Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan nemətləri əcnəbiləri heyran qoydu - Foto

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 24-cü xeyriyyə bazarında ölkəmizi təmsil edib.

Yenixeber.org:  bazarda iştirak edən səfirlik Azərbaycan Respublikasının Mədəniyyət və İqtisadiyyat nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və AZNAR şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.

Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və lavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, Şəki bamiyəsi, sucuq və digər təamlar böyük maraqla qarşılanıb.

Ölkəmizə aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri, habelə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Səfirlik həmçinin xeyriyyə bazarının əyləncə hissəsində də təmsil olunub. Belə ki, Azərbaycan diasporasından olan uşaqların ifasında Azərbaycan və bolqar dillərində Rəşid Behbudovun “Bakı” mahnısı səsləndirilib.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan milli televiziya və radiosuna müsahibə verib. O, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə danışıb.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dən artıq ölkə təmsil olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam