Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ERMƏNİ POLİTOLOQ İRAN QAZININ TRANZİTİNƏ MANE OLAN AMİLLƏRİ SADALADI:"SOCAR-ın planlarında dəyişiklik Gürcüstanı sarsıdar" - MÜSAHİBƏ

Ermənistan politoloqu Vage Davtyan “Lragir.am” saytına müsahibəsində İran qazının Ermənsitan ərazisindən Gürcüstana və Avropaya nəqli haqda Ermənistanda baş aslıb gedən eyforiyanı səngidən düşüncələrini bölüşüb.

Yenixeber.org: Onun fikirlərini oxucularımıza təqdim edirik.

 

– Cənab Davtyan, Nikol Paşinyan İrana rəsmi səfərin gedişində bir sıra mühüm bəyanatlar səsləndirib, Ermənistanın İran qazı üçün tranzit ölkə olmağa hazırlığı özəlliklə bəyan olunub. Bu, nə qədər həqiqətə uyğundur?

– Bu layihənin, prinsipcə, Ermənistan-İran gündəliyinə çıxdığı birinci dəfə deyil. Bu haqda Ermənistan-İran qaz kəməri layihəsinin təzəcə hazırlandığı 1990-cı illərdə danışılıb, amma bu, tətbiqi məkana 2015-2016-cı illərdə daxil edilib – RF hökumətinin təşəbbüsü ilə Ermənistan, İran və Gürcüstran hökumətləri arasında qaz mübadiləsi haqda saziş imzalananda. Niyə mübadilə? Çünki mövcud infrastruktur – İran-Ermənistan qaz kəməri və Ermənistanın paylama şəbəkəsi tranziti təmin edə bilmir və İrandan qazı Ermənistan üzərindən Gürcüstan və üçüncü bazara nəql etmək mümkün deyil. Layihə, hər şeydən əvvəl, ona görə həyata keçirilməyib ki, sazişə baxmayaraq, rəsmi Tiflis o cümlədən Azərbaycan lobbiçiliyinin təsiri altında bəyanatla çıxış etdi ki, Azərbaycandan Gürcüstana ixrac edilən qaz Gürcüstanda daxili tələbatı bağlamağa bəs edir və Gürcüstanın alternativ qaynaqlara hələlik ehtiyacı yoxdur.

Qeyd etmək gərəkdir ki, son illərdə qazı Gürcüstana Azərbaycanın Gürcüstan üçün sosial və kommersiya tarifləri müəyyən edərək yetərincə çevik siyasət aparan SOCAR tədarük edir. Bu, Gürcüstan bazarında müəyyən manevrlər üçün imkanlar yaradır. Amma SOCAR son bir neçə ayda gürcü larisi ucuzlaşdığı üçün tarif siyasətinə yenidən baxmağa vadar olub. Gürcüstan üçün qazın dəyərinin yüksəldilməsi məsələsi gündəlikdədir və Gürcüstanda bu şəraitdə ümumi bazarın İran-Ermənistan-Gürcüstan mübadilsəi yoluyla təmin edilməsi mümkün olan 10% həcmində kiçik bazar formalaşa bilər. Düzdür, bunun üçün üçtərəfli razılaşmalar gərəkdir, habelə qaz idxal edən ölkə olası Gürcüstanla da anlaşmaq lazımdır.

Daha bir mühüm məqam – Ermənistandakı paylama şəbəkəsi və xüsusilə Ermənistan-İran qaz kəməri Rusiyanın “Qazprom”unun balansındadır və Moskva ilə məsləhətləşmələr gərəkdir, amma əminəm ki, layihənin həyata keçirilməsi Moskvanın maraqlarına cavab verir, çünki İran-Ermənistan qaz kəmərinin faydalı iş əmsalı son dərəcə aşağıdır.

– İranın əvvəllər Gürcüstanla pilot layihə barədə bildirdiyi nəzərə alınsa, Gürcüstanın belə bir layihəyə nə dərəcədə marağı var? O, uğursuz çıxıb?

– Saziş, hər şeydən əvvəl, ona görə həyata keçirilməyib ki, ABŞ 2018-in payızında İranın nüvə proqramı üzrə sazişdən çıxdı və sanksiyaları sərtləşdirdi. Sanksiyalar zərfi İranın energetika layihələrini məhdudlaşdırır. Gürcüstan ABŞ-ın bölgədəki geopolitik satelliti və maraqlarının provayderi kimi çıxış edir, belə ki, sanksiyalar məqamı burada öz təsirini göstərə və Gürcüstanın inteqrasiya niyyətlərini qabaqlaya bilər. Amma Gürcüstan Azərbaycandan asılılığı azaltmaq və şaxələndirməni təmin etmək üçün sırf iqtisadi baxımdan qaz əldə etməkdə maraqlıdır – həm də təkcə İrandan deyil. Gürcüstan bu illər ərzində şaxələndirmə resursunu itirib və SOCAR-ın planlarında hətta azacıq dəyişikliklər Gürcüstan iqtisadiyyatını ciddi sarsıntılara gətirə bilər.

– Amma yenə də niyə 2016-da İran qazının tranziti baş tutmadı?

– Artıq Ermənistanda tranzitlə məşğul olmalı olan dövlət səhmdar cəmiyyətinin yaradıldığına baxmayaraq, prosesi Gürcüstan dayandırdı. Hələ o zaman Gürcüstanın energetika naziri Kaxa Kaladze  son anda bildirdi ki, onlara Azərbaycan qazı bəs edir. Görünür, Azərbaycanın tarif siyasəti Gürcüstan üçün rahatlığın təməl səbəbi olub.

İkincisi Rusiya amildir: Rusiya qabaqlar öz qazının Ermənistana tranziti üçün Gürcüstana 10% qaz ödəyirdisə, Moskva 2016-da modelə yenidən baxmaq və rublla ödəniş təklif etdi. Bu, Gürcüstanın maraqlarına cavab vermirdi, çünki rubl o zaman ucuzlaşırdı. Bundan savayı, Gürcüstanda müxalifət Moskva ilə sövdələşməyə qarşı idi. Yekunda “Qazprom” və RF hökuməti istədiynə nail oldu və son iki ildə tranzitə görə ödəniş rublla aparılır, amma məsələ hələ də gündəlikdədir.

İndi durum dəyişilib və Gürcüstan hökuməti şaxələndirmə zərurətini bəyan edir – o cümlədən Rusiya qazının alqısı hesabına.

– Nikol Paşinyan martın başlanğıcında Brüsselə səfər edəcək. İran mövzusu kontekstində Avropaya İran qazının son alıcılarından biri kimi  baxıla bilər. Paşinyan İrana səfəri Almaniyada elan edib. Brüsseldə bundan söz açılacaqmı?

– Düşünmürəm, çünki söhbət hər şeydən əvvəl, Gürcüstan bazarından gedir. Qaldı ki Avropanın energetik təhlükəsizliyinə, hər şeydən öncə, Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Cənub Qaz Dəhlizinə Rusiya qazına alternativ kimi baxılır, amma onun yetərincə cüzi buraxılış qabiliyyəti var. Bundan başqa, güman etmirəm ki, beynəlxalq sanksiyalar Avropanın böyük şirkətlərinə İranla sövdələşməyə girmək imkanı versin. Eyni zamanda hətta bu, rəsmən səsləndirilməsə də, pərdəarxası söhbətlər hökmən olacaq – özəlliklə də Fransa, Almaniya, Böyük Britaniya antiiran sanksiyalarından yan keçmək mexanizmi hazırladığı üçün.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam