Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Din pərdəsi altında sərvət toplayan Miryəhya Bədirov kimdir?

 

 Dini Durumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin müdiri Miryəhya Bədirov barəsində saytımıza maraqlı faktlar daxil olub.

Yenixeber.org: Belə ki, Miryəhya Bədirov M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsini “sürünə-sürünə” bitirdiyi üçün rus dilində də “sürünə-sürünə” danışır. Heç bir idarəetmə təcrübəsinə malik olmayan bu şəxs ixtiası üzrə işləməyib. Uzun illər Masallı rayon Mədəniyyət şöbəsində klub müdiri, daha sonra ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı şöbəsinin müdiri təyin olunub. Bir müddət sonra tutduğu vəzifədən azad olunub. Xeyli “nəzir-niyazdan” sonra yenidən əvvəlki vəzifəsinə bərpa oluna bilib.

M.Bədirovun maraqlı “dolanışıq” metodu var. Yanına gələn vətəndaşlara “Ağanın nəzirini çoxdandır vermirsən. Nəzirimi yubatmasan cəddim sənə həmişə kömək olar” deyərək onlardan “pul” qoparır. M.Bədirovu tanımayan şəxslərə özünü cənub bölgəsinin hörmətli və nüfuzlu şəxsi kimi təqdim edir. Amma əslində Bədirovların nəinki cənubda, yaşadığı Masallının Şıxlar kəndində belə nüfuzu, hörməti yoxdur. Qardaşlarının adı narkotik alverçisi, dələduzluqda hallanır. Ailə dəyərlərindən, əxlaqi keyfiyyətlərdən söz açan M.Bədirovun gəlini (oğlunun həyat yoldaşı) ötən ilə iki azyaşlı uşağını ataraq başqa birisi ilə qoşulub qaçdı.

Qaçan gəlin isə Bədirovla bir evdə yaşayan oğlunun ikinci evliliyi idi. M.Bədirov yaşadığı Şıxlar kəndindəki məscidə dini biliyi olmayan, “Yasin” surəsini belə oxumağı bacarmayan Şəhrat Nağıyevi imam təyin etdirib. Şəhratın bisavadlığına görə Şıxlar kənd dindarları məscidə hər il Məhərrəm ayında mərasimləri idarə etmək üçün qonşu rayon və kəndlərdən din xadimi dəvət edirlər. Dövlət isə hər ay Şəhrəta imam kimi maaş verir. Şıxlar kəndində dini biliklərə malik olan din xadimi yoxdursa, Miryəhya Bədirovun özünü həmin məscidə din xadimi təyin etmək daha yaxşı olardı. M.Bədirov Şıxlar kənd qəbiristanlığında atasına məxsus məzarı ziyarətgaha çevirərək camaatın ziyarətgaha verdiyi nəzir-niyaz, hər il Məhərrəm ayında evində qurduğu təhkiyədə yığılan pullar da Hacı Miryəhyanın şəxsi güzəranının yaxşılaşmasına xidmət edir.(dosye.org)(Mənbə: Masallı rayonundan jurnalist)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam