Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Parisdəki terroru planlaşdıran şəxs tutuldu

40198

Noyabr ayının 13-də Parisdə baş verən terror aktlarını planlaşdıran şəxs belçikalı Abdelhamid Abaaoud yaxalanıb.
Xeberinfo.com:  Türkiyə kütləvi informasiya vasitələrinə (KİV) istinadən məlumata görə, Fransa hüquq-mühafizə orqanları terror aktlarını A. Abaaoudun planlaşdırdığını və onun Belçikada yaxalandığı barədə məlumat yayıblar.
Fransa polisi paytaxt Parisdə baş verən terror aktları sonrası genişmiqyaslı araşdırmalar aparıb və və hadisələri törədən şəxslərin kimliyini müəyyən ediblər. Hüquq-mühafizə orqanları Abaaoudun daha əvvəl paytaxtda qarşısı alınan kilsə ve sürət qatarına hücumla da əlaqəsi olduğu müəyyən edilib.
Belçikada Abdelhamiddən başqa daha 6 nəfərin şübhəli şəxs qismində nəzarətə götürüldüyü bildirilir.
Abdelhamid Abaaoud- Parisdəki terror aktını planlaşdıran şəxs
Bu gün səhər saatlarında da Fransa “Stad de Frans” stadionun yaxınlığında noyabrın 13-də partlayış törədən şəxsin kimliyi bilinib.
Bu, 20 yaşlı Fransa vətəndaşı Bilal Xadfidir. Bilal Parisdə özünü partladan 3 kamikadzedən biridir. Daha bir terrorist 31 yaşlı İbrahim Abdeslam üzərində olan partlayıcı qurğunu Parisin Volter bulvarında işə salıb.
Fransa polisi hazırda terrorçulardan birinin qardaşı olduğu iddia edilən Salah Abdeslamı axtarışa verib. Polis onun şəklini və əlamətlərini açıqlayıb. Salah Abdeslam sentyabrın 15-i 1989-cu ildə Brüsseldə doğulub. Onun boyu 1,75 sm-dir, gözləri qonurdur.
Abdeslam Salah
Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə azı 129 insanın ölümü ilə nəticələnən terror hadisələri baş verib. Hadisə metroda və stadionun yaxınlığında 2 partlayış, restorana və konsert zalına silahlı hücum şəklində baş verib.
Parisin 10-cu bölgəsindəki “Le Petit Cambodge” adlı restorana küçədən atəş açılıb. Bu hücumla eyni zamanda Parisin şərqindəki 11-ci bölgədə olan “Bataclan” adlı konsert zalına da atəş açılıb. Futbol üzrə Fransa – Almaniya dostluq qarşılaşmasının keçirildiyi “Stade de France”nin yaxınlığında isə iki ayrı partlayış baş verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam