Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağacı içəridən yeyən qurd:KORRUPSİYA

 

 Əgər Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılırsa, beynəlxalq miqyasda ölkəmizlə bağlı açıqlanan oğurluq, soyğun faktlarına niyə rəsmi mövqe bildirilmir?

Yenixeber.org: Keçmiş milli təhlükəsizilik naziri Eldar Mahmudovun İngiltərədə və başqa Avropa ölkələrində 100 milyon avrodan çox sərvətinin üzə çıxması ilə bağlı ictimai müzakirə gedir. Bundan az əvvəl yüksək vəzifəli daha bir məmurun xanımı ilə birlikdə 17 milyon dollarlıq “pulyuma” əməliyyatı, xarici işlər naziri Elmar Məmmədyarovun övladlarının Nyu Yorkda 4.250 milyon dollarlıq mənzilləri barədə informasiya yayıldı.

Məlumatların etibarlılığı şübhə doğurmur, çünki beynəlxalq araşdırmaçı jurnalistlərin OCCRP layihəsi çəriçəvisində üzə çıxarılıb. Ona görə də adları çirkli pulların leqallaşdırılmasında hallanan rəsmi şəxslər hələ ki susurlar. Azərbaycan XİN isə heyrət doğuran açıqlama ilə çıxış edərək bunu Məmmədyarovun “şəxsi işi” adlandırıb. Ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları da susur. Baş Prokurorluq rəsmi açıqlama olacağını vəd etsə də, vədinə xilaf çıxdı. Prezidentin mətbuat katibi Azər Qasımov isə bu məlumatların onlara aidiyyəti olmadığını (?) deməklə kifayətləndi.

Cəmiyyət dövlət qurumlarının bu susqunluğunu ənənəvi “anlayışla” qarşılayır. Bundan əvvəl də Azərbaycan rəsmilərinin korrupsiya hesabına xaricdə və ölkədə əldə etdikləri hüdudsuz sərvətlər haqqında faktlar açıqlanmışdı. Korrupsiyaya qarşı mübarizəyə məsul dövlət qurumları o zaman da öz vəzifələrini yerinə yetirmək əvəzinə, sükut nümayiş etdirməyə üstünlük vermişdilər.

Beynəlxalq miqyasda baş verən ifşalar Azərbaycanın özündə korrupsiyaya qarşı mübarizənin elan olunduğu dövrə təsadüf edib. Ötən 5 ayda 5 icra hakimiyyəti başçısı həbs edilib, Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətində əməliyyatlar həyata keçirilib, vəzifəli şəxslər istintaq altına alınıb. Paradoks yaranır, əgər korrupsiyaya qarşı ciddi mübarizə aparılırsa, açıqlanan külli miqdarda soyğun, talan faktlarına niyə rəsmi mövqe bildirilmir? Bu “ayrı-seçkiliyin” səbəbləri nə ilə bağlıdır? Belə sadə suallara cavab verilmirsə, dövlətin yüz milyonlarla vəsaitini natəmiz yollarla xaricə daşıyanlar əllərini-qollarını sallayıb ortalıqda gəzirlərsə, dövlətə, hüquqa və qanunun aliliyinə inam ciddi şəkildə zədələnir. Bu situasiya dövlət rəhbərliyini ciddi şəkildə narahat etməlidir. Çünki dövlətin hüququn aliliyinə verdiyi təminatın yerlə bir edilməsi Azərbaycana sağalmaz yaralar vurur. Onun miqyası isə çox böyükdür. Məsələn, xarici sərmayənin niyə gəlmədiyi və ölkəni niyə tərk etdiyinin səbəblərini burada axtarmaq lazımdır. Halbuki pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyətin yüngülləşdirilməsi üçün belə sərmayələrə hava-su kimi ehtiyac var…

Gözlənilir ki, xaricdəki offşor hesablara yığılan qanunsuz sərvətlərlə bağlı yeni məlumatlar yayılacaq, yeni araşdırmalar beynəlxalq və yerli mətbuatda dərc olunacaq. Yüksək vəzifəli şəxslərin və ya onların ailə üzvlərinin, yaxınlarının daha bir hissəsinin adları korrupsiya, çirkli pulların yuyulması kimi cinayət əməllərində hallanacaq. Bunu konkret informasiyalara istinadən yazmırıq. Hələ iki il əvvəldən məlumdur ki, beynəlxalq səviyyədə şəffaflıq məsələsi prioritetə çevrilib. Bu prosesin Azərbaycan məmurlarını da əhatə etməsi qaçılmazdır. Həm də biz öz məmurlarımızı yaxşı tanıyırıq axı… Onların topladıqları qanunsuz sərvətin miqdarı, harada yerləşdirilməsi barədə zaman-zaman informasiyalar yayılıb. Əksəriyyətinin övladlarının xarici ölkələrin vətəndaşlığı, orada bahalı mülkləri, milyonlarla dövriyyəsi olan şirkətləri var. Dünya şəffaflığa doğru getdikcə, mənbəyi göstərilməyən və izah edilməyən vəsaitləri müxtəlif offşor labirintlər yaratmaqla gizli saxlamaq mümkün olmayacaq.

Bəs, bu zaman Azərbaycan hakimiyyəti nə edəcək? Hakim komanda korrupsiya skandallarından özünü necə sığortalayacaq?

İndiki kimi reaksiyasız qalmaqla böhranı “ötüşdürmək” yolu seçiləcəksə, bu, kökündən səhv yanaşma olardı. Əvvəla, bir hökumətin indiki və ya keçmiş 10-15 üzvünün adı beynəlxalq korrupsiya qalmaqallarında hallanırsa, bu, beynəlxalq təcridi labüdləşdirə bilər. Qərbin müvafiq strukturları hərəkətə keçə, adları cinayətlərdə hallanan şəxslərlə bağlı hüquqi addımların atılmasına başlana bilər. Onlara cinayət işi açılması, səyahət qadağası qoyulması, hətta İnterpol xətti ilə axtarışa verilmələri də ehtimal daxilindədir.

Eyni zamanda, Azərbaycan korrupsiya indeksində daha aşağı yerə yuvarlanmaqla beynəlxalq reytinqlərdə mövqelərini itirə, müxtəlif layihələrdən çıxarıla bilər. Təcrübədə beynəlxalq maliyyə institutlarının belə ölkələrlə əməkdaşlığı məhdudlaşdırması halları var. Bir neçə ölkə məhz yüksək korrupsiyaya görə yardımlardan, kreditlərdən məhrum edilib. Azərbaycanın getdikcə daha çox ehtiyac duyduğu bu dəstəkdən məhrum edilməsi ilə böhrandan çıxış üçün seçdiyi yollardan biri onun üzünə bağlanmış olur.

İkinci vacib məqam budur ki, korrupsiya ifşaları bir Avropa ölkəsi kimi Azərbaycanın beynəlxalq imicinə dəhşətli zərbə vurur. Çünki nəhayətsiz oğurluq, talan faktlarına qarşı dövlətin susqun mövqedə qalması onu yeni çoxtərəfli və ikitərəfli tərəfdaşılıq imkanlarından məhrum edir. Ölkəni beynəlxalq inteqrasiya proseslərindən, regional, yaxud qlobal layihələrdən, yardımlardan kənarda qoyur. Korrupsiya cinayətləri həm də insan hüquq və azadlıqlarını məhdudlaşdırır, qanunverici, məhkəmə hakimiyyətinin, ədliyyə və hüquq-mühafizə sisteminin fəaliyyətini, bütövlükdə Azərbaycanda qanunun aliliyini təhlükə altında saxlayır. Nəticədə bütün bu mənfi tendensiyalar Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi kimi bir saylı vəzifənin həyata keçirilməsini əngəlləyir. Ermənistanın, Dağlıq Qarabağdakı oyuncaq rejimin əlinə böyük “kozırlar” verilir, ölkəmiz beynəlxalq birlikdən uca səslə ədalət tələb edə bilmir. Bunun üzərinə insan haqları, demokratik təsisatların durumu ilə bağlı hazırki gərgin situasiyanı da əlavə etsək, Azərbaycanın özünü necə çıxılmaz bir dalana saldığını görürük.

Ölkənin əl-qolunu bağlamaq, düşmənin qarşısında təsilmçi vəziyyətə salmaq, beynəlxalq aləmdə korrupsioner, avtoritar idarəçiliyin hökm sürdüyü üçüncü sort ölkələrin sırasına yuvarlamaq tarixi yanlışlıqdır. Vətəni tezliklə bu vəziyyətdən çıxarmaq ümumilli vəzifəyə çevrilməlidir. Hakimiyyət də nəhayət, tarix, dövlət və xalq qarşısında məsuliyyətini dərk edib, bu xilas prosesinə özü rəhbərlik etməyə çalışmalıdır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam