Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Fərhad Əhmədovdan prezidentə şikayət-"...o zalım, əcazil bir yaramazdır."+FOTOLAR


 


 

 Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlunun  cənab prezident İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində tanınmış iş adamı Fərhad Əhmədovun özbaşınalığından, kəndin gölünü qanunsuz zəbt etməsindən və s. bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
                                                                                                                                          "Hörmətli Prezidenti!
Siz daim xalqımızı düşünür, insanların daha yaxşı yaşaması üçün çalışırsınız. Ancaq bəzi yaramaz insanlar var ki, öz maddi maraqlarına görə əhaliyə zülm yaşadırlar.
 Belə ki, iş adamı milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu Qaraməryam kəndinin həyətyanı sahələrinin suvarılması üçün rəsmən su mənbəyi olan, yekəxana gölü kimi tanınan su hövzəsini qanunsuz olaraq zəbt edib, çay suyunun qarşısını kəsib, kənd əhalisinin əkin sahələrinin suvarılmasına mane yaradıb.
 Möhtərəm Prezident ! Belə firəvan, günbəgün inkişaf edən bir respublikanın vətəndaşı olduğum üçün özümü çox xoşbəxt sayır və sizə öz təşəkkürümü bildirmək istəyirəm.
 Ailəmizin yeganə dolanışıq yeri olan ailəmizə məxsus  torpaq sahələrinin suvarılmasında Fərhad Əhmədovun balıq gölünə görə əziyyət çəkirik və kifayət qədər meyvə ağaclarımızın quruması nəticəsində külli miqdarda maddi ziyanlıq çəkirik. Həmin ərazidə Fərhad Əhmədov silahlı mühafizəçilər saxladığından biź ora yaxın düşüb sözümüzü deyə bilmirik. Xahiş edirəm problemin həll olunmasında köməklik göstərəsiniz
Hörmətli Prezident ! 
Təki milyarder Fərhad Əhmədovun Qaraməryam kəndindəki göldə  saxladığı farel, osetrin və digər balıqlar ölməsin,  biz camat susuzluqdan ölsək də olar, meyvə ağaclarımız qurusa da olar.
 İş adamı Fərhad Əhmədovun şəxsi silahlarını yanında gəzdirən balıq gölünün mühafizəçinin olduğundan yaxın düşə bilmirik qorxuruq ki, bizi öldürər. Hazırda Fərhad Əhmədovun hegemonluğuna görə Qaraməryam kənd camaatı susuzluqdan əziyyət çəkirlər. Fərhad Əhmədov özünü xeyirxah insan kimi cəmiyyətə sıramaq istəsə də o zalım, əcazil bir yaramazdır.
Yaxşı ki, Azərbaycanın prezidenti İlham Əliyevdir. Bizim dayağımız cənab Prezidentimizdir.
Hörmətli Prezident sizdən xahiş edirəm Qaraməryam kənd sakinlərinə zülm, əziyyət verən Fərhad Əhmədovun balıq gölünün qanunsuz zəbt etdiyi su mənbəyinin açılmasına tapşırıq verəsiniz".
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

 

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam