Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Koronavirus məni axtarır, evdə gizlənirəm” - Xalq artisti

“Koronavirus məni axtarır, evdə gizlənirəm” -  Xalq artisti
"Evdə özümə müxtəlif məşğuliyyətlər tapıram. Ən sevdiyim iş təsbeh düzəltməkdir".
Yenixeber.org: Bunu Xalq artisti Arif Quliyev karantin günlərindən danışarkən deyib.

Aktyor bildirib ki, evdə darıxmamaq üçün kitab oxuyur, şeir əzbərliyir və təsbeh düzəldir.

"Bağım yoxdur, 45 ildir bina evində yaşayıram. Şəraitim normaldır, sıxılmıram, müxtəlif məşğuliyyətlərlə başımı qatıram. Nüsrət Kəsəmənlidən, Ramiz Rövşəndən şeirlər oxuyuram. Hərdən özüm də şeir yazıram. Bundan əlavə yumoristik monoloqlar hazırlayıram. Onları verilişlərə gedəndə səsləndirirəm".

Arif Quliyev koronavirusla necə mübarizə aparması ilə bağlı suala yumorla cavab verib: "Koronavirusla gizlənqaç oynayıram. O məni axtarır, mən də evdə gizlənirəm, tapa bilmir. Səhhətim əladır. Hərdən təzyiqim olur. Amma qalan hər şey yerindədir.

Həftəsonu qadağalarında darıxmadım, adam öz evindən, ocağından yorulub darıxarmı?! Karantinin bir xeyri oldu ki, kişilər evdə tapıldı, evə yığışıb uşaq və nəvə ilə oynadılar".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam