Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulidə Milli Qurtuluş Günü qeyd olundu

                                  

 Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

"Xeberinfo.com":   Tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri,N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

            Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişlər. 

            Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışmışdır.

Alı Alıyev bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Alı Alıyev demişdir: “Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur”

Tədbirdə çıxış edənlər 22 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar.

 

Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Vurğulanmışdır ki, bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam