Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Onlar Qarabağa ayaqyalın, sürünə-sürünə gedəcəklər

Onlar Qarabağa ayaqyalın, sürünə-sürünə gedəcəklər

Hələ Qarabağ işğaldan azad edilməmiş müxtəlif sahələrdə çalışan şəxslər maraqlı vədlər verir, əhdlər edirdilər.

Yenixeber.org: Onlar arasında sənət adamları xüsusi seçilirdilər. Bu əhdlər 44 günlük Qarabağ müharibəsi gedən dövrdə də davam etdi. Bəziləri Qarabağa sürünə-sürünə, bəziləri ayaqyalın gedəcəyini dedi.

Sözügedən məşhurları təqdim edirik:

Bir müddət əvvəl verilişlərin birində qonaq olan Xalq artisti Flora Kərimova Qarabağdan danışarkən göz yaşlarına hakim ola bilməyərək  “80 yaşım var. Hər an ölə bilərəm. Ona görə də mən Vətənsiz, Qarabağsız ölmək istəmirəm. Şuşa işğaldan azad olunduğu gün sürünə-sürünə Qarabağa gedərəm” – deyə bildirib.

Xalq artisti Afaq Bəşirqızı da arzularını dilə gətirib. Xanım aktrisa tez bir zamanda Şuşada, Cıdır düzündə ayaqyalın gəzmək istəyini söyləyib:

"Torpaqlarımız işğal olunanda Fərman Kərimzadə, Aqil İsgəndərov, Sərraf Məmmədov, Süleyman Ələsgərov, Akif Adıgözəlovla birgə bir-birimizə söz verdik ki, Şuşa alınsın, Cıdız düzünə ayaqyalın gedəcəyik. O arzu ilə ürəyimdən tikan çıxartmaq istəyirəm. Cıdır düzünə qalxmaq üçün Allahdan özümə möhlət istəyirəm, orada ayaqyalın gəzəyəcəyəm”.

Xalq artisti Arif Babayevin isə sürünmək arzusu səhhətinə görə ürəyində qalıb. İnsult keçirən sənətçi əhdini yerinə yetirə bilməyəcəyini açıqlayıb: Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm, amma insult vurub məni, ona görə də borclu qaldım. Bu çox böyük tarixdir, buna görə cənab prezidentimizə minnətdaram”.

Müharibə dövründə əsgərlərə məktub yazan Xalq artisti Faiq Ağayev torpaqlar azad edildikdən əsgərlərə ayaqyalın konsert verəcəyini demişdi: “Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun. İnşallah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlərə ayaqyalın konsert verəcəyəm!”

Əslən Ağdamdan olan müğənni Tacir Şahmalıoğlu öz həyətlərinə sürüə-sürünə girəcəyini bildirib:

“İnşallah, qələbədən sonra Ağdamımıza qayıdanda arzu etdiyim kimi ata ocağımı tapıb həyətimizə sürünə-sürünə girəcəm və oranı əvvəl olduğu kimi bərpa edəcəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam