Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycan siyasətində payız gözləntiləri-ŞƏRH

 

                     

                         Koronavirusa görə təxirə salınan siyasi planlar reallaşa bilər

Yenixeber.org: Koronavirus pandemiyasının şiddətləndiyi günlərdə Azərbaycan siyasətində də mühüm hadisələr baş verir. Bir qayda olaraq hökumətin müxtəlif siyasi kampaniyalarının, qərarlarının anonsunu verən deputat Fəzail Ağamalı Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ünvanına sərt ifadələr səsləndirir. Onların ədavətinin qədim tarixi var, amma budəfəki ittihamlar geniş məzmunludur. Mehdiyev prezidentin apardığı islahatlara qarşı çıxmaqda, iş otağını qərargaha çevirməklə anti-hakimiyyət fəaliyyəti göstərməkdə günahlandırılır.

Bu günlərdə keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov da fəallaşıb. Partiyasına yeni üzvlər qəbul edən, müavin vəzifələri paylayan keçmiş nazir, mətbuatda son müsahibəsində verdiyi mesajlarla diqqət çəkib. HƏP sədri 14 illik həbs həyatına görə hazırkı hakimiyyətin bir-iki nəfərdən başqa heç bir üzvünü ittiham etmir. Ona qarşı çıxmış həmyerlilərinə haqq qazandırır, Ramiz Mehdiyevi də suçlamır, aralarında heç bir narazılıq olmadığını deyir. Həbsdən çıxdıqdan sonra hakimiyyətdə təmsil olunan qərbi azərbaycanlıların əksəriyyətindən təbrik aldığını xüsusi vurğu ilə söyləyir. Prezidentə qarşı sərt ifadələrdən çəkinir, eyni zamanda hakimiyyətin ikinci komandaya ötürülməsinə qarşı kəskin tövr sərgiləyir. İnsanov həm hakimiyyətdəki keçmiş silahdaşlarına, həm də müxalifət partiyalarına koalisiya qurmağı təklif edir. Onun təsvir etdiyi koalisiya ölkədə hakimiyyət dəyişikliyini həyata keçirdikdən sonra seçkilər keçirib, qalib gələn siyasi qüvvə ətrafında birləşməlidir.

HƏP sədrinin bu çıxışına müxalifətdən – Milli Şuradan dərhal reaksiya gəlir. MŞ sədri Cəmil Həsənli sosial hesabında geniş məqalə ilə çıxış edərək hakimiyyətlə hər hansı dialoqun mümkünlüyünü istisna edir. Açıq mətnlə bildirir ki, təmsil etdiyi qurum heç bir şərt daxilində iqtidarda təmsil olunan partiya və ya məmurlarla bir araya gələ bilməz. C. Həsənli hətta haqqında müzakirələr gedən maliyyə amnistiyasının vəzifə sahiblərinə də şamil edilməsinə qarşı çıxaraq, onların ciddi cəzalandırılmasının vacib olduğunu vurğulayır. Həmin şəxslər isə Əli İnsanovun xəyali komandasının əsas üzvlərindən ibarətdir.

Milli Şura sədrinin təqdim etdiyi mübarizə platforması hökumətdən narazı xalq kütlələrini siyasi baxımdan təşkilatlandırmaqla müxalifətin ciddi siyasi dəstəyini təmin etmək, iqtidara qarşı beynəlxaq sanksiyaların tətbiqinə nail olmaqdan ibarətdir.

Müxalifətdə olan başqa partiyalardan ReAL hakimiyyətlə dialoqa getməyi, hökuməti tədrici islahatlara inandırmaqla yuxarıdan dəyişiklərin, islahatların alternativsiz olduğunu təklif edir və bu istiqamətdə fəaliyyət göstərir.

Müsavat Partiyası isə xüsusi təşəbbüskarlığı ilə seçilmir. Partiya Milli Şura ilə gərgin siyasi münasibətlərə malikdir, ReAL-la münasibətləri tam aydın deyil, Əli İnsanovun təşəbbüslərinə isə münasibət bildirmir. Partiya rəhbərliyinin əsas strategiyası sanki hökumətlə açıq toqquşmadan qaçmaqla, müxalifət partiyası statusunu qoruyub saxlamaqdır.

Yeni Azərbaycan Partiyası (YAP) siyasi proseslərdə passiv rolunu davam etdirir. Ölkədə gedən ictimai-siyasi proseslərə münasibət ifadə etməkdən çəkinən hakim partiyanın rəhbərliyi ancaq müxalifətə qarşı müxtəlif ittihamlarla mediada görünür. YAP hakimiyyətin elan etdiyi islahatlar kursunda aparıcı mövqedə dayanmır. Prezidentin tövsiyəsinə rəğmən daxildə yenilənmələr, dəyişikliklər aparmır. Milli Məclisdə çoxluğa malik olsa da, ölkənin ictimai-siyasi, sosial həyatı, pandemiyaya qarşı mübarizə və s. barədə heç bir təşəbbüslə çıxış etmir. Maraqlıdır, müxalifət daxilində, elə iqtidarın içində olan hərkətlilik də YAP-ı daşlaşmış apatiyadan çıxarmır.

Müxalifətə gəlincə, bu ada iddia edən əsas qüvvələr koronavirus pandemiyasının ölkədə yaratdığı sosial-iqtisadi gərginliyi yaxın gələcəkdə qızğın siyasi proseslərin təkanverici amili kimi görür. Ona görə də siyasi liderlərin əsas ritorikası hakimiyyətin sərt tənqidinə yönəlib. Pandemiyaya qarşı mübarizədə çatışmazlıqlar, polis-vətəndaş qarşıdurması, biznesə, əhaliyə dəstək paketlərinin davamlı olmaması, Dağıstanda baş verən olaylar və s. sərt tənqid hədəfidir. Yaxın gələcəkdə, payıza doğru bu tənqidlərin tədricən siyasi çağırışlarla əvəzlənməsi qaçılmaz görünür.

Cəmiyyətdə belə gözləntilər var ki, payızda hakimiyyətdə ciddi siyasi dəyişiklərin növbəti mərhələsi baş verəcək. Kuluarlarda referendum hazırlığı, siyasi idarəçilikdə parlamentli respublikaya keçid barədə müzakirələr gedir. Hazırki gərgin iqtisadi-siyasi vəziyyətdə hökumətin belə dəyişikliyə gedəcəyini əsaslandırmaq çətin olsa da, siyasi düşərgələrdə hərkətliliyin səbəbsiz olmadığını söyləmək mümkündür. Hər halda, qarşıdakı həftələrdə payız aylarının mənzərəsi daha aydın görünməyə başlayacaq…

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam