Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Disney” multimedia şousu böyük marağına səbəb olmuşdur

  

25 fevral tarixində “Art-East Media Group” şirkətinin “Avanqard” Kamera Orkestrinin təqdim etdiyi “Disney” multimedia şousu nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanlarını bir araya gətirib, ölkəmizin ən gənc tamaşaçılarının böyük marağına səbəb olmuşdur. Gün ərzində iki seansla təqdim olunan və anşlaqla keçmiş şouda Nəhəng videoekranda, peşəkar orkestrin və virtuoz rəqqasların, animatorların müşayiətilə canlanan bədii obraz və hadisələr nəinki uşaq və gənclərə, hətta onların valideynlərinə ən xoş hiss və təəssüratlar bəxş etmişdir.

Yenixeber.org: Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik süjetlər klassik, xalq-səhnə və modern üslubları əhatə edərək, Azərbaycanda xoreoqrafiya sahəsində sənət prosesinin uğurla cərəyan etməsindən xəbər verir.

Populyarlıq və tamaşaçı alqışları baxımından ilin əvvəlinə ən uğurlu orijinal və kreativ multimedia şousu qismində debüt edən “Disney” yaradıcılıq layihəsi mədəniyyət və incəsənət sahəsində gündəm yaratmış və uzunmüddətli rekordla tarixə yazılmışdır.

Odur ki, tamaşaçı və ekspertlərin rəyinə əsasən “Disney” multimedia şousu dünya müstəvisində təqdim oluna və daha geniş kütlə əhatə edə biləcək bir yaradıcılıq işi olduğu qənaətindədir. Bununla da görüntü, səs və hərəkətin vəhdətindən yaranmış “Disney” multimedia şousu artıq gələcəyə vəsiqə qazanmış oldu.

“Art-East Media Group” şirkətinin

Mətbuat xidməti

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam