Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İTALİYANIN ARDINCA SÜRÜNƏN İSPANİYA -Futbol azarı koronavirus mərdimazarına necə çevrildi?

 

 Bu gün İspaniya Avropada koronavirus epidemiyası ilə bağlı ən sərt karantin tədbirləri tətbiq olunan ölkə sayılır. Bu tədbirlər Çinin Hubey əyalətindəki karantinlə müqayisə ediləcək qədər amansız olmasa da, Avropa üçün olduqca sərt hesab edilir. Təsəvvür edin ki, küçədə nəinki qrup şəklində gəzən, hətta təklikdə idman qaçışı ilə məşğul olan istənilən şəxsi belə 601 avro dəyərində cərimə gözləyir.

Yenixeber.org: Aptek və ərzaq mağazaları istisna olmaqla, bütün ticarət, əyləncə mərkəzləri, kafe və restoranlar, eləcə də ali və orta təhsil müəssisələri bağlanıb, nəqliyyat axını demək olar ki, dayandırılıb. Küçəyə yalnız ərzaq və tibbi vasitələr almaq, işə getmək (işləməyinizə icazə varsa-C.M), bir də bizlərə nə qədər qəribə görünsə də, itinizi gəzdirmək üçün çıxa bilərsiniz... Özü də evdən çıxmazdan əvvəl xüsusi blankı doldurmalı, orada çölə çıxmanızın səbəbini aydın şəkildə göstərməli və həmin blankı polis işçisinə təqdim etməlisiniz.

                                           Xalq baş naziri məhkəməyə verir...

Lakin İspaniya əhalisinin hökumətdən hədsiz dərəcədə narazı qalan böyük hissəsi hesab edir ki, atılan sərt addımlar çox gecikdirilib. Belə ki, fövqəladə rejim yalnız martın 13-dən, artıq koronavirus epidemiyası hətta baş nazir Pedro Sançesin hökumətdə nazir postunu tutan arvadına da yoluxduqdan sonra tətbiq olunmağa başlayıb. O vaxta qədər isə bir çox yerli və Avropa səhiyyə təşkilatları, ayrı-ayrı mütəxəssislər dəfələrlə hökumətə müraciət edərək, karantin tədbirləri görülməsini xahiş və tövsiyə etsələr də, hökumət buna məhəl qoymurdu.

 

 

Hazırda minlərlə İspaniya vətəndaşının imzası ilə baş nazirə qarşı vəzifə səhlənkarlığı ittihamına əsaslanan məhkəmə iddiası qaldırılıb. İddianın əsas bəndlərindən biri bütün xəbərdarlıq və çağırışlara baxmayaraq, baş nazirin bütün ölkə üzrə 8 mart Qadınlar Günü münasibətilə təşkil olunan feminist nümayişlərə icazə verməsidir. Baş nazirin həyat yoldaşının da məhz paytaxt Madriddə keçirilən feminist yürüşünün önündə gedərkən virusa yoluxduğu güman olunur.

Sonradan ölkə üzrə keçirilən 8 mart yürüş və mitinqlərinin virusun yayılmasının əsas katalizatorlarından biri olduğu rəsmən təsdiqləndi. Ancaq artıq gec idi, ölkə sözün əsl mənasında pandemiya ocağına çevrilmişdi. 

Bu gün ölkədə 60 mindən çox insanın koronavirusa yoluxması və 5 minə yaxın ispaniyalının bu bəladan dünyasını dəyişməsi məhz hökumətin səhlənklarlığı və virusu “görməzdən gəlməsi” ilə əlaqələndirilir. Əksər siyasi şərhçilər bu virusun baş nazir Pedro Sançesin siyasi karyerasının üzərindən qalın qara xətt çəkdiyi qənaətindədirlər.

                               Yoluxmanın əsas baiskarı – futbol!

Marqlıdır ki, ölkədə koronavirusa ilk rəsmi yoluxma halı hələ yanvarın 31-də İspaniyanın materik hissəsindən 1500 km uzaqlıqda yerləşən Qomera adasında, özü də alman turistlərində aşkar edilib.

 

 

Ancaq karantinə alınan həmin turistlər xəstəliyi çox yüngül formada keçirərək, geriyə, vətənlərinə qayıdıblar. İlk rəsmi ölüm faktı isə fevralın 13-də Valensiyada qeydə alınıb. Həmin vaxt bir pensiyaçının məhz koronavirusdan öldüyü hadisədən yalnız 3 həftə keçəndən, testin nəticələri məlum olandan sonra üzə çıxıb.

Elə hazırda da məhz Valensiya İspaniyada pandemiyanın ilk və başlıca ocaqlarından biri sayılır. Bunun əsas səbəbi kimi isə bütün xəbərdarlıq və tövsiyələrə rəğmən “Valensiya” futbol klubunun Çempionlar Liqası turniri çərçivəsində Milana yollanaraq, İtaliyanın Berqamo şəhərini təmsil edən “Atalanta” klubu ilə San-Siro stadionunda keçirdiyi qarşılaşma göstərilir. 

Sonradan İtaliyada da məhz bu matç virusun yayılmasının əsas katalizatorlarından biri elan olundu. Həmin matça yenə də sonradan İtaliyanın əsas pandemiya ocaqlarından biri elan olunan Berqamodan 43 min azarkeş gəlmişdi. Valensiyadan isə bu yarışa 3 min azarkeş qatılmışdı. Sonradan vətənə qayıdan məhz həmin azarkeşlər pandemiyanın əsas yoluxdurucuları sayılırlar. Həmin matçdan sonrakı 2 həftə ərzində xəstəxanalara virus səbəbindən üz tutan azarkeşlərin sayı günbəgün artmağa başladı.

 

 

Buna baxmayaraq, “Valensiya” klubu rəhbərliyi fevralın 29-da keçirilməli olan “Betis”ə qarşı oyunun təxirə salınmasını xahiş etsə də İspaniya Futbol Federasiyası bu xahişi rədd etdi və oyun keçirildi. Bu da epidemiyanın yayılmasına daha bir təkan vermiş oldu. Beləliklə, mart ayının ortalarına qədər hər hansı kütləvi tədbirə, idman yarışlarına qadağa qoyulmadı. Yalnız martın 13-də, vəziyyətin tam nəzarətdən çıxdığı anlaşılandan sonra fövqəladə rejim tətbiq olunmağa başladı.

                                   İt gəzdirmək karantindən xilas edir?...

Əvvəldə qeyd etdiyimiz kimi, insanların küçəyə çıxmasına icazə verən şərtlərdən biri it gəzdirilməsi ilə bağlıdır. Maraqlıdır ki, başqa bəhanələrlə küçəyə çıxa bilməyən bir çox vətəndaşlar qonşunun, dostun, tanışın itini götürərək, gəzintiyə çıxırlar. Bu səbəbdən itlərə böyük tələbat yaranıb. Öz itini pul müqabilində icarəyə verənlərin sayı çoxalıb.

Qərb mətbuatında Valensiyada baş verən komik hadisələrdən bəhs edilir. Belə ki, şəhər sakinlərindən biri it tapa bilmədiyindən, küçəyə ipə bağladığı oyuncaq itlə çıxıb. Oyuncaq hətta hərdən hürürmüş də. Polis işçilərinin “suç üstündə” yaxaladıqları “xətakar” deyib ki, qanunda itin canlı, yaxud oyuncaq olmasına dair heç nə göstərilməyib. Bu dəfə xəbərdarlıqla canını qurtaran həmin vətəndaşa bir daha “bəxtini sınamamaq” məsləhət görülüb. Digər bir halda isə 20-dək vətəndaşın bir gün ərzində növbə ilə eyni iti gəzintiyə çıxardığı məlum olub.

 

 

Polis “it gəzintisi”ndən sui-istifadənin qarşısını almaq üçün müxtəlif qadağalar tətbiq etməyə başlaylb ki, bunlardan da ən başlıcası gəzintinin qeydiyyat ünvanının 100 metr həndəvərindən kənara çıxmaması şərtidir. Bir sözlə, artıq it gəzdirmək də ispanların köməyinə çatmır... İspaniya İtaliyanın taleyini yaşamaqdan qorxur

Hazırda İspaniyadakı səhiyyə qurumları və mütəxəssislərin ən çox qorxduğu ssenari İtaliyanın taleyini yaşamaqdır. Ölkədə virusun yayılma tempi və gündəlik ölüm sayı İtaliyada yaşanan dinamikaya çox bənzəyir. Mütəxəssislər bu bənzərliklərin təsadüfi olmadığını bildirirlər. Belə ki, hər iki ölkədə bir çox digər Avropa dövlətlərilə müqayisədə yaşlı əhalinin və siqaret çəkənlərin sayının eyni dərəcədə çox olduğu qeyd edilir. Eyni zamanda, İspaniyada da İtaliyada olduğu kimi, mehriban qohumluq əlaqələrinə, qohumlar arasında sıx gediş-gəlişə, görüşərkən qucaqlaşmaq, öpüşmək kimi hallara üstünlük verildiyi məlumdur ki, bu da virusun ilkin yayılmasında mühüm rol oynayıb. Və ən əsas bənzərliklərdən biri də italiyada olduğu kimi, İspaniyada da pandemiyanın əsas ocağı (Madrid-C.M) elan olunan şəhərdən əhalinin kütləvi şəkildə regionlara köç etməsi göstərilir. Hökumətin ittiham olunduğu maddələrdən biri də məhz həmin köçün qarşısını vaxtında almamasıdır.

Hazırda İspaniyada elan olunan fövqəladə vəziyyətin müddəti aprelin 11-də bitir. Lakin hər kəs əmindir ki, bu müddət hələ bir neçə dəfə uzadılacaq. Bir çox şəhərlərdə insanların yaşadığı yalnız axşam saat 20.00-da bəlli olur. 

 

 

Belə ki, artıq əhalinin həmin vaxt kütləvi şəkildə eyvanlara çıxaraq, əl çalmaları adət halını alıb. Əgər əvvəllər bu alqışlar yalnız virusla mübarizə aparan səhiyyə işçilərinə ünvanlanırdısa, hazırda həm də vətəndaşların dirəniş göstərməsinin, bu bəlaya qalib gəlmək əzmində olduqlarının simvolu sayılır.

Nəhayət, mütəxəssislər İspaniyada virusun yayılma və yaratdığı tələfat dinamikasının İtaliya ilə bənzərliyini nəzərə alaraq bildirirlər ki, ölkədə pandemiyanın pik nöqtəsinin aprel ayının əvvəllərinə təsadüf edəcəyi gözlənilir. Hazırda bütün İspaniya böyük təlaş, narahatçılıq və qorxu içərisində həmin tarixi gözləyir...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam