Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çində daha bir virus yayıla bilər-ölən var

 

 

Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfər virusdan ölüb. Ancaq buna səbəb heç də koronavirus (COVID-19) infeksiyası olmayıb.

Yenixeber.org: Bu barədə məlumatı Çin hökumətinə yaxınlığı ilə tanınan ingilisdilli “Global Times” yayıb.

Məlumata görə, ölən şəxsdən analizlər alınıb və nəticədə onda hantavirusun olduğu məlum olub. Onunla birgə avtobusda olan 32 sərnişin də analiz verib.

Qeyd edək ki, hantavirus koronavirusdan fərqli olaraq insandan insana keçmir. Araşdırmalara görə, hantavirusa yoluxma gəmirici və ya gəmirici idrarı ilə təmasdan ola bilər. Kanada İctimai Səhiyyə Mərkəzinin araşdırmasına görə, hantavirus qida və ya tüpürcək yolu ilə də keçə bilər.

Xəstəlik simptomlarının müddəti 1-8 həftə arasıdır. Yüksək hərarət, yorğunluq, ciddi əzələ ağrıları, baş gicəllənməsi, diareya və ürəkbulanma hantavirusun ən çox yayılmış əlamətləridir.

Hantavirus infeksiyasının vaksini və ya xüsusi müalicə üsulu mövcud deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam