Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Peru mətbuatı sülh danışıqları və Zəngəzur dəhlizindən YAZDI

Perunun populyar “Guik” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi dərc olunub. 

Yenixeber.org: Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. 

Müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, müxtəlif beynəlxalq aktorların iştirakı ilə yekun sülh sazişi üzrə aparılan danışıqlar barədə məlumat verilib. 

Sülh müqaviləsinin bu ilin sonuna kimi imzalanacağına ümid etdiyini bildirən azərbaycanlı diplomat, işğaldan azad edilmiş ərazilərimizin urbisid, ekosid, mədəni irsin dağıdılmasına və kultursidə məruz qaldığını, bununla belə hazırda həmin torpaqlarda genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə işlərinin aparıldığını qeyd edib. 

Müsahibədə işğaldan azad olunmuş torpaqlarda qısa müddət ərzində görülmüş bərpa-quruculuq işləri, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası, eləcə də məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışının həyata keçirilməsi prosesi barədə məlumat verilib. 

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə sərhəd-buraxılış məntəqəsi qurulub və bu məntəqə vasitəsilə hər iki istiqamətdə nəqliyyatın hərəkəti sərbəst həyata keçirilir. Bu da öz növbəsində sərhəd keçməsində şəffaflıq yaradır və bununla regionda sülh və sabitliyə xidmət edir. 

Həmçinin Qarabağın erməni mənşəli əhalisinin Azərbaycan cəmiyyətinə və dövlətinə reinteqrasiyasının zəruriliyi, regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, xüsusilə Zəngəzur dəhlizin açılmasının regionun inkişafı baxımından əhəmiyyəti vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam