40 yaşlı ulduz Nikol Şerzinger Sardiniyaya istirahətə yollanıb. 

Yenixeber.org: Müğənni istirahətdə çəkdirdiyi cazibədar fotolarını İnstaqram səhifəsində paylaşıb. 

Qara bikini ilə poz verən "Pussycat Dolls" qrupunun keçmiş solisti ideal bədən quruluşu ilə hər kəsi heyran edib. İzləyiciləri ona bu cür bədən quruluşuna necə sahib olması ilə bağlı suallar ünvanlayıb. 

Nikol qaçmağı sevdiyini, nə qədər yorğun olsa da, gəzintiyə çıxdığını bildirib. Ulduz həftədə iki dəfə məşqçisinin yanına getdiyini söyləyib:

"2 dəqiqə qaçış xalçasına çıxıram. 2 dəqiqə trenajorla məşğul oluram. 12 dəfə "jim" edirəm. Daha sonra isə məşqçinin verdiyi hərəkətlərə başlayıram. İsti yoqanı sevirəm. Pəhrizə gəldikdə isə xüsusi bir siyahım yoxdur. Səhərlər yumurtadan istifadə edirəm. Bəzən onu sıyıqla əvəzləyirəm. Şam yeməyim isə düyü, ət və tərəvəzlərdən ibarətdir".(axşam.az)