KORONAVİRUSDAN SONRA HANTAVİRUS? -"İnfeksiyadan ölnlərin sayı təxminən 10 faizdir"
“Hantavirusun bu növü viruslar içərisində ən xoşagəlməzi olsa da, ən təhlükəlisi deyil...”
Yenixeber.org: Bütün dünya koronavirusla mücadilə etdiyi bir vaxtda Çindən daha bir qorxulu xəbər gəldi. Həmin xəbərdə deyilirdi ki, Çində bir avtobusda ölən sərnişinin hantavirus infeksiyasına yoluxduğu və bu virusun qurbanı olduğu məlum olub.
Hantaviruslar virusoloqlara məlum olan virus növüdür və onlar heyvanlardan insanlara keçir. Hələ ki, belə bir virusun insandan insana keçməsi faktına rast gəlinməsə də, koronavirus bəşəriyyətin gözünü qorxudub və insanlar artıq bu virusdan da qorxmağa başlayıb. Belə ki, hazırda bütün dünyanı təhlükə altında saxlayan, əslində isə hələ 1965-ci ildə aşkarlanmış koranavirus uzun müddət ərzində mutasiyaya uğrayıb və artıq insandan insana keçə bilmək xüsusiyyətinə yiyələnib.
Bu mövzu ilə bağlı Rusiyanın “Novaya qazeta” dərgisi virusologiya professoru, tibb elmləri doktoru Anatoliy Alşteyndən müsahibə götürüb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
-Hantavirus - bu, bizi gözləyən hansısa yeni bəladırmı?
-Qeyd edim ki, bu virus insan üçün epidemik təhlükə yaratmır. Çünki insandan insana keçmir. Hantaviruslar əsasən heyvandan heyvana keçir.
-Amma insanlar hər halda bu infeksiyadan əziyyət çəkirlər...
-Bəli, bu virus heyvandan insana keçir. Rusiyada aktual olan bir infeksion xəstəlik var və o, böyrək sindromlu hantavirus hemorragik qızdırma adlanır. Onun infeksiya ocağı Tatarıstan, Başqırdıstan, Cənubi Ural, Sibir və Uzaq Şərqdədir. Rusiyadan başqa yoluxma halları Cənubi Koreya, Çin, ABŞ və Avropada da olub. Həmin virusun daşıyıcıları kürən rəngli çöl siçanlarıdır. İnsanlar onlardan yoluxa bilər.
- Nə üçün Rusiyanın məhz bu regionları?
- Kürən rəngli siçovullar müxtəlif regionlarda yaşayırlar. Ancaq mən bu cür yoluxma hadisəsinin, məsələn, Moskva ətrafında olduğuna rast gəlməmişəm. Çox güman ki, orada heyvanlar hantavirus infeksiyasını simptomsuz keçirirlər və yoluxma uzun müddət qala bilir.
- Bu, ağır xəstəlikdirmi? Onun gedişi necədir?
- Simptomlar qızdırma, əzələ ağrısı, böyrəklərin xəstələnməsidir. Xəstəlik kifayət qədər ağırdır. İnfeksiyadan ölnlərin sayı təxminən 10 faizdir. Yenə də təkrar edirəm, xəstəliyi epidemik təhlükə hesab etmək olmaz. Çünki insandan insana keçmir. Yəni, xəstəlik ağırdır, anacaq epidemik deyil.
- Elə bu yaxınlaradək koronavirus barədə də belə danışırdılar. Hantavirus da mutasiya olunaraq, insanlara keçməyi öyrənə bilməzmi?
-Bizim bu haqda danışmağa heç bir əsasımız yoxdur. Biz bilirik ki, bir nəfər ölüb. Dəqiq bilirik ki, həmin adam bu virusa yoluxub. Həm də nəqilyyatda ölüb. Deməli, belə çıxır ki,o özünü elə də pis hiss etmirmiş ki, avtobusda gedib. Ola bilər ki, o, tamamilə başqa xəstəlikdən ölüb. Eyni zamanda da bu virusa yoluxubmuş. İndi biz bilmirik axı, söhbət hansı virusdan gedir. Onların 50 növü var və müxtəlif heyvanları - yarasaları, köstəbəkləri, yereşənləri, çöl siçanlarını yoluxdurur.
-Çindəki avtobusda ölən adam daşıyıcı ola bilərmi?
- İstənilən halda bu epizodla bağlı səs-küy salmağa qəti ehtiyac yoxdur. Hantavirus koronavirus pandemiyası fonunda əhəmiyyət qazanıb. Bu, yalan məlumat kimi yayılır.
- Əgər yalandırsa, onda gəlin onu ifşa edək. Koronavirus fonunda insanlar mütasiya ehtimalından qorxurlar. Onun haqqında yalnız təcrübə vasitəsiləmi öyrənmək olar?
- Əlbəttə! Ancaq təcrübə yoluyla aşkarlamaq olar, başqa cür mümkün deyil.
- İndi qorxudurlar ki, yenə də Çin... Axı, nə üçn bizə epidemiyalar Çindən gəlir?
-Bəlkə də bu, əhalinin sıxlığı və oradakı insanların vərdişlərilə bağlıdır. Lakin hantavirus təkcə Çin üçün xarakterik deyil. ABŞ-da da kifayət qədər hantavirus infeksiyasının yayılması halları baş verib. Elə bayaq sadaldığım bizim regionlarda hər il minlərlə hantavirus infeksiyasına rast gəlinir. Həmişə də daşıyıcılar insanlar yox, heyvanlar olub.
-Necə olur ki, xəstəliyi məhz siçovul insana yoluxdurur? Bunun üçün siçovul insanı dişləməlidirmi? Və ya onun yanından ötüb keçmək kifayətdirmi ki, insan yoluxsun?
-İnsanlar siçovulların yaşadığı və öz nəcislərini və ya sidiklərini buraxdıqları quru otları qurdalaya bilər. Əgər samanı eşələyərsənsə, virusa yoluxarsan. Yoluxma tənəffüs zamanı tozdan və ya kontakt yoluyla keçir. Heyvanlar tərəfindən tapdanmış hər hansı izlərə, materiallara toxunub, sonra əlinə- üzünə bulaşdırarsan və bununla da yoluxarsan. Ona görə də, ən çox xəstələnənlər meşəylə sıx bağlı olanlardır. Mən indi məhz böyrək sindromlu hemorragik qızdırmadan danışıram, amma hantaviruslar müxtəlifdir. Bizim danışdığımız hantavirusun bu növü viruslar içərisində ən xoşagəlməzi olsa da, ən təhlükəlisi deyil. Hantavirusun digər növləri ürək-ağciyər sindromu verirlər, belə vəziyyətdə ölüm halları 50 faizə yüksəlir. Amma bu xəstəlik Cənubi Amerika və ABŞ-ın cənub ştatları üçün xarakterikdir. Bir daha təkarar edirəm - bu virus əsasən insandan insana keçmir.
-Əsasən? Yəni, hər halda mümükndür?
-Xəstəliyin heyvandan insana keçməsi halı nadir olur. İnsandan insana keçməsi məsələsinə gəldikdə isə,bunun üçün hədsiz yüksək doza lazımdır. İnsanı yoluxdurmaq üçün heyvanda kifayət qədər doza var,ancaq insanın insanı yoluxdurması üçün belə bir doza yoxdur. Məsələn, H5N1 - ”quş qripi”. Bu virus insanları ağır formada xəstələndirsə də, insandan insana çox çətin keçir.
-Nəyə görə hantavirus koronavirus kimi mutasiya etməməlidir?
-Sössüz ki, viruslar bizdən nəsə soruşmadan mutasiyaya uğrayırlar. Amma bəşəriyyət çoxdandır koronaviruslarla yaşayır, onlardakı dəyişiklik yalnız indi başlayıb. Bu, çox nadir təkamül hadisəsidir. Hantaviruslarla bağlı da məhz belə bir şeyin baş verəcəyini söyləmək üçün bizim heç bir əsasımız yoxdur. Bizə yaxşı məlum olan “İmmun Çatışmamazlığı Virusu” insanlar arasında yayılıb. Belə görünür ki, ”İmmun Çatışmamazlığı Virusu” meymunlarda yaranıb. Ona görə də, mutasiya az inandırıcıdır, lakin bunu mütləq şəkildə inkar etmək də olmaz.
-Müəyyən vaxta kimi “donuz qripi” də insandan insana keçmirdi...
- “Donuz qripi”- bu adi insan qripi H1N1 –in bir variantıdır. Ümumiyyətlə insan qripi virusları müvafiq heyvan viruslarından meydana gəlib. Əlbəttə ki, biz heç nədən sığortalanmamışıq. Bir tərəfdən bəllidir ki, koronaviruslara görə hantaviruslar az dəyişkəndirlər, çünki onların genomu kiçikdir. Onların hər ikisi RNT tərkiblidir. Bu, o anlama gəlir ki, onlar fermentlər tərəfindən törəyir. Yəni, RNT polimerazdır. Nə vaxt ki, genom RNT polimerazdan törənir, mutasiya hadisəsi az baş verir.
-Bax, görürsünüzmü...
-Bəli, bu, hədsiz dərəcədə az görünən hadisədir. Ona görə də, avtobusda ölən adamda hantavirusun aşkarlanması hələ heç nə demir. Bu, onun təhlükə daşıdığı mənasına gəlmir.
-Əgər hantavirus yaxşı bilinirsə, onda deməli ona qarşı peyvənd də var?
- Böyrək sindromlu hemorragik qızdırmaya qarşı peyvənd var və bu peyvənd Çumokov adına “Elmi tədqiqat və immunobiloji preparatlar hazırlanma mərkəzi”ndə hazırlanıb.
- Əgər virus mutasiyaya uğrayırsa və sonra insandan insana keçirsə, bu peyvənd səmərəli olacaqmı?
- Əgər virus öz antigen xüsusiyyətini dəyişməsə, onda effektiv olmayacaq. Mən artıq dedim ki,hantavirusun müxtəlif növləri və müxtəlif serotipləri var. Sizin söylədyiniz hipotetik virusda hansı serotipin olması məlum deyil.
-Hər ehtimala qarşı hamının hantavirusa qarşı peyvənd olunmasına ehtiyac yaranıbmı?
- Siz nə danışırsınız? Qətiyyən yox! Elə kəndlər var ki, meşənin ortasındadır və insanlar meşə ilə sıx təmasdadırlar. Orada xəstəlik halları baş verir. Bax, oradakı sakinləri - ovçuları, meşə işçilərini peyvənd etmək olar.
- Adi ev siçanları hatavirus yoluxdura bilərmi?
- Yox. Ev siçanları zərərsizdirlər. Onlar yalnız elə də dəhşətli xəstəlik olmayan limfositar xoriomeninqit yaya bilərlər.