Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Kembric"-in tədqiqatları şok doğurdu:"Covid-19 bombası" ABŞ-ın əlindəmi partlayıb?


 

 Artıq 2 həftədir ki, Rusiyada koronavirusa yoluxduğu aşkarlanan insanların sayı 10 mini keçir. Gündəlik yoluxma sayında dünya ikinciliyini əldən verməyən şimal qonşumuzda ölüm hadisələri isə xeyli aşağıdır. 
Yenixeber.org: Yoluxmada ondan geridə qalanlar ölüm statistikasında hər gün bir neçə qat Rusiyanı keçsələr də bu ölkədə koronavirus qurbanlarının sayı 100 civarında olur. Necə ki, bu gün də eyni hadisə təkrarlanıb.
 Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatına görə, bu gün Rusiyada 10 min 598 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Virusa qurban gedənlərin sayı isə 113 nəfərdir.


 
Gün ərzində 3 min 560 yeni yoluxma halının aşkarlandığı Böyük Britaniyada isə  “əsrin vəfası”na bu gün 384 nəfər məğlub olub. 
 
Ümumi ölüm və yoluxma hallarında da bu qeyri-mütənasiblik özünü göstərir. Rusiyada indiyədək 262 min 843 nəfər koronavirusa yoluxduğu halda bu xəstəlikdən dünyasını dəyişənlərin sayı heç 2 min 500-ə belə çatmayıb. Böyük Britaniyada isə indiyədək 236 min 711 nəfər koronavirusa yoluxub, onlardan 34 mini ölüb. Müqayisədə daha çox insanın yoluxduğu Rusiya hardasa 15 dəfə az itki verib.


 
Eyni müqayisəni İtaliya, İspaniya, ABŞ, Braziliya və s. ölkələrlə də aparmaq olar.

Braziliya
 
Yeni yoluxma sayı – 5 min 113,
Ölüm – 274,
Ümumi yoluxma – 208 min 031,
Ümumi ölüm – 14 min 267.



 
İtaliya:
 
Yeni yoluxma sayı – 789,
Ölüm – 242,
Ümumi yoluxma – 223 min 885,
Ümumi ölüm – 31 min 610.


 
İspaniya:

Yeni yoluxma sayı – 1721,
Ölüm – 138,
Ümumi yoluxma – 274 min 367,
Ümumi ölüm – 27 min 459       
 

 
Xeyli sayda göstərəcəyimiz bu nümunələr sübut edir ki, koronavirus hər ölkədə eyni nisbətdə can almır. Bir çoxları bunu Rusiya kimi ölkələrin ölüm faktlarını gizlətməsiylə əsaslandırmağa çalışsalar da, qeyri-mütənasibliyin digər səbəbləri də ola bilər. Bu da koronavirusun hər ölkələrdə fərqli mutasiyaya uğrayaraq daha ölümcül və ya xoşxassəli hala gəlməsi ehtimalıdır.


 
Ovqat.com xəbər verir ki, İngiltərənin Kembric Universiteti tərəfindən aparılan "Covid-19: Genetik şəbəkə təhlili pandemiyanın mənşəyi haqqında məlumat verir" adlı araşdırmanın nəticələri də bu ehtimalı gücləndirir.
 
Araşdırma nəticəsində məlum olub ki, koronavirus mutasiyaya uğrayıb və fərqli ölkələrdə onun “A”, “B” və “C” adlı üç ayrı tipi yayılıb. Maraqlıdır ki, Çində yayılan koronavirus tipi Covid-19-un orjinal tipi də deyil. Bu zamana qədər bütün yaxşı markaların saxtasını istehsal etməklə ad çıxaran Çinin bəxtinə Covid-19-un da saxtası düşüb. Elmi dillə desək, bu ölkədə yayılan virus “B” tiplidir. Yəni orijinal tip olan “A”-nın mutasiyaya uğramış formasıdır. “A” tipli Covid-19 harda daha çox yayılsa yaxşıdır? – Avstariyada və ABŞ-da. O ABŞ-da ki, prezidenti qabağında kamera görən kimi gözünü yumub ağzını açır, koronavirusun ixtiraçısı (möcid) kimi gördüyü Çinin qabırğasına döşəyir. Kembric universitetinin ortaya çıxardığı bu həqiqət digər elm mərkəzləri tərəfindən təsdiqlənərsə, bütün əzbərlər pozulacaq. Belə məlum olacaq ki, Covid-19 Çində yox, ABŞ-da istehsal olunub və Çinə də bu ölkədən gedib. Belə olan təqdirdə, Trampın dediyi kimi, koronavirus həqiqətən də bioloji silahdırsa, ortaya çıxan məntiqi nəticəyə görə, ABŞ-ın öz əlində partlayıb.


 
Avropada yayılan Covid-19 isə, Kembric mütəxəssislərinin fikrincə, “C” tiplidir. Başqa sözlə desək, o da “B” tipli Covid-19-dan törəyib.
 
Rusiyada, Azərbaycanda və ümumiyyətlə digər post-sovet ölkələrində yayılan koronavirusun hansı tipə aid olunduğu isə bilinmir. Çünki Kembric araşdırmalara başlayanda həmin ölkələrdə koronavirus tuğyan etmirdi. Tədqiqat qrupunun bildirdiyinə görə, “Covid-19-un genetik tarixinin araşdırılması 2019-cu ilin dekabr ayından mart ayına qədər toplanan 160 virus genomu üzərində aparılıb”. Bizdə və Rusiyada isə ilk koronavirus yoluxması fevralın sonuncu günü aşkarlansa da, bu, özümüzün “məhsulumuz” deyildi, İrandan gəlmişdi. Daxili yayılmalar isə martın ikinci yarısına düşürdü ki, o zaman Kembric araşdırmaçıları nümunə toplamağı dayandırmışdılar. Amma keçmiş sovet ölkələrdəki daha az ölüm hadisələri onu deməyə əsas verir ki, bizim qismətimizə düşən bəlkə də hələ təsbit edilməmiş “D” tipli virusdur.


 
Koronavirusun tez bir zamanda mutasiyaya uğraması ona qarşı peyvənd hazırlamaq çalışmalarını da mənasız hala gətirir. Çünki alimlər peyvəndi tapana qədər Covid-19 yeni mutasiya prosesi keçirə bilər və çəkilən bütün əziyyətlər və xərclər zay olub gedər. 
 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam