Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Heydər Əliyev və Azərbaycan


"Xeberinfo.com":  Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycan” mövzusuna həsr olunmuş növbəti, 184-cü məşğələsi keçirilib.

Milli Qurtuluş Günü ərəfəsində keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov açaraq ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, siyasi fəaliyyəti, Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlərdən söz açıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin ölkədə ali hakimiyyətə qayıdışı günü tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olub. Azərbaycan Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Milli Qurtuluş Günü elan edib. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 İyun əsl qurtuluş günü, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl hərflərlə yazılıb. Vurğulanıb ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ölkədə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlar əldə olunub. Bütün bunlar ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev, Muxtar Respublikada isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Universitetin tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov mövzu ilə bağlı ətraflı məruzə edib. Məruzəçi bildirib ki, Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. Ümummilli Liderimiz Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan və məhv olmaqdan xilas edib.
Rəsul Bağırov qeyd edib ki, Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi olan proseslər – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – Ümummilli Liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan qurtula bildi. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş inamın geri qaytarılması idi.

 

 

 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam