Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rus rublu növbəti - ABŞ sanksiya dalğası qarşısında dəyər itirdi

Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Moskvaya yeni sanksiylar tətbiq etməsini “təəssüfedici” adlandırıb. Cümə axşamı qüvvəyə minən yeni sanksiyalar Rusiyanın sabiq casusu Britaniya ərasisisndə zəhərlədiyinə cavab olaraq tətbiq olunub.

Yenixeber.org:  Vaşinqton hələ ötən il QRU-nun sabiq polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Salisburi şəhərində zəhərlənməsindən sonra Rusiyaya qarşı ölçülər götürmüşdü.

Həmin hücumdan sonra Avropa ölkələri və ABŞ 100-dən çox rus diplomatını ölkələrindən qovmuşdular.

Prezident Donald Trampın imzaladığı yeni sanksiya ölçüsü Dünya Bankının kimyəvi və atom silahlarından istifadə etdiklərinə görə ABŞ sanksiyaları ilə üzləşdiyi ölkələrə borc pul verməsini dayandırır.

Cümə günü Trampın ölçüsündən sonra bir dolların dəyəri 65 rus rubluna bərabər olub.

Rusiya xarici işlər nazirliyi ABŞ-ın son addımını pisləyib.

“Fikrimcə, bu, ABŞ-ın daxili siyasəti ilə bağlıdır,” deyə xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiyanın Ukrayna ərazisi olan Krımı ilhaq etməsi ABŞ da başda olmaqla Qərb dövlətlərinin Rusiyaya ağır sanksiyalar tətbiq etməsinə start verdi. ABŞ rəsmiləri habelə Vladimir Putin hökumətinin 2016-cı il ABŞ seçkilərinə müdaxilə etdiyini bildirir və buna cavab olaraq Kremlə əlavə sanksiyalar tətbiq olunub.

Ryabkov Suriyadan tutmuş Ukrayna məsələlərinədək bir çox səbəblər üzündən ABŞ-Rusiya münasibətlərinin pisləşməsindən və bu münasibətlərin Amerikada siyasi futbola çevrilməsindən gileylənib.

Moskva indiki sanksiyaları qarşıdan gələn ABŞ prezident seçkiləri ilə əlaqələndirir və yeni məhdudiyyərlərə cavab vermək hüququnu özündə saxladığını bəyan edir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam