"Savadım olmayıb, məktəbdə 3 almışam. günüm "hır-hır"la, oğurluqla keçib".

Yenixeber.org: Bu sözləri müğənni Niyam Salami "Ulduzun vaxtı" proqramında deyib. İfaçı izləyicilərdən gələn sualları cavablandırıb.

Niyam sevgidən danışarkən "Heç vaxt demək olmaz ki, sənsiz yaşaya bilərəm. Elə yaşayırsan ki... Allah qarşına elə bir şey çıxarır ki... Sevməsəm güllər əkərəm, pişik saxlayaram?" sözlərini söyləyib.

Müğənni boşanmalardan bəhs edərək xanımlara səslənib:

"İstər qız, istər oğlan - nə qədər səhv etdin, canından, övladından çıxacaq. Əgər sən pislik etməmisənsə, şükür et ki, ayrılırsan. Qadının hissiyatı, tələbləri var. Qadın elə-belə varlıq deyil, böyük qüvvə, yük və məsuliyyətdir. Onu daşımayan kişi, zəifliyini göstərir.

Qadın qonşu üçün yaşamır. Fikirləşməyin ki, ayrılsam mənə nəsə deyərlər. Qadınsan, Allahın yanında düzsənsə, sənə ər əzab verirsə, boşanmaq lazımdır. Boşanandan sonra isə evlənə bilərsən. Təbiətin qanunudur, qadın dul qalmamalıdır. 

Mən də evli olub ayrıldım. Gördüm ailə məsuliyyəti mənlik deyil. Göstəriş üçün toy edim, uşağımı İnstaqramda göstərim? Yox, düzgün həyat yaşamaq istəyirəm".