Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Milli Şura” və “Yeni Müsavat” arasında başlanan qalmaqal səngimək bilmir

 

"Xeberinfo.com":  Məlumata görə, qəzet iddia edir ki, qurum rəhbərliyi onlara qarşı şər-böhtan kampaniyası aparır. 
Əks tərəf isə qəzeti daha sərt təşkildə tənqid və təhqir etməklə Cəmil Həsənlinin müdafiəsinə qalxıb. Belə getsə “Milli Şura” Cəmil Həsənlini müdafiə komitəsi yaradacaq. Tərəflər arasında başlanan qarşı durmanın nə vaxta kimi davam edəcəyini demək isə xeyli çətindir. 
Sözü gedən məsələyə Müsavat Partiyasının münasibətinin maraqlı olduğunu nəzərə alaraq partiya başqanını müavini Elman Fəttahla əlaqə saxladıq. 
E. Fəttah Azvison.az-a açıqlamasında hər iki tərəfi qarşılıqlı ittihamlardan əl çəkməyə çağırsa, da məsələdən xəbərsiz olduğunu vurğulayıb. 
Bununla belə başqan müavini bildirib ki, bu qarşıdurmanın Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur: “Bu məsələnin Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Qarşıdurma “Milli Şura” ilə “Yeni Müsavat” qəzeti arasında baş verir. Ümumən bu məsələdən məlumatsızıq və səbəbin də bilmirik. 
“Ümumiyyətlə bu məsələ xoşagələn hal deyil. Bu cür ittihamları yaxşı hal saymırıq. Bununla belə heç kimin də işinə müdaxilə etmək fikrində deyilik”. – E. Fəttah vurğulayıb. 
Qeyd edək ki, haqqında təhqirlər səslənən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasının fəal üzvüdür. Göründüyü kimi, Əli Kərimi tərəfdarları ilə mübarizədə Müsavat Partiyası öz üzvünü müdafiə etmək əvəzinə, günlərdir siyasi gündəmdən düşməyən qalmaqaldan xəbərsiz olduğunu iddia edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam