Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Azərbaycanlı dizaynerlər İstanbulda keçirilən beynəlxalq konfransda iştirak ediblər


Mayın 3-4-də Türkiyənin İstanbul şəhərində UXAlive konfransı keçirilib 

 "Fairmont Quasar İstanbul Hotel"də baş tutan tədbirdə Azərbaycanı 6 dizayner təmsil edib. Onlardan biri konfransdan əvvəl keçirilən müsabiqədə "qızıl bilet" (gold ticket) udaraq tədbirə qatılmaq haqqı qazanıb.

Konfransda dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak ediblər, "Adobe", "Google", IBM kimi qabaqcıl şirkət nümayəndələrinin çıxışları olub. Tədbirdə UX - istifadəçi təcrübəsi (User Experience), UX dizaynında verilənlərin (data) rolu, istifadəçi rahatlığı (usability), son texnologiyalar və trendlər müzakirə olunub. Konfransın ikinci günündə isə iştirakçılar qruplar halında xüsusi məşğələlərə qatılaraq öyrəndiklərini tətbiq etmək imkanı da qazanıblar.

Yenixeber.org:Tədbir iştirakçılarından bir olan azərbaycanlı dizayner Solmaz Rzayeva bildirib ki, təqdimatçılar bu sahənin ən yaxşıları idi: "Onlar problemlərin həllində yeni praktikanı, beynəlxalq təcrübəni və ümumi məqamları qeyd etdilər. Günün sonunda aktiv iştirakçılara hədiyyələr verildi. Maraqlısı isə odur ki, üç qalibdən ikisi biz olduq”. 

O deyib ki, ilk "Workshop"a komanda şəklində qoşulublar: “İkinci məşğələdə isə hər birimiz ayrı-ayrı komandalarda iştirak edərək verilmiş xəyali problemlərə həllər təklif etdik və imitasiya tətbiqi yaratdıq”.

"Code Academy"nin müəllim və tələbələrindən ibarət gənc dizaynerlər konfransa qatılmaqla öyrəndikləri dünya praktikasını Azərbaycanda da tətbiq edib öyrədəcəklərini vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam