Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pənah Hüseyndən sensasion referendum açıqlamaları

 

Sabiq baş nazir: “Vitse-prezidentlər institutunun tətbiqi məsələsi 1992-93 illərdə müzakirə olunurdu”

 

“Həmin layihəni hazırlayanlar indi də Prezident Aparatında işləyirlər”
Xeberinfo.com:   Prezident İlham Əliyevin Referendum Aktı layihəsini rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam verməsi ilə başlanan müzakirələr qızışır. Ən çox gündəmdə olan məsələ vitse-prezidentlər institutunun yaradılması ilə bağlıdır. 
Referendum aktının ardından qərarla bağlı rəylər gecikmədi. Fikirlər bir-birinə ziddir. Əsasən müxalifət buna sərt münasibət sərgiləyir. Bütün bunların fonunda 23 il öncə AXC hökumətinin ABŞ modelinə keçmək üçün bu tipli qanun layihəsi hazırladığı, lakin bunu həyata keçirə bilmədiyi üzə çıxıb.
Elçibəy hökumətinin baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə bu məsələlərlə bağlı söhbət etdik.
- Pənah bəy, imzalanan Referendum Aktı ilə bağlı ən çox tənqid olunan məsələlərdən biri vitse-prezidentlər institutu ilə bağlıdır. Müxalifət bunu respublikaçılıq ənənələrindən uzaqlaşmaq kimi dəyərləndirir. 
- İndiki siyasi konteksdən çıxış etsək, əslində bu institutun tətbiqi respublikaçılıqla ziddiyyət təşkil etmir. Mən deyə bilərəm ki, Azərbaycanda vitse-prezidentlər institutunun tətbiqi məsələsi hələ 1992-93 illərdə müzakirə olunurdu. O vaxt hazırlanan konstitusiya layihələrinin birində məhz vitse-prezidentlərin vəzifə kimi yaradılması təklif olunmuşdu. Lakin bizim layihədə bu, Nazirlər Kabinetinin  bir institut kimi ləğvi ilə yaradılırdı. Konsepsiya ondan ibarət idi ki, ABŞ tipli prezident idarə üsuluna keçilsin. Vaxtilə bu məsələlər barədə mətbuatda xəbərlər gedib. Nazirlər Kabinetinin ləğvi məsələsi onunla əsaslandırılırdı ki, sovet dövründən və müstəqilliyin ilk illərindən qalmış qavrayışlar icra hakimiyyəti sistemində paralellik kimi başa düşülür və ziddiyyətlərə səbəb olurdu. Məsələn, Ayaz Mütəllibov-Həsən Həsənov-Yaqub Məmmədov ziddiyyətlərini xatırlayanlar yəqin ki var. Prinsipcə, istisna etmirəm ki,  indi o vaxtkı layihədən bəhrələnmə olmayacaq. Ona görə ki, həmin layihəni hazırlayanlar indi də Prezident Aparatında işləyirlər. Sonradan müzakirələrin gedişində prezidentin bu barədə Heydər Əliyev və Turqut Özalın rəyini nəzərə alması ona səbəb oldu ki, həmin layihələr bir müddət kənara qoyuldu. Heç şübhəsiz ki, indiki siyasi kontekst bu islahata yeni mənalar gətirib. Müxalifətin də narahatlıqları tam əsassız deyil. Açıq-aydın görünür ki, son dövrlərdə Artur Rasi-zadədən sonra kimin baş nazir olması ətrafındakı həyəcan xeyli dərəcədə bu yolla aradan qaldırılır. Baş nazirin prezidentdən sonra onun səlahiyyətlərini icra edə bilməyəcəyi bu postun siyasi əhəmiyyətini azaldır. Lakin həmin  vəzifəyə işlək, gənc və siyasi təhlükəsi olmayan şəxslərin gətirilməsinə imkan verilir. Fikrimcə, vitse-prezident vəzifələri daha çox hakimiyyət ötürülməsi prosesində təhlükə yaratmayacaq. Əksinə, təminat verəcək ki, yaşlı nəslin nümayəndələri bu postlara təyin olunsunlar. Həm də bir növ fəxri pensiya postları yaratmaqla müəyyən şəxslərin real idarəçilikdən ağrısız uzaqlaşdırılmasına da imkan yaradılır. Ola bilsin ki, vitse-prezident deyil, vitse-prezidentlər məsələsi bununla bağlıdır. Hər halda hakimiyyətin indiki dairə daxilində ötürülməsi üçün əlavə mexanizm olması mülahizəsini inkar etmək mümkün deyil. Eyni zamanda hesab edirəm ki, bu dəyişikliyə qarşı çıxanlar əsas məsələlərdən birini diqqətdən kənarda saxlayırlar. 
- Sizcə, bunlar nədən ibarətdir?
- Bu fikir yalnız mənə məxsus deyil. Qazaxıstanda Nazarbayev prezidentlik müddətini 7 ilə qaldırandan sonra növbədənkənar seçkilər keçirdi. Mənim də ağlıma batan fikir odur ki, bu referendumun əsas mahiyyəti prezident seçkilərini 2018-ci ilə qədər saxlamamaqdır, Müxtəlif səbəblərdən. O cümlədən nəzərə almaq lazımdır ki, regionda, dünyada, ölkədə siyasi və sosial vəziyyət olduqca sürətlə dəyişir. Məsələn, 2016-cı ilin dekabrında seçkilər iqtidar üçün daha asandır. 2023-cü ilə qədər də Allah Kərimdir. Həm də indiki dövlət başçısının müsahibələrinin  birində müəyyən dünya güclərinə işarə edərək, “hədəfdə mənəm” deməsini də yada salmaq lazımdır. Belə bir növbədənkənar seçki Qərb dairələrinin də planlarını pozmağa hesablana bilər. Bir məsələni də qeyd edim ki, məncə, növbədənkənar seçkilər olsa, indiki dövlət başçısının namizədliyi qalacaq. Referendumda prezidentə növbədənkənar seçkilər keçirmək səlahiyyətinin verilməsi yuxarıda deyilənlərlə izah oluna bilər. Əlbəttə, bütün bunlar mülahizələrdir. İstisna etmək olmaz ki, məsələ fərqli məzmunda olsun. Odur ki, siyasi müxalifət öz tənqidlərinə davam etməklə yarana biləcək situasiyaları təhlil etməli və öz fəaliyyətini yeni şəkildə planlaşdırmalıdır. Mən təəssüflə qeyd edirəm ki, hələ belə bir yanaşma müşahidə olunmur. Ən azı bu dəyişiklilərə qarşı olan bütün siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ayrı-ayrı ekspertlərin, nüfuzlu şəxslərin, ziyalıların vahid mövqeyini əks etdirən platforma yaratmaq istiqamətində addımlar atılmalıdır. (Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam