Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xərçəngdən əziyyət çəkən müğənni -“Dedim ki, xəstəliyimi qohumlarım bilməsin“

Xərçəngdən əziyyət çəkən müğənni: “Dedim ki, xəstəliyimi qohumlarım bilməsin“

"Səhhətimdə problem yarananda ailədə dedim ki, yaxın qohumlar belə bilməsin. Allah dərdi verirsə, dərmanını da verir. Buna inanmaq, ruhdan düşməmək lazımdır".

Yenixeber.org: Bu sözləri Xalq artisti Nisə Qasımova "10-da görüşək" proqramında deyib. Xərçəngdən əziyyət çəkən və əməliyyat olunan müğənni artıq sağaldığını bildirib:

"Xəstəlik insan üçündür. Canlı nə varsa, xəstələnir də, sağalır da. İnsanlar gərgindir, əsəbləri yerində deyil. Hamının ailəsində problem var. Həyatdır, bir ömür yaşayırıq. Çalışaq elə yaşayaq ki, dərdimizlə camaatı yükləməyək. Sağaldım, şükür. Müayinədə şiş aşkarlandı. Həkim dedi ki, bir-birimizi aldatmayaq, hal belədir. Həmin an narahat oldum, axı mən yaşamaq istəyirəm.

Sonra dedim ki, hər gün dua edirəm, Allaha bağlı adamam, gecə-gündüz əlim göydədir, necə belə cılız reaksiya verirsən? Hər gün əlim göydə, dua edirdim. Bu xəstəliklə bağlı az eşitmişəm ki, şiş yığılır. Kimyaterapiya zad oldu. Əməliyyatdan əvvəl həkim baxdı ki, azalma gedir. Bu cavab mənə bəs etdi. Hər şey keçdi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam