Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Etibar Məmmədov Ayaz Mütəllibova qarşı

 

Ayaz Mütəllibov: “Xalq mənə “sağ ol” deməlidir”

 

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov mətbuata müsahibə verib. Mütəllibov xalqın nəyə görə ona “sağ ol” deməli olduğunu belə əsaslandırıb: “Hər şeydən əvvəl xalqımı, dövlətimi sevdiyimə, demokratik seçkilər keçirtdiyimə, Azərbaycandan bütün erməniləri çıxartdığıma, müstəqillik aktına qol çəkdiyimə, 2 mart 1992-ci ildə Azərbaycanı dünyaya tanıtdığıma və hər şeydən əvvəl xalqıma daha yaxın insan olduğuma görə”. 

 

Mütəllibov hakimiyyətinə qarşı ən güclü müxalifət təşkilatının sədri olmuş Etibar Məmmədov sabiq prezidentin bu iddialarına cavab verib. 

 

E.Məmmədov deyib ki, əslində Mütəllibovun bu fikirləri ilə tanış deyil: “Ancaq həmin dövrdə demokratik seçkilərin keçirilməsinə gəldikdə, onun prezidentliyi dövründə keçirilən seçkilərdə hərəkat nümayəndələrinin bir hissəsi Ali Sovetə seçilə bilmişdi. Ancaq bu daha çox Mütəllibovun istəyindən deyil, hərəkatın gücündən irəli gəlirdi. Həmin vaxt bəzi yerlərdə saxtakarlıq olurdu, bəzi yerlərdə isə saxtakarlıq edə bilmirdilər. Yəni, vəziyyət birmənalı deyildi”.

 

AMİP lideri qeyd edib ki, Azərbaycanda yaşayan ermənilərin ölkədən məhz Mütəllibov tərəfindən çıxarılması məsələsi də əslində fərqlidir: “Ermənilərin Bakıdan tam getməsi 20 yanvar hadisələri ilə bağlı oldu. Bu zaman isə Mütəllibov hakimiyyətdə deyildi. Ancaq Mütəllibovun dövründə Çaykənd əməliyyatı keçirildi, bu zaman silahlı dəstələrin bir hissəsinin tərksilah olunması və ölkədən qaçması hadisəsi baş verdi”.

 

Etibar Məmmədov sabiq prezidentin digər iddiasına cavab olaraq deyib ki, əslində Mütəllibovun müstəqillik aktına imza atmaqdan savayı çıxış yolu qalmamışdı: “Xalq müstəqillik istəyirdi. Avqust hadisələrindən sonra müstəqillik prosesi başlamışdı. Xalq hərəkatının təzyiqi nəticəsində dövlət suverenliyi haqqında qanun qəbul olunmuşdu. Sonra isə Konstitusiya Aktı qəbul edildi. Həmin zaman Konstitusiya Aktının birinci variantı Prezident Aparatında hazırlanmışdı. Prezident isə Mütəllibov idi. Əgər həmin layihəyə baxılsa, bu zaman bilinər ki, kim nə istəyir. Ancaq 18 oktyabrda ikinci variantda hazırlanan Konstitusiya Aktı qəbul olundu. Dekabrda isə referendum keçirildi”.

teleqraf.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam