Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

70 yaşlı Arif Quliyev –“Ad günümü keçirmirəm” 

70 yaşlı Arif Quliyev  – “Ad günümü keçirmirəm” 

Xalq artisti, komediya janrındakı rollarına görə həm teatrda, həm də kinoda uğur qazanmış aktyor Arif Quliyevin 70 yaşı tamam olur. 

Yenixeber.org: Arif Quliyev doğum gününün təəssüratlarını bizimlə bölüşüb: “Təbriklərə görə çox sağ olun, Allah hamıya can sağlığı versin. Ad günümü təmtəraqlı keçirməyəcəm, koronavirusdan gizlənirəm hələ, məni tapa bilmir. Ad günümü də evdə keçirəcəyəm. Qanun-qayda hamı üçün eynidir, evdə qalmaq lazımdır. Dost-tanış, qohumlar bilmirəm gələr ya yox, karantindir axı. Bilmirəm, istəsələr gələrlər. Heç kəsin borcu deyil ki, karantində bizə gəlsin. Heç kəsdən buna görə incimək olmaz. Qətiyyən heç kimdən buna görə incimərəm. Koronavirus bitsin, bəlkə, 70 illiyimə görə balaca bir yığıncaq edərəm. Çünki heç vaxt təmtəraqlı ad günü keçirməyi sevməmişəm. Elə şeylərə o qədər də marağım yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam