RUSİYANIN MƏNGƏNƏYƏ SALINMASI SSENARİSİ –NATO işğal planını məşq edir!
Hazırda Suriya və Liviyada Rusiya ilə NATO ölkələri arasında dünyanın imperialist bölgüsü uğrunda mübarizənin getdiyi bir vaxtda, şərq cəbhəsində maraqlı və mühüm hadisələr cərəyan edir.
Yenixeber.org: Belə ki, NATO “Avropa müdafiəçisi-2020” (Europa Defendet 2020) kod adlı hərbi təlimlərə start verib. Bu təlimlər NATO-nun soyuq müharibədən sonra keçirdiyi ən böyük hərbi təlimlərindən biridir. Təlimlərin gedişində Rusiyanın şərti hücumuna qarşı müvafiq ssenarı oynanılsa da, amma əsl həqiqətdə buna Rusiyanın işğal edilməsi ssenarisi də demək olar.Hərbi manevrlərdə NATO-nun 16 üzvü iştirak edəcək.
Alyansın əsas iştirakçıları ABŞ, Almaniya, Belçika, Niderland, Fransa, Polşadır. Bundan başqa təlimlərdə Finlandiya və Gürcüstan da yer alacaq. Türkiyə bu manevlərə qatılmayacaq.
“Avropa müdafiəçisi-2020” təlimlərinə 25 mini amerikalı hərbçi olmaqla, ümumilikdə 40 min əsgər və 33 min texnika cəlb olunacaq. Manevrlər may ayına qədər davam edəcək. Artıq Almaniyadan Rusiya sərhəddinə qədər olan geniş ərazilərdə və mərkəzi Avropa şəhərlərində tankalar peyda olmağa başlayıb. Qərb istiqamətində Estoniya –Bolqarıstan oxu üzrə cəmləşdiriləcək hərbi qüvvələrin bir hissəsi Gürcüstana yollanılacaq. Beləliklə də, Rusiya həm qərbdən, həm də cənubdan məngənəyə salınacaq.
Digər yandan isə müharibə əleyhdarları bu təlimlərə qarşı böyük etiraz aksiyası keçirməyə hazırlaşırlar. Etrazçıların bəyanatlarında qeyd olunur ki,NATO-nun başlıca məqsədi Avropa ölkələrinin Rusiyadan müdafə olunması yox, Rusiyanı müharibəyə cəlb etməkdir.
Rusiya bu cür iri miqyaslı NATO qoşunlarının öz sərhəddi yaxınlığına daşınmasını sərt reaksiya ilə qarşılasa da, ABŞ buna qətiyyən əhəmiyyət vermir. Əlbəttə, məlumdur ki, istənilən iri miqyaslı təlim, özüylə böyük təxribat elementləri də daşıyır. Sanki, NATO Rusiyanı böyük müharibəyə çəkmək üçün hansısa bəhanə axtarır.
Soyuq müharibədən sonra NATO-nun ilk dəfə belə iri miqyaslı manevrləri 1995-ci ildə keçirilib. 2018-ci ildə Norveçdə NATO-nun 29 ölkəsinin və həmçinin də İsveç və Finlandiyanın iştirak etdiyi “Üç məngənənin birləşməsi” (Trident Juncture) təlimlərində 50 mindən çoxhərbçi iştirak etmişdi. 2011-ci ildən Polşa və Baltik ölkələri ABŞ-ın iştirakıyla müntəzəm olaraq “Qılınc zərbəsi” (Saber Strike) hərbi tləimləri təşkil edirlər. Bundan başqa, Polşa ildə bir dəfə “Anakonda” kod adlı təlim keçirir və burada demək olar ki, NATO-nun bütün ölkələri iştirak edir. Bu təlimlərin gedişində Kalininqradın və Belarusun paytaxtı Minskin zəbt olunması ssenarisi işlənib hazırlanır.
NATO-nun hərbi manevrlərində açıq hədəfə götürülən Belarus bu günlərdə diplomatik baxımdan mühasirəyə alınmış vəziyyətdədir. Belarusun təbii qaz və neftlə təmin olunmasıyla bağlı Moskva ilə Minsk arasındakı mübahisə ona gətirib çıxarıb ki, Rusiya-Belarus münasibətləri xeyli dərəcədə soyuyub. Ona görə də, ABŞ dövlət katibi Mayk Pompeonun bugünlərdə Minskə səfəri böyük əhəmiyyət daşıyır.
ABŞ-ın rəhbərlik etdiyi NATO cəbhəsi prezident Aleksandr Lukaşenkonu“Avropanın sonuncu dikatatoru” hesab edərək, daima çalışıb ki, bu ölkədəki rejimi dəyişsin. Amma Pompeonun Lukaşenko ilə görüşündən sonra iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılması üçün mühüm addımlar atılacaq. Bundan sonra Vaşinqton və Minskdə səfirliklər açılacaq və Amerikanın Belarusa qarşı 2006-cı ildə tətbiq etdiyi sanksiyalar tədricən götürüləcək. Ən başlıcası isə ABŞ Belarus ərazisində təbi qaz və neft aşkarlanması məqsədiylə geoloji kəşfiyyat işləri aparacaq.
Görünür ki, Lukaşenko Rusiya qarşısında güzəştə getməmək naminə istənilən addımı atmağa hazırdır. Bəli, yaranmış vəziyyətlə əlaqədar Amerika belə bir fürsəti əldən buraxmaq istəmir. Öz növbəsində Avropa Birliyi də pusquda dayanıb. Belə ki, Avropa Birliyi yanvar ayının əvvəlində Belarus vətəndaşları üçün viza verilməsi prosedurunda sadələşmə aparıb. Sözsüz ki, bu şərtlər daxilində Belarusun tezliklə ikinci Ukrayna olacağı ehtimalı daha da böyüyür. Bütün baş verənlər fonunda Belarusdakı Qərb tərəfdarları və Rusiya tərəfdarları arasında münaqişə meydana gələ bilər.
Uzun illərdir ki, Rusiya Belarusa ucuz qiymətə təbii qaz və neft satsa da, ancaq indi qiymət şərtlərinin dəyişməsində israr edir. Putin Belarusu Rusiya Federasiyasının bir hissəsinə çevirmək niyyətindədir və elə buna görə də, o tez-tez 1999-cu ildə iki ölkə arasında bağlanmış müqaviləni xatırladır. Heç şübhə yoxdur ki, bu, Belarusa ucuz təbii qaz və neft satılmasının başlıca səbəbi olub. Lakin görünür 20 ildən sonra Lukaşenko “inteqrasiya” barəsində məsələyə münasibətini dəyişib. Axı, hələ Boris Yeltsinlə müqavilə imzalayan zaman, Lukaşenko Yeltsinin kreslosunda oturmağı hesablamışdı. İndi isə o deyir: “Belarus Rusiya önündə əyilməyəcək!”
Putin isə öz növbəsində Belarus rəhbərliyinə güzəştə getmək niyyətində deyil. Rusiya iqtisadi və hərbi cəhətdən gücləndikcə, onun köhnə əraziləri qaytarmaq iştahı artır. Beləliklə, imperialist dövlətlər arasında münaqişə sərtləşir. NATO Rusiyanı birbaşa düşmən elan edərək, ona qarşı işğal ssenarisi üzərində işləyir. Bunun əvəzində isə Rusiya bir vaxtlar hökmdarlığı altında olan əraziləri yenidən nəzarətə götürməyə çalışır.
(“Evrensel”qəzeti-Türkiyə)
Hazırladı: Vaqif Nəsibov