Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Biz Sovet sisteminin məhsuluyuq"

 

 Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərlə bağlı hazırlıqlardan danışıb.

"Xeberinfo.com":   Məlumata görə, Mir Şahin Ağayevə müsahibə verən Məzahir Pənahov bir çox məsələlərə aydınlıq gətirib.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

-Məzahir müəllim, əhval-ruhiyyəniz necədir? Necə gedir işlər? Maşallah gümrahsız. Dedidlər ki, dünən evə gecə saat 3-də getmisiz. 

-Bu bizim vəzifəmizdir. İşləməliyik. Müraciətlər daxil olursa seçki məcəlləsinin qərarına əsasən iki gün ərzində qərar çıxarılmalıdır. Çalışırıq ki, bütün tərəfləri dinləyək, sənədləri toplayaq, araşdıraq və özümüz yığışaq bir qərar verək. Sonra isə bu qərar komissiyanın iclasına təqdim olunur. 

-Müraciətlərin mahiyyəti nədən ibarətdir? Daha çox nədə narahtlıq var? 

-İndiyə qədər baxdığımız müraciətlərin 40-ı qeydiyyatla bağlı olub. Bunun 14 –ü artıq təmin olunub. Kütləvi İnformasiya Vasitələrinin qarşısında gizlətmədən həmişə demişik ki, mübahisəli məsələlərə qanuni yanaşılır və yeri gələndə namizədin xeyrinə həll edilir. 

-Prezident seçkiləri ərəfəsində mən sizdən müsahibə götürmüşdüm. O zaman siz yeniliklərdən biri və çox vacibi kimi qeyd etmişdiniz ki, seçki məntəqələrində Veb-kameralar qurıaşdırılıacaq və qeyd bildirmişdiz ki, kamera qurlaşdırılan məntəqələrin sayı xeyli artırılacaq. Müqayisə etsək, onda nə qədər idi? İndi nə qədərdir?

-Artıq 20% olub. Hamıya, Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçmədən, Azərbaycana gəlmədən, evində oturmaqla səhərdən axşama qədər müşahidə etmək imkanını yaradırıq. Bu mövcud texnikanın təklif etdiyi imkandan yuxarı heç nə yoxdur. 20% isə elə bir rəqəmdir ki, bunun sayəsində seçki haqqında obyektiv fikir səsləndirmək olar. Dünyada qəbul olunmuş standart özü də 15 və 20% arası hesab olunur. 

-Beynəlxalq müşahidəçilər elə ona görə Azərbaycana gəlib, seçkiləri müşahidə etmək istəmirlər. Artıq özlərinin müşahidə etmək imkanları var. 

-Onminlərlə, yüzminlərlə “klik”lərin sayı var bizim sayıtda. Gündən –günə bu say daha da çoxalır. 

-Hər halda müşahidəçilər gələcəklər?

-Əlbətdə gələcəklər.

-Məzahir müləllim, nə qədər müşahidəçi gözləyirik?

-Avropa Şurası Parlament Assambleyası qərar verib ki, 35 müşahidəçi göndərəcək. Bundan başqa müxtəlif ölkələrin parlament üzvlərinin, keçmiş Sovet məkanı, Şərqi Avropanın və bir sıra ölkələrin seçki qurumlarının rəhbərlərini şəxsən özüm dəvət etmişəm. 

Bilirsiz ki, seçki məcəlləsinin tələbinə görə, müşahidəçiləri dəvət etmək 3 orqana həvalə edilib: Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası. Onlar da həmçinin öz tərəflərindən dəvətlər ediblər və müsbət cavablar alınıb, artıq rəsmi məktublar da daxil olur. Ümumi baxsaq bütün Yer kürəsi əhatə olunur. Adətən yerli müşahidəçilərin sayı 10 minlərlə olurdu, indi isə bu rəqəm 14 mini keçib. Çünki, bizim seçki məcəlləsinin tələbinə görə, ölkə üzrə müşahidə aparmaq arzusunda olanlar Mərkəzi Seçki Komissiyasına müraciət edirlər, konkret seçki dairəsində müşahidə aparmaq arzusunda olanlara isə şərait yaratmışıq ki, heç bizə müraciət etməsinlər. Yaşı 18-ə çatmış hər kəsi müşahidəçi kimi qəbul edirik. Onlar özləri birbaşa dairəyə müraciət edib müşahidəçi kimi iştirak edə bilərlər. KİV nümayəndələrinə də şərait yaradılıb ki, heç bir akkreditasiya keçmədən bizimlə bərabər seçkiləri izləsinlər. Onlara mən öz minnətdarlığımı bildirirəm. Sizin kanala da xüsusən. 

-Belə bir rəy var ki, ötən seçkilərdə seçki nümayəndələrinə pulsuz efir vaxtı verilirdi. İndi pulsuz efir vaxtı verilmir. Bunun səbəbi nədi?

-Bilirsiz, əlbətdə ki, məndə arzu edərdim ki verilsin. Keçən dəfə ki, Parlament seçkilərində 60 dairədən yuxarı YAP-dan başqa heç bir siyası partiyanın namizədliyi qeydə alnmamışdı. Seçki məcəlləsinin tələbinə görə, ödənişsiz efir vaxtı 60-dan artıq dairədə namizədliyi qeydə alınan siyası partiyalar olanda dəyirmi masa şəklində ödənişsiz verilir. Keçən dəfə namizədlərə pulsuz efir vaxtının verilməsi MSK-nın təşəbbüsü idi ki, predizdent də bunu dəyərələndirdi və büdcədən ona vəsait ayrıldı. Bu nə məcəllədə nə də, heç bir qanunda yox idi. 

- Bəs bu dəfə niyə belə bir təşəbbüs verilməyib?

- Mən çalışmışdım ki, belə bir təşəbbüs olsun. Amma bunu heç kim iddia edə bilməz ki, bu hökmən olmalıdır.

- Mənim yadıma gəlir ki, hətta namizədlərin özlərinə də təşviqat kampaniyasının aparılması üçün pul ayırmışdılar.

- Yox. Əvvəllər bizdə seçki məcəlləsinin tələbinə görə qeydiyyata alınmış namizədə 200 manat məbləğində büdcədən pul ayrılırdı. Bu 2000-ci ilin əvvəllərində idi. 2000-ci ilin ortalarında isə bu tələb seçki məcəlləsindən çıxarıldı.

- 2015-ci ilin seçkiləri xüsusi əhəmiyyətə mailkdir. Azərbaycan dünyada güclənən dövlət kimi formalaşır. Bu artıq onun dostlarına və düşmənlərinə də bəllidir. Necə gözlüyürsüz bu seçkilərin nəticələrinin tanınması üçün bizi hər hansı bir problem gözləmir ki?

- Seçki elə bir məsələdir ki, burada birinci göstərici ondan ibarətdir ki, əsas Azərbaycan ictimaiyyəti razı qalsın. Biz isə bunu çox vaxt qabartmırıq. Bütün dünyada olduğu kimi əsas Azərbaycan ictimaiyyəti əmin olsun ki, seçkidə zəifin, azlığın səsi də eşidilir. Bu baxımdan bizdə deyilən qədər problem yoxdur. Heç bir ölkədə Müxalifətin dediyini İqtidar tərifləmir ki? Demir ki, yaxşıdır. Bizdə steriotip fikirlər var. Biz Sovet sisteminin məhsuluyuq elə başa düşürük ki, kimsə tənqid olunursa, pis deyirsə deməli o pisdi. Amma bu bir həqiqətdir ki, ideal cəmiyyət mümkün ola bilməz. 

- Müxalifət düşərgəsində tənqid olunan ikinci məsələ efir vaxtının bahalığıdır.

- Seçki Komissiyasının ancaq ödənişli efir vaxtı ilə bağlı işi ondan ibarətdir ki, o bütün namizədlərə eyni şərait yaradılmasını nəzarətdə saxlamalıdır. Bunun üçün də bütün kanallar bizə seçkiqabağı öz qiymət cədvəlini göndərməlidir. Biz ancaq onu nəzarətdə saxlamaq hüququna malikik. Əgər onu kimsə pozsa və MSK-ya bununla bağlı müraciət daxil olsa ki, belə hal baş verib biz dərhal bununla bağlı adekvat ölçü götürürük. 

Mən həmişə deyirəm seçkidə KİV –in rolu müqayisə olunmazdır. Xüsusilə də xalq tərəfindən seçilən kanallar. ANS –də öz dinləyicisini, tamaşaçısını formalaşdırmış bir kanaldır. Xahiş edirəm seçkilərə diqqətlə yanaşın. Öz əməkdaşlarınıza da bunu məsləhət verin.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam