Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNDƏN SONRA NƏ OLACAQ? - Müzakirə olunan 3 ssenari

 

 

Bu gün Rusiyada ən çox müzakirə edilən məsələlərdən biri də “2024-cü il problemidir”. 2024-cü ildə Putinin prezident postunda dördüncü səlahiyyət müddəti başa çatır və heç kim bundan sonra nə baş verəcəyini bilmir. Jurnalist İnna Ruk Almaniyanın “ARD” telekanalının “Tagesschau” verilişinin saytında bu haqda yazır.

Yenixeber.org: Təəccüblü də olsa, prezidentlik müddətinin başlanğıcında bu müddətin başa çatması haqqında ehtimallar Putinə ziyan vurmur. O, heç vaxt “axsaq ördək” olmayıb. Əksinə, “2024-cü il problemi” aktiv bir şəkildə müzakirə edildikcə, Putin də bundan daha çox yararlanır. Bu, həmçinin onunla əlaqədardır ki, ölkədə çox az insan “Putinsiz Rusiya” – etiraz aksiyalarında müxalifətin döyüş çağırışı məhz belə səslənir - təsəvvür edə bilir.

Bəlkə də buna görə mümkün varislərin adları eşidilmir. Hərçənd müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov tez-tez potensial namizəd kimi göstərilir. Politoloq Dmitri Oreşkin bunu mənasız müzakirə hesab edir. “Vladimir Putinin mümkün xələfi elə Vladimir Putinin özüdür”, - deyə o bildirir. Politoloqun sözlərinə görə, Putin 20 il ərzində yalnız bir nəfərə - məhz onun özünə yönələn siyasi sistem qurub.

Üstəlik, güc strukturlarından, müxtəlif nazirliklər və təhlükəsizlik strukturlarının rəhbərlərindən ibarət böyük aparat Putinin dövründə xeyli böyüyüb. (...) Strukturların hamısının silahlı bölmələri var. Onlar bəzən bir-birləri ilə sərt rəqabət aparırlar.

“Bu mürəkkəb şəbəkəni Putin yaradıb. O, qüdrətli güc strukturlarını tarazlaşdıra biləcək yeganə şəxsdir,- deyə Oreşkin qeyd edir. – Onun hakimiyyəti “parçala və başçılıq et” prinsipinə əsaslanır”.

Məqalə müəllifi yazır ki, Putinin hakimiyyəti əlində saxlaya bilməsi üçün bir neçə aydır Moskvada üç ssenari müzakirə edilir.

1. 2008-ci ildə Medvedevlə olduğu kimi yeni “rokirovka”. Bu ssenari yalnız bir halda işə yarayacaq: həmin vaxt 71 yaşı tamam olacaq Putin müvəqqəti prezidenti özünə tabe etdirmək üçün kifayət qədər güclü olmalıdır.

2. Konstitusiyaya dəyişiklik. Bu dəyişiklik prezidentin səlahiyyət müddətinə məhdudiyyəti aradan qaldırmalı ya da ən yaxşı variant kimi prezidentlə müqayisədə daha çox səlahiyyətə malik təhlükəsizlik şurasının rəhbəri vəzifəsi kimi yeni nüfuzlu post yaratmalıdır. Bu ssenari çoxlarına daha real görünür.

3. Rusiya və Belarus birləşə bilər. Yeni dövlətin meydana çıxması prezidentlik üçün də yeni imkanlar yarada bilər.Karnegi Moskva Mərkəzindən Andrey Kolesnikov bütün bunları vaxtından əvvəl müzakirə edildiyini hesab edir. O, əmindir ki, heç Putinin özü bu problemi necə həll edəcəyinə hələ qərar verməyib. Belə ki, yay aylarında Moskva Şəhər Dumasına seçkilərə etiraz əlaməti olaraq keçirilən aksiyalar Kremli qəfil yaxalayıb. “Hazırda Kreml ölkədəki ab-havanı izləyir və təhlil edir. Putin prezident seçkiləri ərəfəsində qərar verəcək. Ola bilsin, bizə tamamilə gözlənilməz bir namizəd təqdim edəcək”, - Kolesnikov bu fikirdədir.

“Putin heç kimə inanmır. Ancaq varisə icazə vermək üçün ona bel bağlamalı və onun prezidentin və yaxın çevrəsinin təhlükəsizliyini təmin edəcəyinə inanmalı olacaq”, - Oreşkin bildirir.

Məqalədə deyilir ki, bugünkü Rusiyada təhlükəsizliyə təminatı yalnız prezident verə bilər. Hakimiyyətə gəldikdən 20 il sonra Putin bir növ öz sisteminin əsirinə çevrilib.(Xarici pressa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam