Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"”Təhlükəsiz bölgə” məsələsi indi daha aktual oldu"

Türkiyəli ekspert: ”Təhlükəsiz bölgə” məsələsi indi daha aktual oldu”

 

 

“Parisdə belə terror aksiyasının olacağı gözlənilən idi. Çünki bir neçə il əvvəl Parisin kənar məhəllələrində kasıbların və əcnəbi mənşəli vətəndaşların hökumətə qarşı sanki üsyanı olmuşdu. Bu, Fransa üçün önəmli siqnal olmalıydı”. 
Xeberinfo.com:   Məlumata görə, bunu APA-ya müsahibəsində Türkiyənin terrorla mübarizə üzrə eksperti Ərcan Çitlioğlu deyib.
 
O qeyd edib ki, bu ilin yanvarında “Charlie Hebdo” jurnalının əməkdaşlarının güllə-baran edilməsi də hökumətə eyni məzmunlu başqa bir mesaj idi: “13 noyabrdakı silsilə terror hadisələri göstərdi ki, Fransa cəmiyyətində terrorizmi qidalandıran damar var. O damardan qidalanan radikal cərəyanlar ölkəni qana boyamaqda tərəddüd etmirlər. Silsilə terror aksiyalarının Antalyadakı G-20 zirvə toplantısı ərəfəsində həyata keçirilməsi işin basqa bir tərəfidir”.
 
Ekspert vurğulayıb ki, Parisdəki son aksiyalar İŞİD terror təşkilatı öz üzərinə götürüb: “Burada əsas məsələ - müxtəlif ölkələrdən İŞİD-ə qoşulmaların səbəblərinin yaxşı araşdırılaraq ciddi sosioloji nəticələrin əldə edilməsidir. Milli gəlirin bölüşdürülməsi sahəsində ölkələr arasında ciddi fərqlər qaldıqca, Orta Şərq ölkələrindəki xalqların təzyiq əsirinə çevrildikləri atmosfer var olduqca, o ölkələrdəki gənclik öz gələcəyinin ümidsiz olduğunu gördükcə Avropaya axın davam edəcək. Parisdəki silsilə terror aksiyaları, hər şeydən əvvəl, qısa müddətdə Avropaya gedə bilmiş təxminən 1 milyon qaçqının taleyinə mənfi təsir göstərəcək. Başda Fransa olmaqla digər ölkələr də  onları geri qaytaracağı kimi, arxadan gələn milyonlarla qaçqına da qapılar bağlana bilər. Bu da təkcə Avropada deyil, bütün dünyada islamofobiyanı daha da gücləndirəcək”.
Çitlioğlu dünyanın terrora qarşı səfərbər olmasının əsas iş olmadığını da vurğulayıb: “Çünki terror təşkilatlarının yaradılması və insanların terror aksiyalarına sövq edilməsinə dair həyatın reallıqlarını aradan qaldırmadan terrorla təsirli mübarizə aparmaq mümkün olmayacaq. Terror təşkilatları niyə yaradılır, o təşkilatların üzvləri niyə bu qədər rahatlıqla intihar edib yüzlərlə insanı arxalarından ölümə sürükləyə bilirlər? Bunun iqtisadi, siyasi və sosioloji səbəblərini bilmədən və mərhələylə də olsa aradan qaldırmadan dünya miqyasında terrora qarşı təsirli mübarizə aparılması çox çətindir”.
 
O bildirib ki, polisin gördüyü tədbirlər  terrorun kökünün qazınmasında kifayət etmir: “ Hər şeydən əvvəl, gənclər özlərini yaşadıqları cəmiyyətdən təcrid olunmuş şəkildə hiss etməməlidirlər. Nyu-Yorkda 11 sentyabr terror aksiyası baş verəndən sonra Avropada total şəkildə “müsəlman ovu” başlamış və hətta bəzən saqqalı olan müsəlmanların təyyarələrə minməsinə icazə verilməmişdi. Gəldiyimiz nöqtədə polisi tədbirlərinin terrorun kökünü kəsmək üçün kifayət etmədiyini görürük. Hər hansı terror aksiyasını analiz edərkən onun törədən təşkilatların hansı şəraitdə meydana çıxdığını diqqətlə öyrənmək və ona görə tədbirlər görmək lazımdır”.
Parisdəki silsilə terror aksiyalarının  İŞİD-in Suriya və İraq torpaqlarında elan etdiyi “dövlətin” aradan qaldırılması üçün qurulmuş  koalisiyanın fəaliyyətinə necə təsir göstərəcəyi ilə bağlı suala cavabında isə ekspert bildirib: “Məlumdur ki, Türkiyə uzun müddətdən bəri Suriyanın şimalında “təhlükəsiz bölgə” elan edilməsinə və ondan sonra quru hərəkatına başlanmasına çalışır. Türkiyənin bu təklifinə Fransua Olland da dəstək verir. Sentyabrda Fransanın aktiv dəstəyi ilə Suriyanın şimalında İŞİD-ə qarşı geniş miqyaslı bombardmanlar olmuşdu. İndi elə bir vəziyyətdəyik ki, İŞİD-in harada və nə vaxt terror aksiyası həyata keçirəcəyini bilmək olmur. Bundan əvvəl Misirdə rus təyyarəsini düşürdülər, ondan əvvəl Livanda terror aksiyası həyata keçirdilər, ondan əvvəl İordaniyalı pilotu yandırdılar. Heç bir ölkə bu işdən kənara çəkilib deməməlidir ki, İŞİD bu gün mənim torpaqlarımda terror aksiyası törətmirsə, mən onunla mübarizə aparmaqdan yaxamı kənara çəkirəm. Yox, belə bir şey əsla olmamalıdır. Bu, yanlış yanaşma və məntiqdir. “Əl-Qaidə”dən sonra zəmanəmizin ən qanlı terror təşkilatına qarşı bütün ölkələrin əlbir şəkildə mübarizə aparması lazımdır”.
 
Ekspert qeyd edib ki, Parisdəki terror silsilə terror aksiyalarından sonra Türkiyənin   “təhlükəsiz bölgə” qurulması təklifinin daha da aktuallaşacağını düşünür: “Türkiyənin təklifi gerçəkləşərsə, istər bölgədə və istərsə  də dünyada terrora qarşı mübarizədə daha təsirli addımlar atılacağını görəcəyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam