Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Britaniya Rusiyaya qarşı sanksiya mexanizmini işə saldı

 

 Sergey Maqnitskinin ölümündən 11 il sonra bəzi Rusiya rəsmiləri, o cümlədən “Matrosskaya tişina” təcridxanasının azərbaycanlı rəisi Londonun sanksiyalarına məruz qaldı

Yenixeber.org: Böyük Britaniya hökuməti auditor və hüquqşünas Sergey Maqnitskinin ölümü ilə əlaqədar 11 il sonra Rusiyanın bəzi məsul şəxslərinə sanksiya tətbiq edib. İyulun 6-da açıqlanan siyahıda 25 Rusiya vətəndaşının adı var.

Sanksiyaya məruz qalan Rusiya rəsmiləri arasında ən yüksək vəzifə tutanlar Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, baş prokurorun müavini Viktor Qrin və daxili işlər nazirinin müavini Aleksey Aniçindir. “Matrosskaya tişina” istintaq təcridxanasının rəisi Fikrət Tağıyevə də sanksiya tətbiq edilib. Polkovnik F.Tağıyev azərbaycanlıdır, daha əvvəl adı ABŞ-ın “Maqnitski siyahısı”na daxil edilmişdi. S.Maqnitski məhz “Matrosskaya tişina” təcridxanasında ölüb.

Sanksiya tətbiq olunan şəxslərin Böyük Britaniyaya girişi, bu ölkə ərazisində, eləcə də onun təbəələrinin vasitəçiliyi ilə biznes aparmaları qadağan edilir, Britaniyada aktivləri varsa, dondurulur.

London 11 il sonra bu məsələyə qayıtmasının səbəbini Avropa Birliyinin tərkibində olarkən müstəqil şəkildə sanksiya mexanizmi işləyib tətbiq etməsinin qeyri-mümkünlüyü ilə əsaslandırır. “Brexit”dən sonra isə bu, mümkün olub. (Məsələn, ABŞ 2012-ci ildə “Maqnitski Aktı”nı qəbul edib və bu çərçivədə sanksiyalara başlayıb.) Xüsusən 2018-ci ilin martında Solsberi şəhərində Rusiya xüsusi xidmət orqanlarının sabiq zabiti Sergey Skripal və qızının zəhərlənməsindən sonra Britaniya parlamenti öz “Maqnitski Aktı”nı qəbul etməyi sürətləndirib. Bu qanun insan haqları pozuntuları və korrupsiyada iştirakı olan əcnəbilərə sanksiyaların tətbiqinə imkan verir.

London bununla həm də beynəlxalq münasibətlər sistemində müstəqil və güclü oyunçu kimi çıxış etməyə başladığını nümayiş etdirir.

Böyük Britaniyadan sonra Avropa Birliyi də “Maqnitski Aktı”nın analogiyası üzrə öz sanksiya mexanizmini yaratmağa qərar verib. Niderland tərəfindən irəli sürülən bu təşəbbüs 2019-cu ilin dekabrında AB-nin 23 ölkəsi tərəfindən dəstəklənib.

Xatırladaq ki, Sergey Maqnitski Rusiyada fəaliyyət göstərən “Firestone Duncan” konsaltinq firmasının əməkdaşı olub. “Hermitage Capital Management” investisiya fondunun maraqlarını təmsil edən bu şirkət 2007-ci ildə Rusiya dövlət büdcəsindən 5,4 milyard rubl pul oğurlanması faktını aşkarlayıb. Bundan sonra S.Maqnitski vergidən yayınmaqda ittiham edilərək həbs olunub və 2009-cu ilin noyabrında təcridxanada müəmmalı şəkildə ölüb.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam