Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Fatma Mahmudova:“Məni ən çox sıxan səhnə həsrətidir”

Fatma Mahmudova:  “Məni ən çox sıxan səhnə həsrətidir”
"Səhnə üçün darıxıram. Ömür, gün gedir. Səhnə bizə həmişə lazımdır".
Bunu Xalq artisti Fatma Mahmudova deyib. Aktirsa bildirib ki, karantin günlərində evdə olub və müalicələrini davam etdirib.

"3 il bundan qabaq ayağım sınmışdı. Onun fəsadları hələ də qalır. Bununa görə müalicələr alıram. Ürəyimdə də problem var. Məni ən çox sıxan səhnə həsrətidir. Teatr aktrisanın ümid, pənah yeridir. Karantindən əvvəl Əsgər Əsgərovun quruluşunda "5 manatlıq gəlin" tamaşasını hazırlamışdıq. Virusun yayılması ilə əlaqədar işlər dayandı. İstəyərdim ki, yenidən səhnəyə qayıdaq və tamaşaçılar oradakı obrazda məni görsünlər.

1998-ci ilə qədər ən ağır, ən qaynar nöqtələrdə əsgərlərimiz qarşısında çıxış etmişik. Heç nədən qorxmamışam. Həmişə hər şeyə hazır insanam. Nə qədər canımda can var, səhnədə olacağam.

Sərt karantin zamanı səhhətimlə bağlı sistemlər qəbul etdim, ev işləri ilə məşğul oldum. İndi serial çəkilişlərində iştirak edirəm. Elməddin Cəfərova minnətdaram. Yaxşı insan, yaxşı aktyordur. Məni yaddan çıxarmır, Allah da onu yaddan çıxartmasın. Nə deyim, göydə Allahımıza sığınmışıq. İnanırıq ki, hər şey yaxşı qurtaracaq", - deyə Xalq artisti vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam