Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TOYXANALAR DOLUB-DAŞIR –“Ev sahibi toya 300 qonaq çağırır, 350 nəfər gəlir...”

 

 Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ucbatından toy, şənlik və digər kütləvi məclislərin ertələnməsini tövsiyə edib. Bəs şadlıq sarayları və restoranlar bu tövsiyəni nəzərə alacaqlarımı?

Yenixeber.org: Operativ qərargah tövsiyə verdiyinə görə, toyu və ya başqa sifarişləri ertələməyə heç kim tələsmir. Üstəlik, hamılıqca bildirirlər ki, infeksiyanın yayılmaması üçün dezinfeksiya və təmizlik işləri aparırlar. Sualı cavablayanlar bəzi müştərilərin koronavirus qorxusundan rahatsızlığını da dilə gətirirlər. Məsələn, «Şuşa» şadlıq sarayının inzibatçısı Azər Hüseynov deyib: «Zəng vuraraq kütləvi tədbirlərin, toyların keçirilib-keçirilməməsi ilə maraqlananlar var. Mart ayına tələbat da azalıb. Daha çox isti ayları gözləyirlər».

İnzibatçı bəzi müştərilərin tərəddüd yaşadığını, bu səbəbdən martın sonunda toy etmək fikrindən daşınacaqlarını istisna etmir, ancaq bugünlər toyu ertələyənlərin olmadığını vurğulayır: «Onlar maşını danışıblar, gözəllik salonunu, fotoqrafı danışıblar, cehizləri sifariş ediblər. Toyu necə etməsinlər?»

«Neptun» şadlıq sarayının baş inzibatçısı Asif Cəfərov müştərilərdən zəng edib maraqlananlar olduğunu, qərargahın tövsiyəsindən sonra toyların keçirilib-keçirilməyəcəyini soruşduqlarını söyləyir: «Biz də cavab veririk ki, hər şey qaydasındadır. Hamı toyunu edir, əksinə, ev sahibi 300 qonaq çağırır, 350 nəfər gəlir. Gözümüzün qabağındadır. Deyilənlər panikadır. Tövsiyə olmalıdır, borclarıdır desinlər ki, kütləvi yerdə olmayın. Hər gün metrodan bir milyona yaxın adam istifadə edir. Biz də bacardığımız qədər təmizlətdirir, spirtlətdirir, dezinfeksiya etdiririk. Hər saatbaşı döşəmə, qapı tutacaqları, məhəccərlər spirtlə silinir. Ofisiantlar əlcəklə qulluq göstərirlər. Sifarişlər ara vermir. Srağagün dörd toy yazılıb».

«Gilavar» şadlıq sarayının inzibatçısı Sahib (soyadını demir) hər şeyin qaydasında olduğunu, profilaktik tədbirlərlə bağlı görüntüləri sosial mediada yerləşdirdiklərini, bununla bağlı rəsmi qurumlardan akt aldıqlarını qeyd edir. «Biz qabları, süfrələri də dezinfeksiya etdiririk, o dərmanlar təsirini bir ay saxlayır, ora viruslu adam girsə də, qorxusu yoxdur», - inzibatçı əmin etməyə çalışır.

«Pluton» şadlıq sarayının inzibatçısı Nəcəf Abbasov artıq aprelə toy sifarişləri qəbul edildiyini bildirir. Onun söylədiyinə görə, rəsmi qərar yoxdur deyə, toylar davam edir.

Hər şeyin qaydasında olduğunu deyən şadlıq saraylarından birinin adının çəkilməsini istəməyən inzibatçısı isə düşünür ki, bu haqda çox danışmaq, «əhalini səksəkəyə salmaq lazım deyil»: «Camaat qorxaqdır, xəstəlik də əhali arasında panika yaradır. Camaat bir-birindən dolanır. Toy bazar iqtisadiyyatını tənzimləyir. Bazarda kartof, qızıl satandan tutmuş, «Binə», «Sədərək» ticarət mərkəzinə, taksiyə, işıq, qaz, vergi idarəsinədək hamı toydan dolanır. Toyların təxirə salınması ölkəni panikaya sala bilər, hamı ziyan çəkər».

Həkim, professor Adil Qeybullanın fikrincə, bütün hallarda məhdudiyyətlər lazımdır: «Karantin dövründə belə məhdudiyyətlər daha yaxşı olar. Xüsusən restoranlarda, şadlıq evlərində, yəni qapalı yerlərdə xəstə insanın infeksiyasını başqalarına yaymaq şansı artmış olur. O baxımdan, müvəqqəti olaraq toyların, ad günlərinin və başqa məclislərin ertələnməsi yaxşı olardı».

Həkim karantin zamanı bəzi addımların məcburi, bəzilərinin tövsiyə xarakteri daşımasını normal sayır. «Məsələn, əhaliyə əllərini tez-tez yumaq tövsiyə olunur. Buna məcbur etmək mümkün deyil. Ancaq restoran, şadlıq evi kimi yerlərdə tədbirlər təxirə salınmalıdır. Müvəqqəti olaraq 5-10 və daha artıq insanın bir yerdə toplanıb tədbir keçirməsi yasaqlanmalıdır. Bu, ekstremal vəziyyətdir. İnfeksiya aradan qalxanadək etmək olar. Çətini bir-iki aydır».

A.Qeybulla artıq Dünya Səhiyyə Təşkilatının bunu pandemiya kimi qəbul etdiyini, çox sayda ölkədə yayıldığını bildirir.

Xatırladaq ki, ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra sürətlə yayılan bu virus Azərbaycanın qonşusu İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Qonşu ölkələr İranla sərhədi bağlasa da, Azərbaycan bir qədər gec - yalnız fevralın 29-da İranla dövlət sərhədlərinin ikihəftəlik məhdudlaşdırıcı rejim əsasında bağlanmasına qərar verib.

Azərbaycanda 15 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Əsasən, İrandan qayıdan yüzlərcə şəxsinsə koronavirus şübhəsiylə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 4 mindən çox şəxsin öldüyü bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi deyilir.

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam