Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bakıda keçiriləcək olimpiadanın Serbiyada təqdimatı olacaq

 

Bakıda keçiriləcək olimpiadanın Serbiyada təqdimatı olacaq
 Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsininın iclası və 47-ci Baş Assambleyasında iştirak edəcək.  "Report"un məlumatına görə, mayın 9-da işə başlayacaq tədbirə EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov qatılacaq.  Mayın 10-da Ç.Hüseynzadə EOC İcraiyyə Komitəsinin iclasında iştirak edəcəkdir. 11-12 mayda isə EOC Baş Assableyasının iclası və 39-cu seminarı keçiriləcək. Tədbirdə EOC-un prezidenti Yanes Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcək. Assambleyada EOC-un illik hesabatı müzakirə olunacaq. Həmçinin, 2018-ci il Pxençxan Qış və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2019-cu il Minsk Avropa Oyunlarının məruzələri də dinləniləcək. EOC Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə “VII Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq. Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti tərəfindən Bakıda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının təqdimatı olacaq. EOC-un 47-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam