Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyuldu...

Azərbaycanda həkim 3 yaşlı uşağa "donuz qripi" virusu diaqnozunu qoyub. 

Yenixeber.org: Uşağın atası Orxan Mərdanov unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının "donuz qripi" virusuna yoluxduğunu deyib.

"Qızımın 3 gün qızdırması oldu. Cəmil Tüzüner adlı türk həkimin yanına apardıq. Həmin pediatr "Ozon" Tibb Mərkəzində işləyir. Dedi virusdur. Sonradan bu gün zəng vurduq ki, uşağın qızdırması ancaq dərmanla düşür, sonradan yenidən qalxır. Dedi qan analizi versin. Mən də övladımı aparıb, Gəncə Beynəlxalq Xəstənanasında qan analizi verdik. Sonra həkim baxıb dedi ki, "donuz qripi" virusunun simptomlarıdır.

Sonradan başqa həkimlərlə əlaqə saxladım. Onlar da deyir ki, uşağın burnundan nümunə götürdükdən sonra dəqiq bilinəcək. Biz də uşağın burun iltihabından nümunə götürüb, Bakıya yolladıq. Gözləyirik ki, Bakıdan cavab gəlsin. Başqa həkimlər də deyir analizin cavabı çıxmadan o virus olduğunu təsdiqləmək olmur. Gəncədə Nofel həkimin də yanına aparmışıq. O dedi uşağın ciyərlərində problem yoxdur. Analizin cavablarından sonra tam nəsə demək olar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam