Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

 

 

Bu gün Qara Qarayev adına Mərkəzləşmiş Uşaq İncəsənət Məktəbində Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirildi.
"Xeberinfo.com":  Məlumata görə, İclasda nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak edib. 
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin qərarları ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət işçilərinə mükafatlar təqdim edildi. 
İclasın gündəliyinə yeddi məsələ daxil edilmişdi: nazirliyin 2014-cü il üçün hesabatının, 2015-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində pedaqoji kadr vəziyyətinin təminatı, ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair tədbirlər planının icrası, nazirliyin beynəlxalq əlaqələri, "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti və nazirliyin yeni strukturu barədə. 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev il ərzində görülən işlər haqqında geniş məruzə ilə çıxış etdi. Nazir bu il ölkəmizdə keçirilən möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açdı.
2014-cü ilin Azərbaycan mədəniyyəti üçün uğurla başa çatdığını diqqətə çatdıran nazir bildirdi ki, ölkəmiz bu il bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Eyni zamanda bir sıra xarici ölkələrdə beynəlxalq layihələrdə iştirak edib. Qeyd olundu ki, ötən illərdə olduğu kimi, cari il də yeniliklərlə və böyük layihələrlə yadda qalıb. Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd etdi. Bildirdi ki, Heydər Əliyev Fondu mədəni irsin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir. 
İclasda 2014-cü ildə görülən işlərlə bağlı müzakirələr oldu, əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də söz açıldı, yeni layihələr barədə fikir mübadiləsi aparıldı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam