Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dost gülləsi

 

    "Xeberinfo.com":(kiçik  hekayə)

  Gecəydi. Zil qaranlıq  gecə. Məmməd  kişi  xeyli  olardı  ki,

yatmışdı. Son  vaxtlar  bir  balaca  nasazlamışdı. Ona  görə  də  ertədən  yerinə  girmişdi. Məmməd  kişinin  bir  gözəl  xasiyyəti  vardı. Başını  yerə  qoymağı  ilə yatmağı  bir  olurdu. Çoxları  Məmməd  kişiyə  paxıllıq  edərdi. O, paxıllıq  edənlərə  deyərdi: "Axı,niyə  də  rahat  yatmayım? Ölüm  yox,  itim  yox. Şükür  Allahın  böyüklüyünə, əmin- amanlıqdır."

    Məmməd  kişi  gecənin  bir  vaxtı  tank  tırtıllarının  ətürpədici  səsinə. od  saçan avtomatların  "cəh- cəhinə" yerindən  dik  atıldı. Paltarını  belə  geyinmədən  belə  özünü  eyvana  atdı.İlahi, bu  nə  idi? İnsan  nalələri  hərbi  texnikanın, od  saçan  avtomatların  müdhiş  səsini  batırmışdı. Tanklar  ağacların  arasına  işıq  verir, saqqallı  əskərlər  isə  çasqınlıqdan ora- bura  qaçan  kütləni  biçirdilər. Birdən  işıq  saçan  güllə  Məmməd  kişinin  sol  qoluna  dəydi. Ağrıdan  Məmməd  kişi  yerə oturdu. Tez  də  sürünə- sürünə  özünü  içəri  saldı. Evdəkilər  bir  an  özlərini  itirdilər.

   -Ay  uşaq. qapıya, pəncərəyə  yaxın  getməyin, vurarlar- deyə  Məmməd  kişi  evdəkilərə  xəbərdarlıq  etdi.

-Deyəsən, bunlar  faşistlərdən  də  betərdilər.

 Bunu  da  Məmməd  kişi  dedi. Təcili  yardım  çağırdılar. Məmməd  kişini  çətinliklə  də  olsa  xəstəxanaya  çatdırdılar.

   İki  gün  idi  ki, Məmməd  kişi  xəstəxanada  idi. Kiçik  oğlu  Murad  yanında  idi.

- Bala, həkimlər  nə  deyirlər?- deyə  oğlundan  soruşdu.

- Ata, dediklərinə  görə  hələ  gülləni  çıxarmaq  olmaz.

 

-Necə  olmaz? Deyirsən, bu  qoca  vaxtımda  güllə  gəzdirim!- söylədi.

-Ay  ata, 45 ildir  ki, bədənində  faşist  gülləsi  gəzdirirsən... -Oğul  isdədi  desin  ki, bir  dəfə  də  şikayətlənməmisən. Amma  dedmədi. Qorxdu  ki,kişinin  xətrinə  dəyər. Məmməd  kişi  oğlunun  nə  demək  istədiyini  gözlərindən  oxudu:

-A  bala, bilirəm  ki. o  düşmən  gülləsidir. Lap  bundan  sonra  o  gülləni  50  il  də gəzdirərəm. Heç  vaxt  da  şikayət  etmərəm. Amma  bu  dost  gülləsidir, o  məni öldürəcək.

                      

1990-cı  il.

 

Məhərrəm  Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam