Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Filarmoniyanın direktoru cəzalandırıldı

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Filarmoniyanın direktorunu cəzalandırdı.

Xeberinfo.com:  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Murad Adıgözəlzadəyə şiddətli töhmət verilməsinə səbəb mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilməməsi, vəzifəsinə məsuliyyətsiz yanaşması və nazirliyin qərarlarının icrasını təmin etməməsi olub.

Bu barədə qərar isə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında qeyd edilib.

Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Mikayılova ciddi xəbərdarlıq edilib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edilib.

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.

İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verib. Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmoniyasının ölkəmizin ən aparıcı mədəniyyət müəssisələrindən biri olduğunu vurğulayıb: “Elə buna görə də Dövlət Filarmoniyasının güclü fəaliyyət göstərməsi vacibdir. Bu mədəniyyət müəssisəsində istedadlı, peşəkar insanlar var. Filarmoniyanın kollektivləri ölkəmizdə keçirilən musiqi festivallarında, dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə yüksək səviyyədə çıxış edirlər. Amma bununla yanaşı, idarəçilikdə çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir”.

Nazir deyib ki, Dövlət Filarmoniyasının işinin günün müasir tələblərinə uyğun qurulması, dünyanın aparıcı filarmoniyaları ilə əlaqələrin yaradılması, ölkəmizin zəngin musiqisinin təbliğ edilməsi üçün fəaliyyəti gücləndirilməli, yeni təşəbbüslər irəli sürülməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam