Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Dayanan sülh danışıqları, artan müharibə riski: “Yeni toqquşma realdır”

Səxavət Məmməd: “Hərbi gücdən istifadə hətta uzaq olmayan zamanda baş verə bilər”

Yenixeber.org: Ermənistan yenidən Azərbaycan Ordusunun mövqelərinə atəş açıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Avqust ayı ərzində Ermənistan tərəfindən bir neçə dəfə ordumuzun mövqeləri atəşə tutulub. Hətta Azərbaycan Müdafiə Nazirliyindən qarşı tərəfə sərt xəbərdarlıq edilib. Bununla yanaşı, Ermənistanın Fransa, ABŞ, Hindistan tərəfindən silahlandırılması, hücum silahları ilə təchiz edilməsi barədə ortaya faktlar çıxdı. Bütün bunlar bölgədə gərginliyin artdığını göstərir. Bir qism ekspertlər hesab edirlər ki, baş verənlər hərbi eskalasiya ilə nəticələnə bilər.

Cənubi Qafqazdakı gərginliklə bağlı suallarımızı cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları getmir:

- Bir ilə yaxındır ki, proses dayanıb. Düzdür, bu yaxınlarda tərəflər bir-birinə sülh paketi təqdim ediblər və orada nələrdəsə anlaşıblar, nələrdəsə anlaşma olmayıb. Məsələnin digər tərəfi odur ki, Zəngəzur dəhlizinin açılması məsələsi sülh sazişindən sonraya saxlanılıb. Buna baxmayaraq, görünən odur ki, regionda sülhün yaxın vaxtlarda əldə olunacağı gözlənilmir. Sülhün olmaması isə gərginliyin bir qədər də artacağı proqnozuna əsas verir. Son dövrlər Ermənistan tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, Ermənistanın silahlanması da gərginliyin arta biləcəyinə işarədir.

Əslində Cənubi Qafqazda Azərbaycan və Ermənistan qarşıdurmasından istifadədə maraqlı olan qlobal güclər var. Faktiki olaraq Rusiya da, ABŞ da, Fransa da regiondadır. Eyni zamanda, bölgə ilə bağlı İranın, Türkiyənin, hətta Çinin, İngiltərənin, İsrailin də maraqları var. Bu ölkələr də bir çox regionda bir-birinə qarşı rəqibdirlər. Məsələn, Rusiya-Ukrayna müharibəsində Qərb dövlətlərinin demək olar ki, hamısı Rusiyanın qarşısındadır. İran, Çin, Şimali Koreya Rusiyanın yanındadır. Rəqiblər Cənubi Qafqazda, Azərbaycan-Ermənistan gərginliyində də eyni tərəfdə dayanırlar. Qərbin əksər ölkələri Ermənistanın, Türkiyə, Rusiya, İsrail, Çin, Türk Dövlətləri Təşkilatı isə Azərbaycanın yanında görünür. Demək istədiyim odur ki, Ukraynada olduğu kimi, Cənubi Qafqazda da qlobal güclərin savaşı başlayıb. Sadəcə olaraq bu savaş hərbi fazaya keçməyib, hələlik hədə mərhələsindədir. Bu qüvvələrin Ukraynada müharibə apardığı zaman Cənubi Qafqazda sülhə birlikdə töhfə verəcəyi gözlənilən və inandırıcı deyil.

- Qlobal qüvvələrin güc savaşı hərbi fazaya keçə bilərmi?

- Əlbəttə, hər şey mümkündür. Amma məsələyə primitiv yanaşmanın əleyhinəyəm. Məsələn, bu gün Ermənistan silahlandırılır və bunun faktları var. Amma demək ki, Ermənistan Azərbaycana görə silahlandırılır, revanşa hazırlaşdırılır və s. Bu, doğru yanaşma deyil.  Ermənistanın silahlanmasına nəzər etdikdə bir çox amillərə diqqət yetirmək lazımdır. Əvvəla, Ermənistan öz gücü ilə müharibədən əvvəlki səviyyəyə gəlib çıxması üçün həm uzun illər lazım idi, həm də böyük pullar. Görünən odur ki, Ermənistan maliyyəni tapdı, müddəti də qısaltdı. Silah anlaşmalarına diqqət etdikdə açıq şəkildə görürük ki, Ermənistana Qərbdən hər dəfə pul ayrılanda dərhal sonra yeni silah alır. Ona görə də, silahlandırılır desək, daha məntiqli olar. Dəfələrlə demişəm, hazırda Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaza transfer edilir.  Rusiyanın Ukraynaya hücumundan əvvəl Ukraynada nələr baş verirdi? Ukrayna ordusunun içərisində NATO mütəxəssisləri işləməyə başlamışdı, yeni silahlar verilirdi, media dəstəyi də pik həddə çatmışdı, ölkənin Avropa İttifaqına və NATO-ya daxil olması üçün fikirlər səsləndirlirdi. Rusiya ilə sözlü atışmalar, qarşılıqlı ittihamlar və sonda Rusiya işğal siyasətinə başladı. Müharibə buna görə başladığını demirəm, müharibədən əvvəlki vəziyyəti nəzərdə tuturam. İndi Ermənistana baxdıqda da demək olar ki, eyni prosesin şahidi oluruq. Silahlanma, siyasi baxımdan Rusiyadan qopma, Azərbaycanla sülh danışıqlarından yayınma, Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqe, ordusunda Fransa və ABŞ nümayəndələrinin olması və digər məsələlər var. Demək istədiyim odur ki, qarşıdurma tərəfi Ermənistan və Azərbaycandır, ancaq tərəflər eynidir. Yəni müharibə olacaqsa, bu qlobal güclərin müharibəsi olacaq.

- Məlumdur ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasından imtina edir. Ona görə belə fikirlər var ki, dəhlizin açılması danışıqlarla mümkün deyilsə, hərbi yola əl atıla bilər...

- Baxın, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatının 8 bəndini Azərbaycan özü icra edib. Sonuncu bənd - Zəngəzur dəhlizi, daha doğrusu kommunikasiyaların açılması məsələsi icra olunmamış qalır. Məlumdur ki, Ermənistan və Rusiya tərəfi götürdüyü öhdəliyin heç birinə əməl etmədi, Azərbaycan tərəfi güc yolu ilə bütün bəndləri özü icra etdi. İndi Ermənistan 9-cu bəndlə bağlı öhdəliyi də yerinə yetirmir. Təəccüblü deyil. Çünki yenə deyirəm, digər bəndləri də Bakı icra etdi. Düzdür, bir çox məsələlər Azərbaycan tərəfi ilə Rusiya uzlaşdıqdan sonra həyata keçirildi, ancaq əsas güc yenə rəsmi Bakının üstünə düşdü. Həm də o zaman Azərbaycanın təsir mexanizmləri də var idi. İndi isə Azərbaycanın əlində Ermənistana təsir rıçaqlarının qaldığını düşünmürəm. Antiterror əməliyyatı keçirilib, suverenlik tam bərpa olunub, ermənilərin də Qarabağı tərk etməsi ilə Azərbaycanın Ermənistana təzyiq, təsir edəcəyi demək olar ki, heç nə qalmadı. Ermənistan da bunun fəqrindədir. İrəvanda onu da bilirlər ki, Zəngəzur dəhlizi açılacaq. Amma görünən odur ki, bu danışıqlar yolu ilə baş tutmayacaq. Çünki yolda Rusiyanın nəzarəti məsələsi ilə Qərb razı olmur, olmayacağı da böyük ehtimaldır. Ona görə də hərb yolu real görünür.

- Yəni müharib ehtimalı çoxdur?

- Hərbi gücdən istifadə hətta uzaq olmayan zamanda baş verə bilər. Ermənistanın silahlanması, bunkerlərin tikilməsi, hətta bunun nümayiş etdirilməsi, müdafiə xətlərinin qurulması onu deməyə əsas verir ki, erməni tərəfi və Qərb olacaqların fərqindədir. Rusiya kimi onların da tələsdiyini açıq şəkildə görə bilərik. İstiqamətlər də bəllidir. Əgər toqquşma baş tutsa, İranla Ermənistanın əlaqəsi kəsiləcək. O zaman İran necə davranacaq? Ümumiyyətlə, İran buna sakit yanaşacaq? Bax bu yerdə diplomatiya işə düşməlidir. Türkiyə, yəhudi lobbisi Azərbaycanı yenə də dəstəkləyəcəklər. Necə ki, müharibə zamanı yəhudi lobbisi erməni lobbisini sıfırlamışdı və bu prosesi davam etdirirlər. Azərbaycan tərəfi İranla uzlaşma əldə etməlidir. İranla uzlaşmadan addım atmaq böyük problemlər yarada bilər. Necə ki, antiterror əməliyyatlarından əvvəl demişdim ki, Azərbaycan Rusiya uzlaşma əldə etmədən nəticə əldə edə bilməyəcək. İndi də eyni vəziyyət İranla bağlıdır.

- Eskalasiyaya beynəlxalq reaksiya necə olacaq?

- Toqquşma olacağı təqdirdə, təbii ki, Azərbaycana qarşı ağır sanksiyalar gündəmə gələ, hətta tətbiq edilə bilər. Sanksiyalar zamanı ən önəmli məsələ sanksiyaları yarmaqdır. BRİKS təşkilatı sanksiyaların yarılması üçün önəmli ola bilər. Bəlkə də Bakının BRİKS-ə müraciəti bununla bağlıdır.

Məsələ burasındadır ki, bu gərginlik bəlkə də Azərbaycan və Ermənistanın arzusu deyil. Çünki indiki durumda nə Ermənistan müharibədə maraqlıdır, nə də Azərbaycan. Ona görə də, toqquşma sahədə Ermənistan və Azərbaycan kimi görünsə də, əslində, rəqiblər dəyişməz olaraq qalacaq.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam