Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Hindistandan Azərbaycana kilosu 3.50 manata inək əti gətirilir” -Azad İstehlakçılar Birliyinin sədri

“Mənim istehlakçılara etdiyim tövsiyə Bakını qəssabxanaya çevirir”

“GMO Azərbaycanda artıq şüşədən çıxmış cin kimidir”

Yenixeber.org:  Musavat.com-un “Bizim qonaq” rubrikasının qonağı bu dəfə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur. Biz onunla Azərbaycanda qida təhlükəsizliyindən, bu sahəni tənzimləyən qanunverici aktların çatışmazlığından tutmuş mövsümi meyvələrin daşıdığı təhlükələrə qədər bir çox mövzudan danışdıq.

- Eyyub müəllim, öncə təşkilatın hazırki fəaliyyəti haqqında danışaq... Hazırda hansı istiqamətdə fəaliyyət göstərirsiniz?

- 20 ildir ki, Azad İstehlakçılar Birliyi istehlakçı hüquqlarını təmənnasız qorumaqla məşğuldur. Bu dünyanın yeganə təşkilatıdır ki, istehlakçı hüquqlarını tam təmənnasız qoruyur. 1998-cı ildən bu təşkilat Beynəlxalq İstehlakçılar ... üzvüdür. 120 ölkə ilə əlaqəmiz var. İstehlakçı hüquqlarının qorunması sahəsində dünya təcrübəsinin Azərbaycana gətirməyə çalışırıq. Çalışırıq ki, dövlətin siyasətinə təsir edək. Bu bizim gündəlik işimizdir. Əlbəttə, hər gün istehlakçı şikayətlərini qəbul edirik və araşdırırıq. Eləcə də bizim 25 regionda ofislərimiz var. 21 min nəfərdən çox könüllülərimiz var. Bu könüllülər şəbəkəsi vasitəsilə istehlakçı hüquqlarını qorumağa çalışırıq. İstehlakçıların şikayətlərini tam təmənnasız təmin etməyə çalışırıq. Hər gün ən müxtəlif istehlakçı şikayətləri gəlir. Yaxın günlərdə sığorta şirkətinin fəaliyyəti ilə bağlı istehlakçı şikayəti gəlib. Məişət avadanlığı ilə bağlı istehlakçı şikayəti daxil olub. Gündə ən azı 5 şikayət qəbul edirəm. Eləcə də bizim ofislərdə şikayətlər qəbul olunur. Biz müəyyən layihələr çərçivəsində monitorinqlər də aparırıq. İctimai təşkilat olaraq heç bir monitorinq aparmırıq. Yalnız istehlakçı şikayətlərini qəbul etməyi və onlara cavab verməyi ancaq çatdıra bilirik. Çünki könüllülər şəbəkəsi çox olsa da, fəal işləyən, təmənnasız xidmət göstərən insanların sayı təəssüf ki, çox azdır.

- Eyyub müəllim, ərzaq təhlükəsizliyi ilə bağlı hazırda insanları ən çox narahat edən məsələ “leş mafiyası”nın əməlləridir. Dəfələrlə tonlarla ət hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bunun tam olaraq qarşısını almaq mümkün olmayıb. Amma bazarda da böyük tələbat var və həmin məkanları aşkarlamaqla problemin daha qısa müddətdə həllinə nail olmaq mümkündür?

- Təşkilatımız yarandığı gündən etibarən biz leş ət mafiyası ilə mübarizə aparmışıq, bu işin üstünü açmağa çalışmışıq. Dəfələrlə fəal təşəbbüslər göstərmişik. 8 il bundan öncə leş işi ilə məşğul olan bir insan gəlib mənimlə danışdı, səhvlərini etiraf etdi. Hətta mənə leş ətlərinin alındığı məkanı da göstərdi. Mən gecə başıma xüsusi geyim taxıb gedib həmin yeri gördüm. Lakin mən dövlət orqanlarını səfərbər edə bilmədim ki, həmin qurumlar cəzalandırılsın. Ən uğurlu iş isə keçən ilin aprel-may aylarında oldu. Biz 20 ildir bu şəbəkəni ifşa etməklə məşğuluq. Daxili İşlər Nazirliyinin müvafiq qurumu bir neçə leş yığanları ifşa etdi, həbslər oldu. Bu iş ayrı-ayrı dövlət orqanları tərəfindən bu gün də davam edir. Lakin mən bir sualı hər zaman cəmiyyətə və dövlət orqanlarına verirəm, tələb olmasa təklif olmaz. Nə üçün tonlarla ət gətirən adam saxlanılıb cərimə olunur, lakin “bu əti hara aparırsan” sualına cavab tapılmır. Biz də bu suala cavab tapa bilməmişik. Lakin istehlakçılardan gələn şikayətləri, eləcə də uşaq bağçalarında və digər yerlərdə apardığımız monitorinqləri nəzərə alaraq ümumiləşdirsək, bu nəticəyə gəlmək olar ki, ən arzuolunmaz ətlər, leş ətləri uşaq bağçalarından tutmuş ən prestijli restoranlara qədər gedib çıxa bilər. Bu nəzəri mülahizədir. Bunu təkzib edən heç bir arqument yoxdur. Çünki biznes qurumları üçün xüsusi toxunulmazlıq şəraiti yaradılıb. Biznesə heç kim toxuna bilməz, onlardan heç kim heç nə soruşa bilməz. Onlara müdaxilə edən dövlət məmurları işdən qovula bilər. Belə bir cəzasızlıq mühitində biznes qurumları bundan istifadə edir, istehlakçı hüquqlarını pozur və təhlükəli ətlər istənilən yerdə satıla bilər. Təəccüblü olan həm də odur ki, 2 gün öncə Kənd Təsərrüfatı Nazirliyinin İdarə rəisi ictimai çıxış etdi və göstərdi ki, it əti də satmaq olar, at əti də... Bu şərtlə ki, üstün bu it ətidir yazılsın, istehlakçı aldadılmasın. Yəni qanun bunu qadağan etmir. Başqa sözlə, bazara nəzarət edən dövlət orqanlarının tezisi belədir ki, azad bazar iqtisadiyyatıdır, qanunun qadağan etmirsə, nə satırsansa sat. İt əti, pişik əti, eşşək əti də satmaq olar. Mən isə bunun əleyhinəyəm. Azərbaycanda bu qidalar yeməli qidalar deyil. Bizim regionun insanlarının orqanizmində o ətləri həzm edən hormonlar yoxdur. Bunlar min illərlə formalaşmış hormonlardırlar. Ona görə də dövlət orqanlarının nümayəndələri belə səhv bəyanatlar verməməlidirlər. Dövlət orqanlarının fəaliyyətinin kəsərli olmamasının səbəblərindən biri də qanunvericilikdəki zəiflikdir. İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında qanunlar kompleksi zəifdir. 1995-ci ildə qəbul olunmuş qanundan 6 dəfə dəyişiklik edilib, hamısında da istehlakçı hüquqlarını zəiflədən maddələr daxil olub. İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları demək olar ki, yalandan büdcədən çox böyük ştatla maaş alırlar. İstehlakçı hüquqlarını isə qorumurlar. Dövlət orqanları ilə bağlı bizə gələn şikayət məktublarına nəzər salsaq, 98 faiz müraciətlərə cavab olaraq qeyd olunur ki, gedin bununla bağlı məhkəməyə müraciət edin. Dövlət qurumu bu işlərə qarışmır. Belə bir şəraitdə isə istehlakçılar aldadılır. Qanunvericiliyə görə istehlakçıya ən təhlükəli malı , məsələn it ətini satmaq olar , ancaq məbləğ 10 manatı keçməsin. 100 manatdan sonra bu cinayət məsuliyyəti yaradır. 100 manata qədər, yəni 5-10 kilo it ətini cürbəcür insanlara sat və onları aldat, heç bir cavabdehlik də daşıma. Qanunun olmayan yerdə isə mütləq cinayət baş verir ki, biz də bunun şahidiyik.

unnamed.jpg (59 KB)

- İstehlakçılara bununla bağlı nə tövsiyə edirsiniz. Özlərini leş əti mafiyasından qorumaq üçün hansı məkanlarda diqqətli olmalıdırlar?

- Mənim istehlakçılara etdiyim tövsiyə Bakını qəssabxanaya çevirir. Nə üçün ölkənin paytaxtı qəssabxanadır? Niyə hər yerdə mal kəsilir? Müasir dövrdə daha yaxşı şəraitdə kəsilə bilər. Səbəb odur ki, insanların diri heyvanın kəsilib soyulmasını öz gözü ilə görüb, ətin təzə olduğuna inanmaq istəyir. Çünki dövlət orqanlarına, eləcə də baytarın yalançı möhürünə inamı yoxdur ki, gedib əti bazardan aldın. Səhər bazara gedəndə görürük ki, minlərlə cəmdəyə möhür vurulub. Guya baytar səhərə qədər yatmayıb... Dövlət orqanlarını çağırıram ki, vətəndaşların inamını və etibarını qazansınlar. İstehlakçılara isə tövsiyə edirəm ki, gözü ilə görmədiklərini almasınlar. Ancaq yaxşı olar ki, insanların dövlət qurumlarına inamı olsun və gedib marketlərdən alsınlar. Marketlərdə ən müasir üsullarla tam halal formada kəsilmiş və özlərinə məxsus soyuducularda xüsusi şəraitdə saxlanılmış ətlər satılır. Çox təəssüf ki, əhali gedib həmin əti almır, gedib açıq ət alırlar. Marketlərdə də ölü ətlər ola bilər. İstehlakçılara sözüm odur ki, öz hüquqlarından yararlansınlar, aldıqları malın sertifikatını tələb etsinlər, mənbə sənədlərini tələb etsinlər.

- Eyyub müəllim, siz bütün bunlardan məlumatlı olan bir şəxs kimi nə vaxtsa kolbasa məhsulları yemisinizmi?

- Bəli, vaxtilə kolbasa yemişəm. Kolbasa yemək olar, ancaq mən onu daimi yeməyi məsləhət görmürəm, epizodik olaraq yemək olar. Azərbaycanda halal kolbasalar da istehsal olunur. Mən də Halallıq Komissiyasının üzvüyəm. Biz uzun sürən mübarizədən sonra “halal” sertifikatı verən bütün maraqlı tərəfləri topladıq və ictimai bir komissiya yaratdıq. Azad İstehlakçılar Birliyi də o koalisiyada təmsil olunur. Biz çalışırıq ki, halal sertifikatı verilən kolbasa istehsalçılarını onlayn izləmə sistemi də yaradılsın. Çalışırıq ki, halal mal satan biznesmenlər yalnız İslam İnkişaf Bankından maliyyələşsinlər. Digər banklardan kredit alınması, maliyyələşməsi artıq halal deyil. Halal mallar ekoloji təmiz mallardır. Dünyanın bütün millətlərinin halal mallara böyük etibarı var. 4 il öncə mən “Halal” Dünya Konqresində iştirak edəndə natiqlərdən birindən eşitdim ki, bir ildə dünya xalqları, xristianlar və digər dinlər “halal” mallara 30 trilyon dollar pul xərcləyiblər. Mənim çox nadir hallarda yediyim kolbasalar da halal kolbasalardır, əlbəttə söhbət yerli istehsaldan gedir.

- Hazırki reallığı, qiymətləri nəzərə alsaq, 7-10 manata halal kolbasa hazırlamaq nə dərəcədə mümkündür?

- Kolbasa istehsalında mal ətləri daha çox Hindistandan gətirilir. Biz bunu izləmişik. Hindistandan gələn mal ətinin 1 kiloqramı 3 manat 50 qəpiyə başa gəlir. Kolbasaları həmçinin toyuq ətindən hazırlayırlar. Təbii ki, kolbasanın tərkibinə digər komponentlər də qarışdırırlar. Yəni, bu kolbasaları çox ucuz qiymətə idxal edilən ətlərdən hazırlayırlar və həmin ətlər də çox normal məhsullardır. Yalnız bu şəkildə kolbasanın kiloqramı 7-1- manat ola bilər. Həmin kolbasaların istehsalında yerli ətlərdən az istifadə olunur. Lakin elə qiymətlər də var ki, artıq istehlakçıya nə isə deyir. Çox ucuz qiymətə satılan kolbasaların murdar ətlərdən hazırlandığı da məlumdur.

- Eyyub müəllim, insanları narahat edən digər bir məsələ də mövsümi meyvələrin keyfiyyətidir? Çiyələk, pomidor, qarpız kimi zəhərlənmə riski yüksək olan məhsullar bazara çıxarılarkən tərkibi yoxlanılırmı? Tərkibindəki insan orqanizmi üçün zərərli olan maddələrin miqdarı ölçülürmü?

- Bu işləri Kənd Təsərrüfatı Nazirliyi həyata keçirməlidir. Lakin bu qurumun işçiləri şənbə və bazar günləri kostyumlarını geyinib bazara gedir, qiymət tənzimləməklə məşğul olurlar. Halbuki bu bazar prinsiplərinə ziddir. Onlar daha çox kəndlinin yanında olmalıdırlar. Onlara məhsul nə qədər azot gübrəsi, nə qədər nitrit və sair verməyi öyrətməlidirlər. Bazarda bolluq yaratmalıdırlar. Belə bir anormal şəraitdə əlbəttə bazarda kifayət qədər kimyəvi tərkibə malik olan mallar var. Mən keçən il ilk dəfə olaraq Bakı bazarlarının hamısında monitorinq apardım. Demək olar ki, 98 faiz yerlərdə qarpızların hamısı nitritlərlə zəhərlənmişdi, bu maddənin miqdarı normadan iki dəfə artıq idi. Hansı ki , insanlar həmin maddəni normadan artıq qəbul etsələr zəhərlənə bilərlər. Normadan az olduqda da həmin maddələr insanların oynaqlarında toplanır və tədrici zəhərlənmə baş verir. Hazırda kənd təsərrüfatı məhsullarının əksəriyyəti nitritlərlə zəngin vəziyyətdədir.

- Bunu necə öyrənmək olar? Alıcı fərdi şəkildə necə yoxlaya bilər?

- Bizdə bunu yoxlamaq üçün xüsusi cihaz var. Adi istehlakçı onu bilə bilməz. Biz sizin qəzet vasitəsilə müraciət edirik ki, əgər istehlakçı hansısa maldan çox almaq istəyərsə, onun nümunələrini bizim ofisə gətirsinlər, biz təmənnasız olaraq onu təyin edə bilərik. Bazarda çox təhlükəli kənd təsərrüfatı məhsulları var. Əgər bıçaqla kəsilən çiyələk 3-4 gün qalıb xarab olmursa, əlbəttə o genetik modifikasiya olunmuş çiyələkdir. Son məlumata görə bu GMO-lu çiyələyin şitilləri İspaniyadan gətirilir. Bir sıra beynəlxalq təşkilatlar da bunun lobbiçiliyini aparır və əkdirirlər ki, guya kasıbçılığı ləğv etmək üçün xüsusi proqramlar həyata keçirirlər. Lakin ətraf mühitə ciddi ziyan dəyir. Böyük kartoflar, badımcanlar, bibərlər, görkəmi çox cəlbedici olan mallar genetik modifikasiya olunmuş mallardır. Çox təəssüflər ki, İrandan da bu cür məhsullar gətirilir. Ölkənin əmtəə bazarında kifayət qədər kimyalaşmış kənd təsərrüfatı məhsulları var. GMO Azərbaycanda artıq şüşədən çıxmış cin kimidir. GMO məhsulları Azərbaycanda da əkilib becərilir. Normal olmayan, içində tumu olmayan, toxumunu əkdikdə cücərti verməyən qarpızlar, yemişlər, pomidorlar GMO məhsullardır.

- Qida təhlükəsizliyi sahəsini tənzimləyən qanun niyə qəbul olunmur ki, bu cür halların qarşısı alınsın?

- Doğrudur ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. 6 il bundan öncə beynəlxalq təşkilatlar qida təhlükəsizliyi haqqında qanun hazırladılar, hökumətə təqdim etdilər. Lakin baxılmadı. Qanun olmayan yerdə də cinayət baş verməsi normaldır. Bu ilin fevral ayında ölkə prezidentinin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məsələsi önə çəkildi. Gələn ilin əvvəlindən belə bir agentlik fəaliyyətə başlamalıdır. Bunu eşidəndə biz də çox sevindik. Ölkə prezidentinin fərmanı ilə təyin olunmuş işçi qrupuna mən rəsmi məktub yazdım. Təhlillərimizi təqdim etdik ki, bu istiqamətdə nə işlər görülə bilər. Çox təəssüf ki, bizim ictimai təşkilat Əli Əhmədov səviyyəsində qəbul olunmadı. Mən idarə rəisi səviyyəsində qəbul olundum, söhbət etdik. Məlum oldu ki, onların qida təhlükəsizliyindən heç bir xəbəri yoxdur. Halbuki Rusiya prezidenti Vladimir Putin ildə bir dəfə istehlakçı hüquqlarını qoruyan təşkilatları yığdı, Təhlükəsizlik Şurasının ayrıca yığıncağını keçirdi. Orada bizə də söz verildi. Yəni, dövlət bilməlidir ki, dövləti də, ordunu də, iqtisadiyyatı da saxlayan biz istehlakçılarıq. Bizim hüquqlarımız qorunmalıdır. Əgər bu agentlik qohum-əqrəbalar üçün iş yeri olacaqsa, yaxşı heç nə gözləmirəm. Yox əgər bu sahəyə ictimai nəzarət olacaqsa, ictimai təşkilatlar təmsil olunacaqlarsa, şəffaf bir qurum yaradılacaqsa, dünya təcrübəsini orada tətbiq etmək imkanı olacaqsa o zaman əhali təhlükəli qidadan azad olar. Ölkə əhalisinin sağlamlıq durumunun necə olduğunu öyrənmək üçün apteklərə baş çəkmək kifayətdir. Apteklər alıcı ilə doludur, növbələr yaranır. Çünki insanlar xəstədir. Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Hökumət düşünməlidir ki, niyə apteklərdə növbədir...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam