“İnsanlardan qəhrəmanlıq tələb etmək olmaz. Bununla belə, çalışmalıyıq ki, işi səviyyəli görək”.
Yenixeber.org: Bu sözləri tanınmış yazar-publisist Şərif Ağayar APA TV-də yayımlanan “Günün yarısı” verilişində deyib. Bayağı mahnılarla bağlı mövzu ətrafında danışarkən Ş.Ağayar bildirib ki, Teymur Əmrah istəsə, indiki yüngül mahnıları hamıdan gözəl oxuyardı:
“Məsələn, gedib Namiq Qaraçuxurlu ilə duet edərdi. Yeri gəlmişkən, mənə elə gəlir ki, Aygün Kazımovanın sənətdə qürubu Namiq Qaraçuxurlu ilə duetdən başladı. O, ritmlər tükənəndə, onu meyxanada axtarmağa başladı və fiaskoya uğradı”.
Qeyd edək ki, verilişin digər qonaqları əməkdar artist Zaur Əmiraslanov və müğənni Vəfa Şərifova olub. Ş.Ağayarın sözügedən fikirlərini verilişin 44-cü dəqiqəsindən izləyə bilərsiniz.