ərzaqla təmin etsin. Üstəlik, iclasda da dedi ki, biz ərzaq məhsullarımızı həm də ixracyönümlü etməliyik. Yəni neft və qazdan başqa ərzaq məhsulları da elə həcmdə istehsal olunmalıdır ki, əhəmiyyətli dərəcədə ixrac edilsin. Ona görə də nazirlik birinci növbədə torpaqların inventarizasiyasını aparır. Bütün bunlardan sonra real vəziyyət prezidentə məruzə olunacaq və müvafiq qərarlar qəbul olunacaq. Təbii ki, torpaq əkilib-becərilməkdən ötrüdür, hansısa nazirə dədəsindən miras qalmayıb ki. Ümumiyyətlə, dünyada ərzaq təhlükəsizliyi günü-gündən aktualıq kəsb edir və Azərbaycan da öz tələbatını artıqlaması ilə ödəməsi və ixrac etməsi üçün torpaqların münbitləşdirilməsi və səmərəli istifadə olunmasına getməlidir. Mənə elə gəlir ki, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da Kənd Təsərrüfatı Nazirliyinə yaxından kömək etməlidir ki, bir yerdə bu məsələni yoluna qoysunlar.
 
- Avropa Şurası Parlament Assambleyasında Rusiya əleyhinə qərarın verilməsi zamanı Azərbaycan nümayəndə heyətinin yekdilliklə Moskvanı dəstəkləməsi sizin üçün gözlənilməz olmadı ki?
- AŞPA-nın belə bir addım atacağı gözlənilən idi və təbii ki, Azərbaycan nümayəndə heyətinin qərarını da anlamaq mümkündür. Doğrudur, müstəqil siyasət apardığımızı Rusiya da, Qərb də anlayışla qarşıladığını bəyan edir, prezident İlham Əliyev də dəfələrlə müxtəlif səviyyələrdə açıq mətnlə bəyan edib ki, biz müstəqil siyasət yürütməkdə davam edəcəyik və kimsənin diktəsi ilə oturub-duran deyilik. Amma etiraf etməliyik ki, bizə çoxsaylı təzyiqlər də var və biz nəhəng dövlət olmadığımızdan qlobal miqyaslı güclərlə hesablaşmaq zorundayıq. Konkret olaraq bizi əzmək iqtidarında və niyyətində olan dövlətlər var. Ona görə də cənab prezident balanslı siyasət aparır və Azərbaycanı maksimum təhlükələrdən, zərbələrdən sığortalayır. Təbii ki, Azərbaycanın Qərbə inteqrasiya xəttinə sadiq olduğunu Prezident Davosdan qayıtdıqdan sonra bir daha bəyan etdi və elə manatın kursunun avroya nisbətdə aşağı salınmasını təklif etməsi də iqtisadidən daha çox siyasi qərar idi və bunu Qərbə yönəlik bir jest kimi də yozmaq olar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam